Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Romanoff

Tərkibi:
1 kq kartof
1 baş soğan
300 q çedder pendiri
1,5 st. xama
duz
qara istiot

Hazırlanması:
Kartofu təmizləyib sürtgəcin iri gözündən keçirin. Soğanı xırda doğrayın. Pendiri sürtgəcdən keçirin.
İri ləyəndə kartof, soğan, pendirin 3/4 hissəsini, duzu və qara istiotu qarışdırın. Xama əlavə edib qarışdırın. Formanı yağlayın. Kartoflu qarışığı içinə qoyun, üzərinə qalan pendiri səpin.
180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Göbələkli sote

Tərkibi:

3 xörək qaşığı zeytun yağı
250-300 qram ağ göbələk yaxud adi göbələk(böyük göbələklər qalın doğranılır,lap balacalar bütöv saxlanmalıdır)
1 xörək qaşığı duzsuz kərə yağı
Dəniz duzu və təzə döyülmüş qara istiot
½ xörək qaşığı doğranmış sarımsaq
½ çay qaşığı doğranmış təzə kəklikotu
2 çay qaşığı təzə limon şirəsi
¼ fincan quru ağ şərab
½ xörək qaşığı doğranmış cəfəri +əlavə yeməyin üzərini bəzəmək üçün

Hazırlanması:

Tava yüksək dərəcəli odda qızdırılır,zeytun yağı tökülür. Yağ dağ olanda göbələklər əlavə olunur və bir lay kimi yayılır. Lakin qarışdırılmamalıdır.Təxminən 2 dəqiqə, göbələklərin alt hissəsi tündləşənəcən qızardılır. Əgər göbələklər vaxtından əvvəl qarışdırılsa onlar su salacaq və buğa düşəcək. Yalnız alt hissəsi qovrulandan sonra tavanı silkələməklə göbələkləri çevirmək Ardı »

Dünya mətbəxi → Amavud ciyəri

Amavud ciyəri

MATERİAL SİYAHISI:

500 q. Dana ciyəri
Un
Sadə üzvi duz
Toz qırmızı istiot
Duru yağ

Ləvazimatlar Üçün:

2 kartof
Qırmızı soğan
Cəfəri
Çeri pomidor

İÇİ:

2 ədəd kartofu kub olaraq qəti. Kartofları qızardın. 500 qr dana ciyərinin ilk öncə qanını çıxarın və süzün. Daha sonra geniş bir qaba dana ciyərini alın və üzərinə un əlavə edin yenidən süzgəcdən keçirin və artıq unu alın.

Daha sonra dana ciyəri qızardın. Boşqaba kartofları, ciyər soğanlı cəfəri ləvazimatları əlavə edib süfrəyə verin. Ardı »

Dünya mətbəxi → Alkoqolsuz "Moxita" kokteyli

Vəsaitlər
Limon laym
Sprite limonadı
Şəkər
Təzə nanə
Buz

Hazırlanması
1. Stəkanın dibinə limon və yaxud laym dilimi, nanə yarpaqları qoyulur.
2. 1 ç.q qaşığı şəkər əlavə edib bir qədər qarışdırılır ki, nanə və limonun ətri açılsın.
3. Stəkanın ortasından azacıq yuxarıya kimi Sprite süzülür və üçərinə buz kubikləri əlavə olunur.
4. "Moxita" kokteyli nanə yarpaqları ilə bəzənir. Ardı »

Dünya mətbəxi → Çin mantısı

Xəmir üçün:
2st un
1st su
Duz

İçlik üçün:
200qr qiymə
1 baş soğan
1-2 yaşıl soğan
2-3 yemək qaşığı duru yağ
Duz istiot

Hazırlanması:
Xəmiri yoğururuq. Daha sonra soğanları xırda doğrayıb qiymə, yağ və istiot, duzla yaxşı qarışdırırıq. Daha sonra xəmirdən kiçik kundələr edirik. Yayıb içərisinə içlik qoyub bükürük. Duru yağda tam hərtərəfi qızarana kimi bişiririk. Üzərinə istəyə bağlı duru yağ, qırmızı istiot tökə bilərsiniz.

Nuş olsun. Ardı »

Dünya mətbəxi → Soğanlı italyan çörəyi

Tərkibi:
1 st. qaynanmış isti su
1 st. buğda unu
5 q maya
1 ç.q. duz
1 desert qaşığı şəkər tozu
1 x.q. xama
1 x.q. bitki yağı (xəmirə)
2 baş soğan
soğanı qovurmaq üçün bitki yağı

Bu çörəyi şorba, yaxud ana yeməklə, eləcə də üzərinə kərə yağı çəkib qəhvə və ya çayla birlikdə süfrəyə vermək olar.

Hazırlanması:
Ləyənə isti su tökün. Şəkər tozu, duz, maya və 1 x.q. unu içində əridin. Baratanı 20 dəqiqə isti yerdə saxlayın.
Barata gələnədək soğanı hazırlayın. Təmizləyib xırda doğrayın, yağda qızılı rəng alanadək qovurun. Soyudun.
Baratanın içinə qovrulmuş soğanı, xamanı, yağı əlavə edin, tədricən un vurmaqla elastik qatı xəmir yoğurun. Hazır xəmirin Ardı »

Dünya mətbəxi → Uşaqlarımız üçün sobada çipsi hazırlayaq

Ən çox uşaqların sevdiyi bu çipslər çox dadlıdır.Ancaq zövqə görə arzu edənlər ədviyyat və duz əlavə edə bilər.Beləki evdə hazırlanmış çipslər təhlükəsizdir və könül rahatlığı ilə uşaqlara vermək olar.Ancaq çox saxlamaq məsləhət deyil.
ƏRZAQLAR.
Kartof-2-3 ədəd(orta boy)
Ədviyyat-zövqə görə
Duz-zövqə görə
HAZIRLANMASI:
Kartoflar yuyulur,qabıqları soyulub nazik və lay-lay doğranır.Bir kartofun layları perqament kağızının üstünə qoyulur,istəyinizə görə ədviyyat və duz vurulur. Mikrodalğalı soba 700 vt. isidilərək 3-5 dəq. bişirilir.Hər şey sizin sobanızın bişirməsindən asılıdır.Dilimlərin üstü qəhvəyi rəng aldıqda sobadan çıxarılıb kağız salfetlərin üstünə qoyulur.Əgər tez çıxarsanız,çipsləriniz xırt-xırt olmayacaq.Kortoflar qurtarana kimi belə bişirməyə davam edin.

NUŞ OLSUN Ardı »

Dünya mətbəxi → Günün Ləzizi: Lənkəran Külçəsi

Ərzaqlar:
650 q un
10q maya
60 q şəkər
150q ərimiş yağ
1 yumurta
30 q xama
Zəfəran
Xaş xaş
Duz
Hazırlanması:
Ilıq su, un və maya ilə xemirmaya hazırlanır və acımaq üçün 2 saatlığa isti yerə qoyulur. Sonra yağ, yumurta, un və xəmirmaya ilə xəmir yoğrulur. Xəmir acıyandan sonra yeni xəmir gəldiyinde kündəlere bölünür və hər kündənin üstünə yumurta sarısı çəkilir və xaş xaş səpilir 20-25 dəqiqədən sonra 170-180 dərəcədə duxovkada bişirilir.
Nuş olsun! Ardı »