Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqXərçəng xəstəliyi riskini nə azaldır?

"The Guardian" post bildirir ki, 3 saat Günəş vannası qəbul etmək orqanizmdə xərçəng xəstəliyinin yaranma riskini 50% yarıbayarı azaldır.

ABŞ-ın Harvard Universitetinin nəzdindəki İctimai Təbabət İnstitutunun apardığı araşdırmalar nəticəsində bəlli olub ki, Günəş şüaları insan orqanizmində D vitamininin miqdarını artıraraq çox güclü anti-xərçəng effektinə malikdir.

Laborator testləri isə gündə cəmi 3 saat Günəş altında qalmağın döş xərçənginin yaranma riskini xeyli azalğdığını sübut edib.
Döş xərçənginə mübtəla olmuş qadınlarla sağlam qadınların müqayisəli müayinəsi də eyni nəticələri verib. Ardı »

SaglamliqDörd saat az yatmaq qocalmaya səbəb olur

İnternetdə yayılan məlumata görə aparılan bir sıra araşdırmalar nəticəsində insanların gündəlik yuxu müddətində bir əsrdə dörd saat azalma müşahidə olunub.
Gündə yeddi saatdan az yatmaq, dəridə və daxili orqanlarda yaşlanmağa səbəb olaraq ömrün qısalmasına şərait yaradır.
Gündüz yuxusu və ya günorta yuxusu, insan sağlamlığı üçün vacib amillərdən biri hesab olunur.
Gündüzlər həmişə eyni saatda 15 dəqiqə yatmaq, həm iş məhsuldarlığına müsbət təsir göstərir, həm də gecənin iki saatlıq yuxusuna ekvivalent sayılan istirahətə imkan verir.
Lazımi yuxu almamaq gündəlik həyatda müxtəlif ciddi problemlər yarada bilər. İş həyatı və şəxsi həyatda müxtəlif problemlərin səbəbi hesab olunan yuxusuzluğun sıx rast gəlinən simptomlarına aşağıdakılar da aid edilir:

Ardı »

SaglamliqXəstəlik riskini azaldan faktorlar

Məlumata görə dünyanın dörd bir yanında uzun həyatın sirri üçün araşdırmalar aparan bir sıra mütəxəssislər, xəstəlik riskini artıran bütün araşdırmaları yığıb 100 ildən çox yaşamaq üçün uzun bir siyahı əmələ gətiriblər. Daha az xəstə olanlar, ölümcül xəstəliklərdən xilas olanlar və 100 yaşını keçən insanların həyatlarını araşdıran elm adamları, sağlam və uzun bir ömür üçün lazimi məsləhətlər də veriblər. Ümumiyyətlə həmin məsləhətlərdən aydın olur ki, düzgün qidalanmaq, idmanla məşğul olmaq, gündəlik rejim, şəxsi istirahət vacib amillərdir.
Düzgün qidalanma. Qidalnamada rasiona uyğun və insan orqanizmi üçün daha faydalı məhsullarla yanaşı gün ərzində 1-5 stəkan şəkərsiz çay (bitki çayıda daxil olmaqla) içməyin, qırmızı meyvələrlə bərabər Ardı »

SaglamliqBoy qısalığının daha bir səbəbi

Bildiyimiz kimi, boy qısalığı yetkinliyi gecikdirən amillərdən biridir. Bu səbəbdən uşaqların fiziki inkişafında bu amil nəzərə alınmalıdır.
Çünki, hər bir uşaq sağlam böyümə və inkişaf müddəti yaşamır. Erkən doğulan körpələrdə, valideynləri qısa boylu olanlarda bəzi hallarda böyümə ləngiyir.
Boya görə çəkisi aşağı olan uşaqlarda xroniki parazitar infeksiyalar da ola bilər. Bu baxımdan fiziki inkişafa təsir göstərən bütün amillər nəzərə alınmalıdır.
Türkiyəli professor Dr. Mehmet Emre bildirib ki, düzgün qidalanmamaq xroniki xəstəliklər xaricində boy uzanmasına da təsir göstərir.
Bu hal boy qısalığının səbəblərindən biridir. Onun sözlərinə görə uşaqların fiziki inkişafında daha çox valideynlər diqqətli olmalıdır.
Çünki, böyümə dövründə sümüklərin uc qisimlərində böyümə valları və qığırdaq toxumasının inkişafı Ardı »

