Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqMaddələr mübadiləsini yavaşladan xəstəliklər hansılardır?

Bazal metabolik sürətin yavaşlaması nəticəsində müxtəlif sağlamlıq problemləri ortaya çıxa bilər.
Verilən məlumata görə hipofiz vəzinin az işləməsi nəticəsində ortaya çıxan "hipotiroid" metabolizmə mənfi təsir göstərir.
Həmçinin uşaqlarda və böyüklərdə qeyri-kafi qidalanma və ya düzgün olmayan qidalanma vərdişləri də maddələr mübadiləsinin sürətinə təsir edir.
Maddələr mübadiləsinin düşməsinə müxtəlif pəhrizlərin səhv tətbiqi nəticəsində ortaya çıxan ciddi əzələ itkiləri, hərəkətsizlik və ya yatağa bağlı yaşamağı tələb edən xəstəliklər aid edilir. Metabolizmi yavaşladan xəstəliklərə qarşı önləm aldıqda ilk növbədə konkret olaraq problem bilinməli və ona uyğun müalicə aparılmalıdır.
Bu vəziyyətdə fərdin içində olduğu sağlamlıq şərtləri də nəzərə alınmalıdır. Bundan əlavə ehtiyaclar müəyyənləşdirildikdən sonra günlük qidalanma proqramı Ardı »

SaglamliqEşitmə problemi olanların diqqətinə!

Məlumata görə eşitmə problemindən əziyyət çəkənlərin sayı düşünüldüyü kimi həddindən artıq az deyil.
Az inkişaf etmiş ölkələrdə isə digər ölkələrə nisbətən çox olduğu bildirilir. Eşitmə bacarığının hamısını itirməmiş, qismən eşitmə itkisi yaşayan kəslərdə istifadə edilən EAS (Elektrik Akustik Stimullaşdırılma) metodu, həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqla eşitmə itkisinin qarşısını alır. Verilən məlumatda eşitmə itkisinin əlamətlərinə davamlı olaraq danışmaların təkrar edilməsini istəmək, iki adamdan daha çox insanın danışmasını təqib etməkdə çətinlik çəkmək, televiziya ya da radionun səsini sonuna qədər açmaq, eşitmə sisteminə zərər verən dərmanlar almaq və s. aiddir.
Kiçik uşaqlarda tez-tez olan qulaq infeksiyaları müalicə edilmədiyi təqdirdə karlığa qədər gedə bilir.
Uşaq vaxtı Ardı »

SaglamliqQidanın xüsusi növləri

[color=#173bd3]Günün müəyyən vaxtı bəzi qida növləri xeyirlidir, başqa vaxt isə o qida böyük fayda vermir. Bəzi qida növlərindən isə müəyyən fəsillərdə istifadə sağlamlığın zəmini kimi çıxış edir, lakin başqa fəsillərdə həmin qida xəstəliklərə səbəb ola bilər. Biz burada xörəklərin reseptlərini vermirik, çünki vegetarian yeməklər haqqında kifayət qədər kitab var. Biz aşağıda yalnız qida növlərinin nə vaxt və hansı qidalarla bir yerdə qəbul edilməsini göstərəcəyik.

Soyuq iqlim üçün qida

Soyuq iqlim şəraitində yaşayan insanlar hesab edirlər ki, bu şəraitdə yalnız ət onlara enerji və istilik verə bilər. Ətin “xeyri”ni yuxarıda göstərmişik. Bəs hansı qida soyuq iqlim şəraitində yaşayan vegetarianlara enerji və istilik verə bilər? Ardı »

Saglamliqİstirahət

Orqanizmin təbii vəziyyəti - fəaliyyətdir. Bu müddəa həm bütün orqanizm, həm də hər hansı orqan və hüceyrə üçün qüvvədədir. Lakin fəaliyyət olan yerdə istirahət etmək zərurəti də yaranır. İnsan orqanizmini nəzərdən keçirək. Əzələlər, sinir hüceyrələri işləyir, amma istirahət də edirlər. Eləcə də böyrəklər, qara ciyər, mədə.
Amma ürək elə bil ki, bütün ömür boyu (hətta 80, 100 il yaşasan da) istirahətsiz işləyən orqandır. Lakin bu yalnız ilk baxışda belə görünür. Ürək əzələsi yığılır, müəyyən qədər qanı damar şəbəkəsinə vurur və boşalır. Bu, bir dəqiqədə 60-70 dəfə və bəzən daha çox təkrar olunur. Əzələlərin boşalması elə ürəyin istirahətidir. Bu anlar ərzində ürək Ardı »

SaglamliqBel və boyun ağrıları haqqında

Bir çoxları hesab edir ki, bel və ya boyun ağrısı, deyildikdə ağla dərhal bel yırtığı gəlir. Doğrudur, xəstə ən çox bu ehtimaldan qorxmaqdadır.
Çünki, bu onurğa ağrılarına daha çox səbəb olur.

