Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Qaraçı şnitseli

Tərkibi:
Bişmiş kolbasa
Bərk pendir
Yumurta
Duz
Un
Hazırlanması:
Pendiri və kolbasanı nazik dilimlərə doğrayın. Pendir diliminin üstünə kolbasa dilimi qoyun, beləcə üç dəfə təkrar edin (6 qat). Əvvəlcə una, sonra duzla çalınmış yumurtaya batırın. Sonra yenə una və yumurtaya batırın, qaynar yağda qızardın. Ardı »

Dünya mətbəxi → Fransız qayğanağı resepti

Tərkibi (1-2 pay):
1 xırda soğan
2 xırda pomidor
2 dilim çörək
2 yumurta
pendir
duz

Hazırlanması:
Soğanı xırda doğrayıb bitki yağında qovurun.
Pomidorları xırdalayıb soğana əlavə edin.
Çörək dilimlərini kubik doğrayıb tavaya tökün.
2 yumurtanı çalın, tavadakılara əlavə edin.
Qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpib tavanın qapağını örtün. Pendir əriyəndə qayğanaq hazırdır.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Fındıqlı şokolad yağı

Tərkibi:
2 yumurta
3 st. şəkər tozu
2 x.q. kakao
4 x.q. un
1 çimdik vanil
1 st. fındıq
1 ç.q. kərə yağı
2 st. süd

Hazırlanması:
Yumurtanı şəkər tozu ilə yaxşıca çalın. Un, kakao, xırdalanmış (ən yaxşısı qozçəkən maşından keçirilmiş) qovrulmuş fındıq, kərə yağı, vanil əlavə edib qarışdırın. Sonra süd əlavə edib yenə yaxşıca qarışdırın. Alınan qarışığı vam odda qatılaşanadək qarışdıraraq bişirin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Cappucino

Vəsaitlər
6 su stəkanı su
1 su stəkanı krem
1 fincan üyüdülmüş qəhvə
Yarım su stəkanı şəkər
2 ədəd təbii vanil

Hazırlanması
1. Əvvəlcə şəkərlə vanil qoxusu birləşməsi üçün bir qabın içinə şəkəri və üyüdülmüş vanili tökün və ağzını möhkəmcə bağlayıb otaq istiliyində 2 gün gözlədin. Gündə 1 dəfə qarışdırın.
2. Bir qabda, kremi mikserlə köpük halına gələnə qədər çırpın.
Yavaş yavaş üzərinə dörddəbir stəkan şəkərli vanili əlavə edin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Tost

Ərzaqlar :
1. pendir
2. kere yağı
3.zeytun
4. pomidor
5. kolbasa
6. sosis.
7. yumurta
8. mayonez
9. ketçup
10. duz
11. xiyar turşusu
12. bayat corek

Hazırlanma Qaydası :

İlk olaraq bayat coreyin arasına ve her yerine kereyağını cekin, pendiri rende cihazında gozel rendeleyib, zeytinun tumlarini ayırdıqdan sonra bir qaba qoyun ve pomidorlarin qabiqlarını soyub zeytunla birlikte ezin ve suyunu çıxarın. Sosis, ve kolbasani en ince şekilde kesip coreyin her yerini dolduracak şekilde yerleşdirin, yumurtanı bir qabda va çırptıktan sonra hemir fırçasıyla içine cekin. Hamisini coreyin arasına qoyduqdan sonra qaynar olan tost aparatina yerleşdirib gozleyin ve bu arada mayonez ve ketçupı bir su stekaninin içine koyub corek qizarana qeder çalxalayın. ve son Ardı »

Dünya mətbəxi → Qiyməli içli küftə resepti

Tərkibi:
Xəmiri üçün:
1 kilo incə küftəlik bulğur
İlıq su
Duz

İçliyi üçün:
Yarm kilo qiymə
Duz
İstiot
Pul bibər
Soğan
Cəfəri
Bulğur
Su

Hazırlanması:
Bulğuru ilıq suda isladın. Yumşaldıqdan sonra yaxşıca yoğurun. Arada azca ilıq su da əlavə edin. Daha sonra soğanı maşından keçirərək suyunu sıxın. Suyunu sıxdığınız soğanı tavada yağ da əlavə edib qovurun. Yaxşıca qovrulan soğana qiymə və ədviyyatları da əlavə edib qovurun. Cəfəri doğrayıb soyumağa qoyun. Xəmirindən götürüb balaca küftə hazırlayın. Xəmirin içini çox nazik olmayacaq şəkildə açın və 2 çay qaşığı qiymə qoyub ağzını bağlayın. Küftələr hazır olduqdan sonra qaynayan isti suyun içinə atıb 5 dəqiqə bişirin. Üstünə bol kərə yağı əridib tökün.
Nuş olsun! Ardı »

Dünya mətbəxi → Ləziz gül çayı

Gül çayı həm qoxusu, həm də dadı ilə sizi sakitləşdirəcək.
Gül çayını hazırlamaq üçün qızılgülün ləçəkləri lazımdır. İsti yay günlərində sərinləmək üçün təravətli qızılgül çayı hazırlmağın əsl vaxtıdır. Qurudulmuş bitki satılan mağazalardan qızılgül alın və hər səhər bir neçə ləçəyini qaynar suyun içinə atın. Gülün suyun dibinə qədər çökməsini gözləyin. Gül çayınız artıq hazırdır. Ardı »

Dünya mətbəxi → Əfqanıstan düyü qurabiyəsi. - Resept

Ərzaqlar:
170 qram Westgold kərə yağı – otaq hərarətində yumuşaldılmış
150 qram şəkər tozu
2 yumurtanın ağı
290 qram düyü unu
Yarım çay qaşığı döyülmüş hil
3 xörək qaşığı iri-iri doğranmış püstə
Bir ovuc qabığı soyulmuş püstə (bəzək üçün)

Hazırlama Qaydası:
Yağ və şəkəri mikserlə kütlənin rəngi açılanadək bir neçə dəqiqə çalın. Yumurta ağlarını əlavə edib, kütlə hamarlaşanadək təxminən bir dəqiqə də çalın.

Düyü unu, püstə və hili də əlavə edib kütləni qarışdırın.
Yumuşaq amma ələ yapışmayan xəmir əldə etməlisiniz. Xəmir əlinizə yapışırsa, bir az da düyü unu əlavə edin.

Sobanı 175Cdək qızdırın.
Listin dibinə perqament kağızı sərin. Alınan xəmirdən xörək qaşığı qədər almaqla, əlinizdə yumrulayıb listə düzün. Ovcunuzla üstlərinə basıb bir az Ardı »