Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqUzunömürlülüyün 10 sirri

Alimlər uzunömürlüyün 10 sirrini müəyyən ediblər. Heç kimə sirr deyil ki, insan ömrü 25 faiz irsi, 75 faiz isə qazanılmış faktorlardan asılıdır. Alimlər insan ömrünü uzada biləcək tövsiyyələrini veriblər. Bu tövsiyyələrə əməl etməklə insan öz ömrünü uzada bilər. Beləliklə, insan ömrünü uzada biləcək faktorlar:

Birinci faktor - alimlər ilk növbədə uzunömürlüyə müsbət təsir edən alma yeməyi məsləhət görür. Britaniyadakı Qida İnstitutunun alimləri hesab edir ki, adi alma gəncliyi uzadır. Alimlərə görə qida rasiona gündəlik olaraq alma əlavə olunması ömrü uzadır. Mütəxəssislər almanın tərkibində epikatexin maddəsini aşkar ediblər, bu maddə yaşıl çayın tərkibindəki polifenollara oxşardır. Onlar qan damarlarının Ardı »

SaglamliqYay dövründə orucla bağlı həkim məsləhətləri

Artıq məlum olduğu kimi, bu ilki mübarək Ramazan ayı yay mövsümünə təsadüf etmişdir. Nəticədə oruc tutma müddəti 16-17 saata qədər davam edir. Bununla əlaqədar olaraq həkimlərin bir neçə özəl məsləhətləri vardır.

Həkimlərin xüsusi tövsiyəsi olmuşdur ki, bu müdət ərzində bədənin tələb etdiyi minimum su balansının qorunması üçün imsakdan yarım saat öncə və iftardan bir saat sonra çoxlu maye qəbul edilsin. O cümlədən, həkimlər məsləhət görür ki, çox tünd çaydan, kofedən və kakaodan çəkinmə məqsədəuyğundur.



Bununla yanaşı, obaşdan zamanı göyərtinin, meyvənin yeyilməsi məsləhətə uyğundur. Və bu gün ərzində insan bədənində mayenin qorunmasına köməkedici amillərdəndir. Həmçinin, həkimlərin yay mövsümü zamanı tövsiyəsi budur ki, Ardı »

SaglamliqSaç tökülməsinin yeni həlli yolu tapıldı

Bildiyimiz kimi adi saç tökülmələri irsən və ya vitamin çatışmamazlığından yarana bilir. Ciddi saç tökülmələri isə daxili xəstəliklərdən qaynaqlana bilər.
Bu baxımdan həmin xəstəlikləri müalicə etmək və saç dibini xüsusi qidalandırmaqla saç tökülməsinin qarşısını almaq olur. Bu cür xəstələrə vitamin preparatlarıda kömək edir.

Məlumata görə Ankara Universitetinin tədqiqatçıları nanotexnologiyanın köməkliyi ilə təbii bitki özləri inkişaf etdirərək saç tökülməsinin həll yolunu müəyyən ediblər.
Onlar 5 gündən etibarən yenidən saçların çıxmasını təmin edə bilirlər.

Bu texnologiyayla, yalnız kosmetik və tibb sahəsində deyil, kənd təsərrüfatı, tekstil, sənayedə, mədən və s. sahələrdə tətbiq edilir. Hər hansı bir kimyəvi, hormonal və ya genetik təsir yaratmadan, tamamilə fiziki xüsusiyyətlərin nano ölçülərdə Ardı »

SaglamliqD vitamininin çatışmazlığı ömür müddətini azaldır

İsveç alimləri sübut etmişlər ki, günəş şüasından əldə olunan D vitamininin insan orqanizmində çatışmazlığı ömür müddətini azaldır.
AzərTAc xəbər verir ki, İsveç Kral Karolin İnstitutu alimlərinin tərtib etdikləri diaqramda orqanizmdə D vitamininin miqdarından asılı olaraq insanın ömür müddəti əks olunur. Tədqiqatda təxminən otuz min qadın iştirak etmişdir.

Onlardan xahiş etmişlər ki, günəş altında nə qədər vaxt keçirmələri, günəş şüasından qorunma vasitələrindən nə dərəcədə tez-tez istifadə etmələri və solyariyə neçə dəfə getmələri barədə ətraflı gündəlik yazsınlar.

