Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqTəyyarədə rahat uçmaq istəyirsənsə. . .

Hava nəqliyyatından istifadə edərkən təyyarənin havasının tənəffüs yolu və ürək xəstəliklərini bir qədər çətinləşdirdiyini bildirən türkiyəli mütəxəssis Əmrə İlhan bu səfərləri rahat keçirə bilmək üçün bir sıra təkliflər irəli sürür.

Burun tutulmaları ürək xəstəliklərini daha da ağırlaşdıra bilər. Təyyarədəki oksigenin miqdarı havadakından az ola bilər. Bu vəziyyət sağlam insanlarda problemə səbəb olmasa da, burun tutulmasından əziyyət çəkənlərdə tənəffüsün çətinləşməsinə, ağciyər və ürək xəstəliyi olanların vəziyyətini isə daha da ağırlaşdıra bilər. Buna görə də həmin xəstələr yaxşı olar ki, müalicə aldıqdan sonra təyyarədən istifadə etsinlər.

Təyyarədə saqqız çeynəməklə qulağın sağlamlığını qorumaq olar. Təyyarədəki hava təzyiqinin təyyarə qalxarkən, yaxud enərkən dəyişməsi nəticəsində qulaqda eşitmə itkisi Ardı »

SaglamliqDiqqət çatışmazlığı

Diqqət dağınıqlığı və ya hiperaktivlik, şəxsi həyata müxtəlif mənfi təsirləri olan pozuqluğa deyilir.
Bir adamda hiperaktivlik əlamətləri 7 yaşdan başlayarsa bu uşağın gələcəyinə də təsir edir. Həmçinin uşaqların sosial sahədə tam yetişməsinə imkan vermir.
Diqqət əskikliyi olan uşaqlar zamanla oyun və məktəb qaydalarına uyğunlaşa bilməyiblər.
Lakin digər uşaqlarla müqayisədə onlarda bəzi faydalı xüsusiyyətlər də olur. Həmin xüsusiyyətlərə yaradıcı olmaları, enerjili, istiqanlı, cana yaxın və düzgün fikirli olmalarıdır.
Onuda qeyd etmək lazımdır ki, bu cür uşaqlar tez güvənirlər. Onlarda inanc hissləri güclü olur. Sonradan hər hansı çətinlik yaşadıqda özlərinə qapanırlar.
Hətta bəziləri əlverişsiz şəbəkələrə və qruplara qarışır, zərərli işlərlə məşğul olur. Buda onların gələcəyinə Ardı »

SaglamliqPayız mövsümü yuxunuzu poza bilər!

[color=#6a60ec]Mövsüm dəyişkənliyi, xüsusilə də payız… Havanın dəyişməsi, temperaturun aşağı düşməsi insanların yuxusuna mənfi təsir göstərə bilər. Yaxşı yuxu üçün diqqət yetirməyiniz lazım olan bəzi məqamlar var.

Uzun və isti yay günlərini yavaş-yavaş yağışlı və qısa payız günləri əvəz etməyə başlayıb. Bu mövsümün gəlməsiylə orqanizmdə bəzi dəyişikliklər də meydana gəlir. Ən böyük dəyişikliklərdən biri də yuxu probleminin ortaya çıxmasıdır.

Vücudumuzda yatmaq vaxtını və yuxudan oyanmaq zamanını təyin edən bir sistem var. Bu sistemin ən önəmli hissələrindən biri beynimizdə olan günəş şüalarının da tez təsir edəcəyi yerdir. Payız mövsümünün də gəlişiylə günəş şüası azalır və yuxu problemləri baş qaldırır.

Həddindən artıq yuxusuzluğa səbəb isə bəzi Ardı »

SaglamliqHansı qadın peşələri döş xərçəngi xəstəliyinə gətirib çıxarır?

Kanada alimləri iri miqyaslı araşdırmalar apararaq hansı peşələrin qadınlarda döş xərçəngi xəstəliyinin əmələ gəlməsinə səbəb ola biləcəyini açıqladılar.

Məlum oldu ki, qadın sağlamlığı üçün ən ziyanlı peşələr kanserogen və kimyəvi maddələrlə əlaqəli olan peşələrdir. Belə ki, bu birinci növbədə avtomobil istehsalı, konserv sənayesi və kənd təsərüfatı sahələri ilə əlaqəli olan peşələrdir.

Fox News yazır ki, tibb işçilərinin sözlərinə görə, ziyanlı istehsal sahələrində 10 il çalışan qadınların bu xəstəliyə tutulma ehtimalı 42% artır.

