Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SaglamliqYaxşı yuxu almağın sirləri

* Yatmazdan əvvəl kitab oxuyun, klassik musiqi dinləyin, duş qəbul edin.
* Yataq otağınızdan ancaq dincəlmək üçün istifadə edin. İşlərinizi, yaxud yeməyinizi otağa gətirməyin.
* Yatağınız rahat və kifayət qədər geniş, otaq isə qaranlıq və səssiz olmalıdır.
* Yuxu rejiminizi nizamlayın. Yatmaq üçün yuxunuzun gəlməsini gözləməyin.
* Yatacağınız ərəfədə kafeinli içkilərdən, siqaretdən uzaq olun.
* Yatmazdan əvvəl acsanız, çox az yeyin və bir stəkan süd için. Çünki gecə ağır xörəklər yedikdə narahat olacaqsınız və bu da yuxunuzun pozulmasına səbəb olacaq.
* Hər şeydən vacibi isə əgər yuxuya gedə bilmirsinizsə, yataqda çox çırpınmayın, televizora baxın. Yuxunuz gələnə qədər yatağa yaxınlaşmayın.
Ardı »

SaglamliqDanışmada olan gecikmələrin səbəbləri

Dil və danışma gecikməsi hər hansı bir səbəbə bağlı olmadan da ortaya çıxa bilər. Cinslərdən asılı olaraq, bir risk faktoru bilinməkdədir. Oğlanlarda qızlara nisbətən dil və danışmada olan gecikmələrin görülmə riski üç dəfədən çox olaraq bildirilir. Bundan başqa, ailədə danışma gecikməsi problemi yaşamış şəxslərin olması bu riski artırır. Bir digər risk faktoru isə aşağı doğum ağırlığı və erkən doğum olaraq təyin olunmuşdur.
Dil gecikməsi müşahidə edildiyində özbaşına keçmə hallarını gözləmək erkən müdaxilədə olan faydaları önləyə bilər. Bu baxımdan dil gecikməsi yaşayan uşaqlar məktəb vaxtında da dil pozuqluqları ilə həyat sürənlər riskinə aid hesab olunur. Araşdırmalar, göstərib ki, dil və danışma gecikməsinin Ardı »

Saglamliqİlin soyuq fəslində necə arıqlamaq olar?

[color=#173bd3]Hava soyuq olan zaman düzgün qidalanma məsələləri və idmanla məşğul olmaq istəyi zəifləyir. Əlbətdəki yaz-yay aylarında arıqlamaq daha asandır.

Soyuq fəsildə hava daha tez qaralır, hərəkət fəaliyyətiniz azalır. Hava soyuq olan zaman bir çox insanlar depressiyaya və melanxoliyaya tutulurlar.

Soyuqlama, xəstəliklər başlayır. O zaman pəhriz heç yada düşmür. Ümumiyyətlə soyuq aylarda orqanizm piy yığmağa başlayır.

Formda qalmaq üçün bir neçə məsləhət veririk:

1. İsti geyinməyə çalışın! İngilis atalar sözünə əsasən “Pis hava yoxdur, pis geyim var.”

2. İsinəndə şirin çay ilə yox, isti şorbalarla isinin. Sobada bişmiş tərəvəzlər yeyin. Həmçinin boranı, kələm, kartof yeməyə üstünlük verin. Çay, kofe içdiyiniz zaman, şirniyyatlardan uzaq durun.

3. Daha çox hərəkət Ardı »

SaglamliqNövbəli iş diabet və piylənmə riskini artırır

Növbəli işdə çalışan insanlarda diabet və piylənmə riski artır. ABŞ-da aparılan araşdırmalara əsasən məlum olub ki, bu riskin yaranması növbə ilə işləyən insanların günün uyğun olmayan vaxtında çox az yatmaları ilə əlaqədardır. Tədqiqatçılar yemək və yatmaq vaxtı da daxil olmaqla 21 insanın həyatında tədqiqat aparıblar. Onlardan bəzilərində bir neçə hətədə hətta şəkərli diabetin ilk simptomları meydana gəlib. Elmi jurnalda çap olunan nəticələrə əsasən normal rejimə keçən zaman bədən şəkərin səviyyəsini tənzimləmək üçün mübarizə aparır.

