Şirvanşahlar dövləti → Əhməd ibn II Məhəmməd
Fəaliyyəti[redaktə]
Şirvanşah II Məhəmmədin ölümündən sonra Əhməd və Heysəm adlı iki oğlu, boğulub öldürülmüş qardaşı Əhmədin isə Əbu-l-Heysəm ibn Əhməd adlı oğlu qalmışdır. Ölüm yatağında olan atasını yoxlamağa gələn Layzan əmiri Əhməd ibn Məhəmməd atasının ölümündən sonra onun varisi oldu. Dövlətin əyanları ona sədaqət andı içdilər. Lakin o, tezliklə xəstələndi.
"Tarix-i əl-Bab"da vəzirin Əhməd ibn Məhəmmədi baş tutmayan zəhərləmək cəhdi ortaya gətirilir. "Əhməd xəstəlikdən durandan sonra öz qulamlarını göndərdi, onlar qəfildən İbn əl- Mərağinin evinə girib onu dəyənəklə ölüncə döydülər. Təbərsəran əmiri olan Heysam Şirvanda öz hakimiyyətini möhkəmləndirən və məkrli vəzirindən xilas olan qardaşından qorxuya düşərək ləzgilər (ləkz) ölkəsinə qaçdı. Vaxtı ilə Ardı »