Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → +++++++++++++2 Ləziz Tam Bir Arada.

Fıstıqlı Burma.

Ərzaqlar:
1 paket hazır yuxa.
250 qr incə çəkilmiş fıstıq.
300 qr kərə yağı ya da marqarin.

Şərbəti üçün:
6 su stəkanı su
6 su stəkanı şəkər
1/4 limon

Hazırlanması:
İlk olaraq şərbəti hazırlayıb şəkər və suyu ocaqda qaynadıb ən son limonu atıb bağlayın və sonra şərbəti soyumağa buraxın. Xəmirinizi paketindən çıxardıb dəzgaha açın və hər bir xəmir yarpağının üzərinə fıstıq səpin və oxlova sarıyın. Hər iki ucundan sıxışdırdıqdan sonra əlinizlə yağlanmış nimçəyə düzün. Yağı istilədib şirniyyatın üzərində gəzdirib 180 dərəcə sobada bişirin. Sobadan çıxardıb soyumuş olan şərbətinizi bərabər miqdarda nimçəyə tökün.

Soğan Şorbası.

Ərzaqlar:
10 stəkan ət suyu.
3-4 ədəd soğan.
2 yemək qaşığı kərə yağı və ya marqarin.
2 yemək qaşığı un.

İçi üçün:
2 Ardı »

Dünya mətbəxi → Basdırmalı-pendirli göbələk dolması

Tərkibi:
500 q göbələk
100 q holland pendiri
50 q basdırma
1 dəstə cəfəri
2 x.q kərə yağı
duz
istiot

Hazırlanması:
Göbələklərin ayaqlarını çıxarın. Düzbucaqlı siniyə göbələkləri tərsinə düzün.
İçinə duz, istiot səpin. Pendiri və basdırmanı kubik şəklində doğrayın.
Cəfərinidə doğrayıb, əlavə edin, qarışdırın.
Bu qarışığı göbələklərn içinə doldurun.Kərə yağını əridib, göbələklərin üstünə gəzdirin.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

NUŞ OLSUN!! Ardı »

Dünya mətbəxi → Şüyüdlü plov resepti

Tərkibi:
-150 qr qoz içi
- Yarım dəstə şüyüd
- 1 ədəd quru soğan
- 2 su stəkanı düyü
- 1 diş sarımsaq
- 1 su stəkanı toyuq suyu
- 3 x.q kərə yağı
- Qara bibər, duz

Hazırlanması:
Düyünü 15 dəqiqə isti suda qaynadıb süzün. Kərəyağını əridin, incə qıyılmış soğan və sarımsağı əlavə edin və bir az qovurun. Ardından qaynadılmış düyünüzü əlavə edin qarışdırın, toyuq sununu duz və qara bibəri əlavə edib qarışdırın və 10 dəqiqə qədər qazanın ağızı bağlı olaraq bişirin. 10 dəqiqə sonra qazanın qapağını açın, incə doğranmış şüyüdü və qozları əlavə edib qarışdırın və 5 dəqiqə daha qazanın ağızı bağlı dəmləyin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Spagetti Neapolitan

Tərkibi:
1 paket spagetti
1 su stəkanı pomidor püresi
Yarım çay stəkanı zeytunyağı
1 xörək qaşığı reyhan
2-3 diş sarımsaq
duz
qara bibər
Parmesan pendiri
Hazırlanması:
Geniş bir qazanda 1 lt qədər suyu qaynadaq.
İçinə bir miqdar duz əlavə edək (yapışmaması və dənə dənə olması üçün)
Duru yağ əlavə edək.
Bütün və ya qıraraq spagetti əlavə edək.
8 dəqiqə bişirək.
Sousu üçün bir miqdar zeytunyağına doğranmış və ya püre halındakı pomidoru əlavə edək.
Döyülmüş sarımsaqları əlavə edək.
Pomidor suyunu salana qədər bişirməyə davam edək.
Pomidor bişdikdən sonra duzu, yarım qəndi, qara bibər və zeytun yağından əlavə edək.
Xidmət edərkən permesan pendiri əlavə edə bilərsiniz.

