Saglamliq → Yuxusuzluq yaxud insomnia
Yaşlı insanların 30 faizi pis yatır
Faina Georgiyevna Ranevskaya bunları xatırlayır:
«Yuxu dərmanı qəbul edib, uzanmışam. Gah sağ böyrü, gah da sol böyrü üstə dönərək, «yat» deyə özümə əmr edirəm. Heç nə alınmır. Bir saat uzandıqdan sonra mətbəxə keçib, daha bir həb içirəm. Puşkinin şerlərini oxuyaraq, yuxuya gedəcəyimi gözləyirəm. Ən nəhayət, yatıram. Yuxumda Puşkini görürəm. Mən onun ardınca qaçaraq, qışqırıram: «Siz mənim ən çox sevdiyim şairsiniz». О isə cavabında üzünü mənə tutub deyir: «A qoca kaftar, heç bilirsən məni necə təngə gətirmisən!».
Həkimlər ya həyat yoldaşı ilə, ya da iş yerində baş verən mübahisədən bir gün sonrakı gecə yuxusuz qalan insanın Ardı »