Şirvanşahlar dövləti → Əli ibn Heysam
Fəaliyyəti[redaktə]
Şirvanşah Heysam ibn Məhəmmədin ölümündən sonra Şirvanşahlığa oğlu Əli ibn Heysəm ibn Məhəmməd gəlmişdi. Şirvanda baş verən bir sıra hadisələr onun adı ilə bağlıdır. Əli ibn Heysəm əl-Babın əmiri ilə birlikdə qonşu Şəndana, "kafirlər" üzərinə yürüş etmişdir. Lakin onlar Şəndanın qapıları qarşısında məğlub oldular. Əli və əl-Baibn əmiri 10 min müsəlmanla əsir düşdü. Onların hamısı Şəndan, Sərir əhalisi və xəzərlər arasında bölüşdürüldü. Üç aydan sonra sərirlilər əsirləri Əli ibn Heysəmi və əl-Bab əmirini əvəzində heç nə almadan azad etdilər, şəndanlıların və xəzərlərin tutduqları əsirlər isə satıldı və onların yalnız çox az bir qismi xilas ola bildi. "Tarix-i əl-Bab" da göstərilir ki, Ardı »