Nuş olsun. Ardı »

Dünya mətbəxi → `Aşure`

Tərkibi:
2 stəkan buğda
1 stəkan noxud
1 stəkan lobya
1 stəkan kişmiş
1 stəkan əncir
1\2 stəkan fıstıq
4 stəkan şəkər tozu
1 yemək qaşığı qərənfil(mixək)
10-15 stəkan su

Bəzək üçün:
1 stəkan quş üzümü
çəkilmiş qoz
fıstıq
darçın
nar dənələri

Hazırlanması:
Buğda,lobya,noxud və kişmişi bir gün əvvəldən isladın. Sabahsı gün buğdanı süzüb böyük bir qazana qoyun, 15 stəkan su tökün və qaynadın. Üzərini örtən köpüyü kəfkirlə götürün və qapağı bağlayın, 30 dəqiqə qaynadın. Noxud və lobyanı ayri ayri qablarda bişirin. Buğda dənələri yumşalana qədər 4-5 saat az odda qarışdırın, suyu qatılaşana yaxın özərinə noxud və lobyanı əlavə edin. Ardınca sırası ilə kişmiş, qaysı, fıstıq və qərənfili əlavə edin. Biraz qaynadın və son olaraq şəkəri əlavə edib Ardı »

Dünya mətbəxi → Zeytun yağlı şirin bibər dolması resepti

Tərkibi:
1 kilo rəngbərəng xırda bibərlər (qırmızı, sarı və narıncı)
İçi Üçün
2 baş soğan – xırda-xırda doğrayın (2 stəkan)
Yarım stəkan zeytun yağı
Yarım xörək qaşığı tomat
Yarım xörək qaşığı qırmızı bibər məti (tomat kimi olur, amma bibərdən hazırlanır – turkçə Bibər salçası adlanır)
1 stəkan + bir stəkanın dörtdə biri qədər yumru düyü – yuyub süzün
1 çay qaşığı şəkər tozu
1 xörək qaşığı narın ovulmuş quru nanə
1 çay qaşığı duz
Digər Ərzaqlar
2 stəkan su
Üstü üçün zeytun yağı (zəruri deyil)


Hazırlanması:
Əvvəlcə içi hazırlayın. Soğanı bir tavada yağsız öldürün. Zeytun yağını əlavə edin. Yağ qızanda (soğan sadəcə yumuşalmalıdır, qızarmalı deyil) tomatı və bibər mətini əlavə edib, qarışdırın. Düyü və Ardı »

Dünya mətbəxi → Cream caramel

Tərkibi:
1 litr süd
8 ədəd yumurta
2 stəkan şəkər tozu
1/2 paket vanil

Hazırlanması:
1. Qarışdırma qabının içinə 1 su stəkanı şəkər tozu və yumurtaları əlavə edib qarışdırın.
2. Sonra südü və vanili əlavə edib yaxşıca qarışdırın.
3. Geridə qalan 1 su stəkanı şəkəri tavaya əlavə edib biraz qaraldın. (Diqqət edin çox qaralmasın)
4. Qəliblərinizin altına karamel kimi olmuş şəkərdən bərabər miqdarda tavaya paylayın.
5. Üzərinə kremi əlavə edin və qəlibləri nimçəyə yerləşdirin.
6. Nimçəyə qəlibləri keçməyəcək şəkildə isti su əlavə edin.
7. 170 dərəcədə isidilmiş sobada qızarana qədər bişirin.
8. Sobadan çıxardıqdan sonra soyuducuda soyumağa buraxın.
9. Təxminən 4-5 saat sonra xidmət edin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Arepa nədir?

Venezuelalılar çox miqdarda qarğıdalı da istehlak və qarğıdalı unu ilə dəyişik bir çörək edərlər. İçinə duzsuz bir cür lor pendiri qoyduqları bu çörəyə "Arepa" deyərlər.
Təzə olaraq edib istehlak etdikləri Arepa'nı səhər naharda yedikləri kimi, günortanın də ortasından ikiyə bölüb, arasına ət, toyuq və ya balıq qoyaraq yerlər.

Vəsaitlər:
2 su stəkanı qarğıdalı unu
Yarım su stəkanı lor pendir Ardı »