Adətən onurğa ağrıları ilə müraciət edən xəstələrə mütəxəssis həkimlər ən etibarlı müalicə üsulunu seçir və düzgün qərar qəbul edir. Bu həmçinin bel yırtığına yol aça biləcək faktorların müəyyən edilməsi deməkdir. Bəzən revmatizma amillərinin yüksək olması yırtıq meydana gəlməsinə zəmin hazırlayır.

Ümumiyyətlə bel və boyun ağrıları öz sağlamlığına fikir verməyən insanlarda xroniki problemlərin yaranmasına da səbəb olur.
Türkiyəli Dos. Dr. Serdar Dağın müsahibəsindən aydın olur ki, bel və boyun ağrıları ameliyatsız da müalicə edilə bilər.

Bunun Ardı »

SaglamliqBu qidalar mütləq süfrənizdə olmalıdır

[color=#6a60ec]Düyü – İshal, ürək bulanması və mədə turşuluğundan əziyyət çəkən insanların tərkibində düyü olan yeməklərdən qidalanmaları məsləhət görülür. Həmçinin düyünün qaynadıldığı suyun içilməsi də faydalı ola bilər.

Günəbaxan – Aparılan araşdırmalara görə günəbaxanın tərkibində orqanizmə faydalı olan zülal, fosfor, kalium və Omeqa -6 var.

Kətan yağı - Kətan yağı və kətan toxumu immunitet sistemini gücləndirir, xoleserolu və təzyiqi nizamlayır. Bağırsaqların fəaliyyətini normallaşdıran kətan yağı həmçinin, qidaların daha sürətli həmz olunmasına kömək edir.

Sarımsaq – Çin tibb aləmində sarımsaq infeksiyayla bağlı ishal, xroniki öskürək, həzm sistemi və mədə ağrılarına qarşı istifadə olunur.

Hind zəfəranı – Hind zəfəranından daha çox bağırsaqların fəaliyyətini normallaşdırmaq üçün istifadə olunur

Banan – Ardı »

SaglamliqMobil telefonlar bakteriya yuvasıdır

Araşdırmalara görə, bəzi mobil telefonlarda unitazdan 10 dəfə çox bateriya var.
Son illər bütün dünyada istifadəsi intensiv hala gələn mobil telefonlar təhlükə mənbəyi olmağa davam edir.
Araşdırmalara görə, bəzi mobil telefonlarda unitazdan 10 dəfə çox bakteriya var. Mütəxəssislər bu iddialarına sübut kimi, Uqandada bir oğrunun xəstəxananın karantin şöbəsindən oğurladığı telefonla Ebola virusuna yoluxmasını göstərir.

Arizona universitetinin akademiki mikrobiloq Çarlz Qerba isə hesab edir ki, telefonla virusa yoluxmaq üçün Ebola epidemiyasının olması şərt deyil. Akademik, hər gün təmizlənən tualetlər qarşısında telefonların mütəmadi təmizlikdən keçmədiyini, bunun telefonlarda daha çox bakteriya yığılmasına səbəb olduğunu deyir.
Qerbaya görə təhlükə telefonlarda olan bakteriya sayının çoxluğu yox, bu cihazın Ardı »

SaglamliqEnerji içkiləri barədə ciddi xəbərdarlıq edildi

Tərkibində yüksək səviyyədə kofein və digər komponentləri ehtiva edən enerji içkiləri, uşaqlar və gənclərdə ciddi problemlər yaradır. Bu barədə artıq xəbərdarlıq edilib.

"Pediatrics" jurnalının verdiyi məlumata görə, alimlərin xəbərdarlığı, enerji içkilərinin sağlamlığa ciddi təsiri ilə əlaqədar elmi araşdırmalardan sonra edilib.

Mayami Universitetindən Steven Lipşultz və araşdırma qrupu, enerji içkiləri ilə əlaqədar istehsalçıların internet saytlarında bu cür içkilərlə əlaqədar verdikləri məlumatları araşdırıblar.

Bu sistematik araşdırmanın nəticəsində, bu içkilərin xüsusilə uşaqların və gənclərin sağlamlığına ciddi ziyan vurduğu ortaya çıxıb. Enerji içkiləri sayıqlama, yuxusuzluğa, ürək problemlərinə, şəkər xəstəliyinə və ruhi xəstəliklərə yol açır.

Araşdırmada həmçinin qeyd edilib ki, bu növ içkilərin heç bir müalicəvi köməyi yoxdur. Enerji içkilərini Ardı »