Risk qrupuna həmçinin kazino və barlarda çalışan zəif cinsin nümayəndələri də daxildir.Gecə həyat tərzi və passiv siqaret çəkmə nəticəsində onkoloji şişlərin əmələ gəlməsi riski bir neçə dəfə artır. Ardı »

SaglamliqPomidor iflicdən qoruyur

Finlandiyada kişilərdə ürək-damar xəstəlikləri ilə bağlı 31 min nəfər üzərində araşdırma aparılıb.«Hürriyet» qəzetinin verdiyi məlumata görə, 42-61 yaşları olan və Kuopio şəhərində yaşayan kişilər üzərində araşdırma 1990-cı illərin əvvəlindən başlayıb.Araşdırmada iştirak edən kişilərin qan analizləri araşdırma başlayarkən və 7 ildən sonra götürülüb, müqayisə edilib. Həmin şəxslər 12 il izlənilib.Məlum olub ki, qanlarında likopenin səviyyəsi yüksək olan kişilərdə iflic riski 55 faiz daha azdır. Likopen ən çox pomidorda olur.
Qarpız, qreyfurt və manqo da likopen ilə zəngindir.
Ardı »

SaglamliqLüminessent lampa qırıldıqda otağı dərhal havalandırın

Elektrik enerjisinə qənaət etmək məqsədilə lüminessent lampalardan daha çox istifadə edilir. Lakin bilmək lazımdır ki, bu lampalar orqanizm üçün zərərlidir. Lüminessent lampaların içində qaz halında civə olur və qırılarkən həmin zəhərli maddə havaya qarışır. Nüvə tibb eksperti Dr. Cem Xınaçı civə qarışıq hava tənəffüslə orqanizmə daxil olmasın deyə otağı dərhal havalandırmağı, lampa qırıqlarını isə əl dəymədən toplamağı tövsiyə edir.

Lüminessent lampalar 1 metrdən daha yaxın məsafədə ultrabənövşəyi şüalar yayaraq dəriyə və gözlərə mənfi təsir göstərir. Buna görə də həmin lampaların iş masası və yataq otağında istifadəsi məsləhət deyil.

Bu lampalardan yayılan zərərli ultrabənövşəyi şüaların təsirinə məruz qalan insanlarda ekzema və digər xəstəliklər Ardı »

SaglamliqSağlam yaşlanmaq üçün 10 məsləhət

Sağlam və uzun ömürlü olmaq üçün gənc yaşlardan tədbir almaq lazımdır. Lazımi prosedurları gözləməklə balanslı qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejimə əməl etməklə də sağlam yaşlanmaq olar. Siqaret çəkmək, piylənmə və ya artıq çəkiyə sahib olma, stress və digər zərərli vərdişlər insanın erkən bir vaxtda yaşlanmasına səbəb olur. Bu baxımdan sağlam yaşlanmaq üçün aşağıdakı 10 məsləhəti oxuya bilərsiniz:

1. Sağlam həyat üçün ilk növbədə həyat tərzinin vacib elementlərindən hesab olunan tibbi müayinə (Check-up), müalicə və daimi nəzarət vacibdir. Beləcə xəstəlik əlamətləri vaxtında aşkar olunar və tez bir zamanda lazımi tədbirlər görülməklə aradan qaldırılar;
2. Normal çəkinizi qorumaq üçün yaşınıza uyğun fiziki fəaliyyətlə məşğul Ardı »

SaglamliqSaqqız çeynəmə gənclərdə miqrenə səbəb ola bilər

Bildiyimiz kimi saqqız ağız və diş sağlamlığına, iştahı azaltmağa, arıqlamağa kömək edir. Başqa sözlə kalori itkisinə səbəb olur, diş çürüməsini əngəlləyir, dişin mina qatındakı problemləri aradan qaldırır və ağızı bakteriyalardan qoruyur. Lakin saqqızı saatlarla çeynəmək gənclərdə baş ağrıları və miqrenə yol açır.
İsraildəki Tel Əviv Universitetindən Dr. Nathan bildirib ki, gündə 1-6 saat saqqız çeynəyən gənclərdə xroniki baş ağrıları olur.
Tədqiqatlarda 1 ay boyunca iştirak edən gənclərdən saqqız çeynəməyənlərin baş ağrılarının tamamilə itdiyi, bəzilərində isə baş ağrılarının sıxlığı və şiddətinin azaldığı görülüb. Saqqızdan təkrar istifadə edənlərdə isə qısa müddətdən sonra baş ağrıları geri dönüb. Dr. Nathan saqqız çeynəyənlərdə alt çənə oynağının çox çalışması Ardı »