Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünya mətbəxi → Məşhur fransız yeməyi "Jülyen" resepti

Tərkibi:
500 qr. toyuq filesi
500 qr. göbələk(şampinyon)
2 ortaboy soğan
200 qr. holland pendiri
300 qr qaymaq və ya keyfiyyətli xama
2 xörək qaşığı un
Duz
İstiot
Bitki yağı

Hazırlanması:
Toyuq filesini suda bişirin.
Soğanı,göbələyi,bişmiş toyuq filesini xırda-xırda doğrayın.
Soğanı bitki yağında qovurun.
Sonra göbələyi əlavə edib,suyu çəkilənə kimi qovurun.
Doğranmış ,bişmiş toyuq filesini qatın,duzunu istiotunuəlavə edin,bir az da qovurub ocaqdan götürün.
Başqa tavada unu iyi çıxana kimi qovurun.
Qaymaq ,duz, istiot əlavə edin,bir-iki burum qaynadın.
Qovrulmuş toyuq,göbələk,soğanı qatıb,qarışdırın və ocaqdan götürün.
Bu kütləni xüsusi oda davamlı bir paylıq qablara yığın,üzərinə isə bolluca rəndələnmiş holland pendiri qoyun.
180 dərəcəli sobada üzəri qızılı rəng alana kimi bişirin.(təxminən 30 dəqiqə)
Siz "Jülyen"-i bir böyük qabda da hazırlaya bilərsiniz.
Bulkanın içini oyub,onun içinə də eyni Ardı »

Dünya mətbəxi → Ballı qatıq (Uşaqlar üçün)

Vəsaitlər
3 yemək qaşığı qatıq
2 yemək qaşığı bal

Hazırlanması
Xüsusilə uşaqların çox sevdiyi həm ləzzətli, həm praktik, həm də 5 dəqiqə də hazırlanan bir qarışıqdır. Bir kasaya qatığı qoyub üzərinə bal gəzdiririk. İstəsəniz bal və qatığı qarışdıraraq da xidmət edə bilərsiniz.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Bulqur salatı - kısır resepti

Tərkibi:
2 fincan xırda bulgur (Türkiyədə buna köftelik bulqur deyirlər)
2 fincan qaynar su
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı qırmızı bibər pastası ( acılığı zövqə görə seçilir)
1/3 fincan zeytun yağı
1 orta ölçülü limonun şirəsi
2 xörək qaşığı narşərab
¼ fincan xırda doğranmış baş soğan
1 fincan doğranmış təzə cəfəri
½ fincan doğranmış təzə nanə
½ fincan göy soğan
Zövqə görə duz və xırdalanmış quru qırmızı acı bibər
Süfrəyə vermək üçün kahı yarpaqları

Hazırlanması:
Birinci olaraq bulqur hazırlanır. Bulquru aşağıdakı 2 üsüldan biri ilə hazırlamaq olar.


1-ci üsul: Bulqur orta ölçülü qaba əlavə olunur. Ayrıca tomat və bibər pastası qaynar suda həll edilir və bulqurun üzərinə tökülür. Sonra isə üzəri qapaqla örtülür. Bulqur Ardı »

Dünya mətbəxi → Draniki

Tərkibi:
*1 kq kartof
*100 qr soğan
*1 çay qaşığı duz
*1 çay qaşığı qara üyüdülmüş istiot
*100 ml bitki yağı
*1 yumurta
*3 xörək qaşığı un


Hazırlanması:
Kartofu qabıqdan təmizləmək, xırda sürtkəcdən sürtmək, blenderdə xırdalamaq və ya ət çəkənin üstündən burmaq lazımdır. Kartofla qarışdırmaq, sonra şirəni tökmək lazımdır. Qarışığa yumurtanı əlavə etmək, duz, tünd üyüdülmüş istiot, unu qarışdırmaq lazımdır. Bərk qızdırılmış tavaya bitki yağını tökmək, xörək qaşığıyla kiçik blinçiklər şəklində kartof kütləsini çıxartmaq lazımdır. Blinçikləri orta alovda qızartmaq lazımdır. Ardı »

