Saglamliq → Azərbaycanda qripə yoluxanların sayı artıb
Havaların kəskin dəyişməsi insanların sağlamlığına öz mənfi təsirini göstərib. Ötən ayın ilk günləri ilə müqayisədə bu ay mövsümi qripə yoluxanların sayı artıb.
Baş Səhiyyə İdarəsinin 16 saylı şəhər poliknikasının həkimi Mahizər Cəfərovanın verdiyi məlumata görə, qrip virusu hava yolu ilə yayıldığından bir neçə dəqiqə ərzində 10-a yaxın adam bu infeksiyaya yoluxa bilir. O, xəstəliyə tutulan şəxsin mümkün qədər kollektiv təmasdan yayınmalı olduğunu vurğulayıb. Xüsusilə də bu dövrdə körpələrin bağçalara, uşaqların isə məktəbə getməsini məhdudlaşdırmaq lazımdır.
“Bu infeksiya yuxarı tənəffüs yollarından başlayır. Ona görə öncə boğaz ağrıları başlayır”, deyə M. Cəfərova qeyd edib.
Həkim xəstələrə qrip olduğu müddətdə qida rejiminə xüsusi diqqət etmələrini, bol maye, Ardı »