Nəticədən aydın olub ki, kifayət qədər yatmaq sağlamlıq üçün çox vacibdir və ən yaxşı effekt əldə etmək üçün bu yuxu gecə olmalıdır. Tədqiqatçılar aparılan araşdırmaların nəticələrinə uyğun olaraq Ardı »

SaglamliqHər 1 kq artıq çəki oynaqlar üçün 4 kq artıq çəki deməkdir

Sağlamlığımızın ən böyük düşmənlərindən biri olan artıq çəki eyni zamanda oynaqlarımızın da ən böyük düşmənidir.
Sağlamlığımızın ən böyük düşmənlərindən biri olan artıq çəki eyni zamanda oynaqlarımızın da ən böyük düşmənidir.
Buna səbəb isə hər artıq 1 kiloqram çəkinin oynaqlar üçün 4 kiloqram artıq çəkiyə bərabər olmasıdır.
Bu isə, ilk növbədə, oynaqlarda kirəclənmənin meydana çıxması və ya sürətlənməsi deməkdir.
Digər tərəfdən, artıq çəki diz problemi olan xəstələrin də şikayətlərinin artmasında əsas səbəbələrdən biridir.
Əgər bunu başqa cür ifadə etmiş olsaq, hər oturub qalxdıqda diz oynaqlarına ümumi çəkimizin təqribən 3 qatı qədər yük düşür.
Yeriyərkən bu yük təqribən çəkimizin 5-6 qatına çıxır. Qaçarkən isə Ardı »

SaglamliqSəhər yeməyi yeməyənlərə pis xəbər

Səhər yeməyini yeməyənlərdə infarkt keçirmək riski 27 faiz artır. Yeni araşdırmanı Harvard universitetinin mütəxəssisləri aparıblar. Yayılan məlumata görə, 45-82 yaş arası 27 min nəfərin yemək vərdişləri 16 il müddətində tədqiq edilib.

Belə ki, səhər yemək yeməyəndə orqanizm təzyiqi, insulin və xolestrol səviyyəsi artır. Bununla da gecə boyu ac qalan və səhər enerji ala bilməyən bədənin yükü artır.
Bu vərdişin illərlə davam etməsi ürək xəstəliklərinə və ya yüksək təzyiqə yol açır.
Bundan əlavə səhər yeməyi yeməyən kişilər daha çox siqaret çəkir, içki içirlər ki, buda yeni xsətəliklərin yaranması deməkdir.

Nəticələrə görə, yuxudan öncə yeyilən yemək, səhər yeməyi yeməməkdən daha pis nəticələr doğurur. Gecə yeməkləri ürək xəstəlikləri Ardı »

SaglamliqOfis xəstəliklərindən necə qorunmalı?

Düşünəcəksiniz ki, ofis işinin nəyi zərərli ola bilər? Bütün günü isti, işıqlı otaqda oturursan, istədiyin vaxt qəhvə içirsən, sivilizasiyanın bütün faydalarına sahibsən. Amma elə ofis xəstəlikləri var ki, onlardan qorunmaq lazımdır.

Mədə-bağırsaq traktının xəstəlikləri

Baxmayaraq ki, ofis işçiləri üçün nahar etmək üçün yeməkxana ayrılıb, onlar, adətən, monitorun qabağında tez-bazar nə isə yeyir və ya ümumiyyətlə nahardan imtina edirlər. Bütün bunlar həzmetmə sistemində problemlər yaradır ki, bu da maddələr mübadiləsinin pisləşməsinə, artıq çəkiyə səbəb olur. Xüsusilə ABŞ və İngiltərədə ofis piylənməsi problemi yüksəkdir. İri şirkətlər korporativ siyasətə sağlam həyat tərzi siyasətini əlavə edib: işçilərə münasib qiymətə fitnes-kluba abunələr verilir, hətta ofisdə lifti bağlayırlar.

Gözdə Ardı »

SaglamliqRənglərin sağlamlığa təsiri

Qırmızı rəng iş qabiliyyətini artırır. Tənbəlliyin düşmənidir, lakin əsəbiliyə də yol aça bilir. Hərəkətin daha çox olduğu yerlərdə (uşaq otaqlarında, ictimai yerlərdə) istifadə edilməsi məsləhətdir.

Narıncı rəng həyəcan yaradır. İnsanın yaradıcılıq gücünü artıran, arxayınlıq, cəsarət və ünsiyyət doğurur. Mətbəxdə, uşaq və yemək otağı ilə dəhlizdə istifadəsi məsləhət görülür.

İlham qaynağı sayılan sarı rəng insana nikbin əhval-ruhiyyə bəxş edir. Mətbəx üçün daha münasibdir. Lakin iş otaqlarında istifadə etmək olmaz, çünki zehni yorğunluğa səbəb ola bilər. İstirahət guşələrində də istifadəsi məsləhət deyil.

Sakitləşdirici rəng olan yaşıl əməkdaşlığa, comərdliyə bir növ çağırışdır. Bu rəng özünü ifadə etməyə köməkçi olur. Otaqları daha geniş göstərir. Yataq və Ardı »