Şirvanşahlar dövləti → Azərbaycanın birləşdirilməsi cəhdi
1406-cı ilin baharında Əbu Bəkr Xoca Məhəmməd Dəvani və Zeynəddin Qəzvininin müvəkkillərinin şəhərin bürclərini və istehkamlarını bərpa etmək üçün şəhər əhalisindən böyük məbləğdə pul tələb etmələri ilə əlaqədar Təbrizdə üsyan baş verdi. Bu vaxt Teymuri Əbu Bəkr Təbrizi tərk etmişdi və başı qardaşı Ömərlə müharibəyə qarışmışdı. Üsyanın başında şəhər tamğası (şəhərin baş vergi yığanı) Şeyx Əxi Qəssab və sənətkar karxanalarının digər rəisləri dururdu.
Bu zaman xəbər gəldi ki, əmir-Bəstam Cəyir Təbrizdə iğtişaşlar baş verdiyini bilib ora yollanmışdı Hadisələrdən istifadə edən Şeyx İbrahim də öz qoşunları ilə Təbrizə doğru hərəkət etdi. Teymurilərin asılılığından çıxmış Şeyx İbrahim ölkəni vahid bir dövlətdə birləşdirmək məqsədilə Cənubi Ardı »