Dünya mətbəxi → Sobada siqara börəyi resepti

Tərkibi:
2 iri yuxa
1 x.q. marqarin
0,5 st. zeytun yağı
2 x.q. qatıq
2 yumurta
1 kasa ağ pendir
qara istiot
0,5 dəstə şüyüd
0,5 dəstə cəfəri

Hazırlanması:
Marqarini əridib azca soyudun. Zeytun yağı, qatıq, ilıq marqarin, 1 yumurta, qara istiotu qarışdırın.
Yuxalardan birinin üzərinə qarışığın yarısını yayın. İkinci yuxanı üzərinə yerləşdirib qarışığın qalanını üzərinə çəkinn.
Yuxanı 8 yerə bölün (8 üçbucaq). Bir qabda xırda doğranmış şüyüd, cəfəri, pendir və qara istiotu qarışdırın. Üçbucaqların üzərinə yerləşdirin, siqara böreyi kimi bükün. 1 yumurtanın sarısını çalıb üzərinə çəkin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Pekin ördəyi resepti

Tərkibi:
1 Ədəd Pekin ördəyi
Şirin və turş sous
Təzə soğan və xiyar
Pancake ya da dürüm xəmiri

Hazırlanması:
Təmizlənmiş Pekin ördəyini günəş görən bir yerə asın və 2-3 gün gözlətdikdən sonra, sobada çevirərək bişirin.
(Hong Kongda köz atəşiylə qızdırılan bir sobada bişirin).
Bişdikdən sonra yarpaq şəklində dilimləyin və xidmət qabına alın.
Pancake ya da dürüm xəmirinin içinə ördəkdən qoyun.
Şirin və turş sous gəzdirib, doğranmış təzə soğan və xiyarla birlikdə yeyin.

Nuş olsun! Ardı »

Dünya mətbəxi → Duzlu limon

Tərkibi:

12 ədəd xırda, mumsuz limon
2 darçın budağı
2 dəfnə yarpağı
7-10 ədəd dənəvər qara istiot
200 q iri dəniz duzu

Limonların yığılacağı bankanı əvvəldən sterilizə etmək lazımdır.

Çalışın, xırda limon seçəsiniz. Əgər üstü mumla örtülüdürsə, fırçanın köməyilə yaxşı-yaxşı yuyun.

Limonların dörd yerə bölün, amma kəsimi dibinədək aparmayın, təxminən limonun 3/4-ü qədər kəsin. Yəni öz aralarında bitişmiş 4 dilim alınsın. Ardı »

Dünya mətbəxi → ++++++++++++++++2 Ləziz Təam.

Moruqlu Jele.

Tərkibi:
1 su stəkanı moruq.
3 su stəkanı su.
10 yemək qaşığı toz şəkər.
4 yemək qaşığı buğda nişastası.
1 çay qaşığı limon qabığı rəndəsi.

Hazırlanması:
Moruqları bol su ilə yuyub süzün. Mətbəx robotuna alıb püre halına gələnə qədər çəkin.
Dərin bir qazana; su, moruq püresi, şəkər, nişasta və limon qabığı rəndəsini əlavə edin. Orta dərəcəli atəşdə davamlı qarışdıraraq, qarışıq qatılaşana qədər qaynadın.
Qazanı ocaqdan alıb yüngül ilınması üçün gözlədin. Xidmət edəcəyiniz qablara pay edin. Jele soyuyana qədər soyuducuda gözlədin.

Meyvə Souslu Manna Şirnisi.

Tərkibi:
Şirni üçün:
1 su stəkanı şəkər.
1 + 1/2 su stəkanı manna yarması.
1 litr süd.
1 paket vanil.
1 ədəd limon.

Sousu üçün:
10 -15 ədəd vişnə.
2 dilim limon.
2 çay qaşığı nişasta.
Ardı »