İsveç tədqiqatçıları araşdırmaların nəticələrinə əsasən, insanlara tez-tez günəş vannası qəbul etməyi məsləhət görürlər, çünki orqanizmdə D vitamini məhz ultrabənövşəyi şüanın köməyi ilə əmələ gəlir.
Lakin unutmaq olmaz ki, günəş şüaları Ardı »

SaglamliqSiqaretin tanıtımı

adı:tütün
soyadı:siqaret
ata adı:kök
ana adı:yarpaq
doğum yeri:torpaq
cinsi:nikotin
vəzifəsi:xərçəng
ünvanı:insan
dayancağı:dodaq
küçəsi:qırtlaq
döngəsi:bağırsaq
məhəlləsi:ağciyər
özü:ölüm
yoldaşı:əzrail
sonu:məzar

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
Ardı »

SaglamliqAntibiotiklərdən çoxlu istifadə zərərlidir

Məlumata görə antibiotiklərdən çoxlu miqdarda istifadə insan sağlamlığına zərərlidir. Həkimlərdə bundan ifrat istifadənin düzgün olmadığını bildirib.
Onların sözlərinə görə antibiotiklərdən çoxlu istifadə zamanı preparatın tədricən müalicəvi təsirləri zəifləyir.
Cenevrədə yerləşən Dünya Səhiyyə Təşkilatı bildirib ki, antibiotikdən həkim resepti olmadan istifadə edilməməlidir.
Həkimin göstərişi ilə belə mümkün qədər az istifadə olunmalıdır.
Sərhədsiz Həkimlər Təşkilatından Jan Batist Ronatın dediyinə görə, insanlar özləri bilmədən belə, antibiotik qəbul edirlər, məsələn, antibiotik verilmiş heyvan əti yeyənlərdə bu qrupa aiddir. İki başlıca təhlükə bundadır ki, antibiotiklərin ərzaqlarda istifadə edilməsi və heyvanlara verilməsi qidada antibiotikin artması ilə nəticələnib.
Məlumatda oda bildirilir ki, 2001-ci ildən bəri Avropada buna qadağalar tətbiq edilib. Buna Ardı »

SaglamliqHiperaktivlik bioloji bir problemdir

Günümüzdə çəkilən hər bir zəhmət bir mənalı şəkildə insanların sağlamlıqlarının qorunmasına və cəmiyyətin hərtərəfli inkişafına yönəlməlidir. Çünki, bu müasir dövrün ən vacib tələblərindən və başlıca vəzifələrindən biridir. Mütəxəssislər, uşaqlarda diqqət əskikliyi və hiperaktivlik pozuqluğunun bioloji bir problem olduğunu söyləyirlər.
Psixoloq məsləhətçisi kimi fəaliyyət göstərdiyi bildirilən Atilla Altunun sözlərindən aydın olur ki, hiperaktivlik uşaqların gələcəyinə və inkişafına mənfi təsir göstərir.
Başqa sözlə ictimai həyatda olan təsirlər, yaşıdlarıyla uyğunlaşmazlıq və s. problemlər diqqət əksikliyini tam mənada insan xarakteri ilə əlaqədar olmadığını göstərir. Bəzi insanların fikrincə bu bioloji problemdir. Bəzilərinə görə isə məktəbdə aldığı müxtəlif təsirlərin nəticəsidir. Bu baxımdan hiperaktivlik valideynlər tərəfindən ciddi qəbul Ardı »

SaglamliqNiyə Xurma yeməliyik?

[color=#fe5e5e]Düzgün seçilmiş xurma bal kimi şirindir, çünki onun ¼ hissəsini şəkər təşkil edir. Buna görədə əgər siz işə iki yetişmiş xurma götürsəniz, aclıq sizi tutmaz. Təbii enerjidən səvai, çoxlu vitaminlər də qəbul etmiş olacaqsınız.
Gözə xeyirlidir. Yetişmiş xurma meyvəsində çoxlu beta-karotin (meyvəyə rəng verən element) var ki, görmə qabiliyyətini yaxşılaşdırır, gözlərin qocalmasının qarşısını alır.
Ağ ciyərinizi qoruyar. Beta-karotin nəfəs sisteminizi qoruyar, bronxit və pnevmaniya kimi xəstəliklərin qarşısını alar. Siqaret çekənlər xüsusi ilə xurmadan tez-tez istifadə etməlidirlər.
Ürəyə dəstək verir. Xurmanın tərkibinə elə bitki şəkəri və kaliyi daxildir ki, bu da ürək-damar sisteminə çox xeyirlidir. Bu öz növbəsində arterial təzyiqi nəzarət altında saxlayır və qipertoniyaya Ardı »