Saglamliq → Siqaretdən imtina etmək yolları
Siqaret çəkmə pis vərdiş və toksikomaniyanın bir forması olub, demək olar ki, dünyanın bütün ölkələrində geniş yayılmışdır və onunla mübarizə ümumdünya probleminə çevrilmişdir.
Siqaret çəkənlər cəmiyyətin bütün təbəqələri ilə təmsil olunmuşlar. Əfsuslar olsun ki, onların sırasında yeniyetmələr, qızlar, qadınlar və hətta hamilə qadınlar da vardır. Bu acınacaqlı vəziyyət şübhəsiz ki, gələcək nəslin qeyri-sağlam olmasına gətirib çıxara bilər. Siqaret çəkmənin zərərli cəhətlərini oxucuların nəzərinə daha dolğun çatdırmaq üçün tütün bitkisi və onun xüsusiyyətlərinin bir qədər geniş planda verilməsi məqsədəuyğun hesab edilir.
Tütün bitkisi haqqında bəzi məlumatlar
Tütün - Nicotiana cinsinin yer kürəsində 100-ə qədər növü vardır. Ən geniş yayılan və istifadə olunan növü həqiqi tütün Ardı »