SaglamliqArıqlamaq: tövsiyələr

[color=#fe8c8c]Hər bir qadın gözəl olmaq istəyir. Lakin bəzi hallarda güclü iştaha buna mane olur. Belə olduqda, bu iştahanın öhdəsindən gəlmək haqqında düşünməli olursan. Əlbəttə, bunun üçün müxtəlif dərman vasitələri var, lakin ən yaxşısı xalq təbabətinə üz tutmaqdır. Yeri gəlmişkən, bu üsullar iştahanı azaltmağa və düzgün qidalanmağa imkan yaradır. Təəssüf ki, valideynlərin çoxu uşaqlarda «canavar iştahası»nı həvəsləndirir. Onlar hesab edirlər ki, belə olduqda uşaqlar sağlam böyüyəcək. Lakin adət halını almış iştahanın qarşısını almaq sonradan çətin olur. Bir çox qadınlar müxtəlif üsullar və ciddi pəhrizdən istifadə etsələr də, arıqlama böyük problemə çevrilir.

Unutmayın ki, heç zaman səhər yeməyindən imtina etmək olmaz. Ardı »

SaglamliqKöklük haqqında

[color=#f82e00]Köklük orqanizmdəki kalori nisbətinin pozulması nəticəsində meydana çıxır. Belə hallarda orqanizmdəki yağ miqdarı artır. Çəkinin normadan artıq olması həmişə köklük deyil. Məsələn, əzələləri yaxşı inkişaf etmiş bir idmançının çəkisi normadan artıq olsa da, bu normadır. Çünki onun bədənindəki yağ miqdarı normaya uyğundur.

Normal çəkini müxtəlif cür hesablamaq olar. Bunun üçün istifadə olunan üsullardan biri də "boy" üsuludur. Bu üsula görə boyun hündürlüyündən 100 çıxmaqla normal çəki alınır. Məsələn, əgər boyun uzunluğu 170 sm - dirsə, deməli, bu adam üçün normal çəki 70 kq - dır. Lakin bu üsul həmişə özünü doğrultmur.

Normal çəkini hesablamaq üçün istifadə olunan digər bir üsul Boy Çəki İndeksidir Ardı »

SaglamliqVitaminlər və minerallar

[color=#173bd3]A vitamini

A vitamini, ən çox qaraciyər, yer kökü, pomidor, qırmızı bibər, yonca və qozda olur.

A vitamini ən çox gözün görmə qabiliyyətinə təsir göstərir. A vitamini, normal boy atma üçün zəruridir. Çox miqdarda A vitamini qəbul etmək zərərlidir.
B1 vitamini

Maddələr mübadiləsinin bir sıra proseslərinə təsir edir.

Orqanizmdə sinir sisteminin normallığı üçün zəruridir. B1 vitamini taxılların, buğda, yer fıstığı, quru üzüm, portağal, lobya və heyvan ciyərinin tərkibində daha çoxdur.
B2 vitamini

Qidaların enerjiyə çevrilməsinə kömək edir. Orqanizmdə çatışmadıqda dəridə quruma və çatlama, görmə problemləri, işığa qarşı həssaslıq və iştahasızlıq yaranır. Heyvan ciyəri, yağsız süd, qatıq, toyuq və ıspanağın tərkibində bol miqdarda B2 vitamini olur.
B3 vitamini

Qidaların enerjiyə Ardı »

SaglamliqMaddələr mübadiləsini yavaşladan xəstəliklər hansılardır?

Bazal metabolik sürətin yavaşlaması nəticəsində müxtəlif sağlamlıq problemləri ortaya çıxa bilər.
Verilən məlumata görə hipofiz vəzinin az işləməsi nəticəsində ortaya çıxan "hipotiroid" metabolizmə mənfi təsir göstərir.
Həmçinin uşaqlarda və böyüklərdə qeyri-kafi qidalanma və ya düzgün olmayan qidalanma vərdişləri də maddələr mübadiləsinin sürətinə təsir edir.
Maddələr mübadiləsinin düşməsinə müxtəlif pəhrizlərin səhv tətbiqi nəticəsində ortaya çıxan ciddi əzələ itkiləri, hərəkətsizlik və ya yatağa bağlı yaşamağı tələb edən xəstəliklər aid edilir. Metabolizmi yavaşladan xəstəliklərə qarşı önləm aldıqda ilk növbədə konkret olaraq problem bilinməli və ona uyğun müalicə aparılmalıdır.
Bu vəziyyətdə fərdin içində olduğu sağlamlıq şərtləri də nəzərə alınmalıdır. Bundan əlavə ehtiyaclar müəyyənləşdirildikdən sonra günlük qidalanma proqramı Ardı »