Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarƏli və Salsal

Həzrət Əli eşidir ki, Salsal adlı bir pəhləvan var. Deyir: “Gedimgörüm o necə pəhləvandı elə?” Gəlir indiki Qalalıya, dönüb olur qoca bir kişi. Salsal pəhləvan görür ki, onun otluğunda bir qoca kişi var – heç bunu saya salmır. Salsal öz adamlarına deyir:

– Gedin mənim qalxanımı, papağımı, qılıncımı gətirin.

Qırx pəhləvan Salsalın qalxanını, qırx pəhləvan papağını, qırx pəhləvan da qılıncını sürüyə-sürüyə gətirir. Salsal pəhləvan deyir ki, mən vuruşmamışdan qabaq şərt qoyuram, sonra vuruşuram.

Həzrət Əli deyir:

– Şərtini de.

Salsal pəhləvan deyir:

– Gərək əvvəlcə mənim qalxanımı yerdən qaldırasan, sonra vuruşaq.

Həzrət Əli deyir:

– Mənim də şərtim var – gərək əvvəlcə mənim xəncərimi yerdən qaldırasan, sonra vuruşaq.

Salsal pəhləvan Ardı »

NağıllarUsta Abdulla (nağıl)

Gülüzarı-məlahətdə gözüm bir gülə düşdü,
Alxala siya sünbülə düşdü.
Əfsus, dərdim dildən-dilə düşdü,
Hər aşiqi-sevda özün yara yetirdi.
İğval zəmin oldu, bizimki də belə düşdülər.

Həkan-həkan içində,
Qoz girdəkan içində,
Dəvə dəlləklik elər,
Köhnə hamam içində.

Milçək mindik Kür keçdik,
yabaynan dovğa içdik.

Günlərin bir günüdə sana kimnən xəbər verim, Yəmən vilayətinnən. Yəmən vilayətində bir padşah vardı. Bı imarət tikdirirdi. Hankı ustanı gətirirdi, boynun vırdırırdı. Hörgü yarımçıq qalırdı. İsfahanda bir usta Abdulla vardı. Bı eşitdi ki, padşah belə iş görür. Bı əhvalatı eşitcək durdu, hər həməssalanın götürüb düşdü yola. Bəli, yolların kənarıynan, dağların dabanıynan, amma dərələrdən yel kimi, təpələrdən sel kimi, badeyi-sərsər kimi özün Ardı »

NağıllarAğ quşun nağılı

Biri vardı, biri yoxdu, bir padşah vardı. Bütün padşahlardan fərqli olaraq, bu padşah olduqca adil və ağıllı padşah idi. Hamı onu çox sevirdi, bircə vəzirdən başqa. Vəzir gecə-gündüz yatmayıb onu necə öldürmək, yerinə necə keçmək barədə düşünürdü. Günlərin bir günündə o əlaltıları ilə birlikdə padşaha qəsd elədi və onun yerinə keçdi. Vəzir padşahın nəslindən bir nəfəri də sağ buraxmayacağına söz vermişdi. Bu məqsədlə də öz adamlarına padşahın yeganə oğlunu da öldürməyi tapşırdı. Padşahın arvadı oğlunu da götürüb qulluqçularla yaylağa getmişdi, ərinin öldürüldüyündən bixəbər idi.

Vəzirin adamları onun alaçığına hücum edəndə işin nə yerdə olduğunu anladı, dedi:

-Binamuslar, yəni siz o qədər qudurmusunuz ki, Ardı »

NağıllarGöytəpə göyərdi, ərim məni döyərdi

Biri varıymış, biri yoxuymuş, bir kasıb qız varıymış. Bu qızın bir boyu-buxunu varıymış ki, lap pəhlivan kimi, özü də çox qoçax qızıymış. Gündə üç əppək para yeyib, üç kələf yarım da yun əyirərmiş. Elə ki, yeməyi bir gün az olurmuş, işləyə bilməzmiş, yaman gödəmbuliymiş. Günnərin birində bu qız üç əppəyi yeyir, amma parası çatmır. Odu ki, çıxıb damlarının üstünə qışqırıb ki, üçünü yedim, param vay, üçünü yedim, param vay. Elə bu hində bir tacir dəvə karvanıynan yolnan gedirmiş. Kişi qıza məəttəl qalıb qonum-qonşudan soruşur ki:

– Bu niyə belə eləyir?

Qonşulardan biri deyir ki:

– Bu qız gündə üç əppək para yeyib, üç kələf Ardı »

NağıllarBəxtiyar (nağıl)

Bir vardı, biri yoxdu. Bəxtiyar adında bir qoca kişi vardı. Bu kişi çox kasıb idi. Günnərin bir günündə bı kişi işdən yornux gəlib bir az çaddan, kütdən yeyip yatdı, gecə bir yuxu gördü, səhər tezdən buran kimi dedi:

– Ay arvad, heybəyə birəz caddan1, şordan qoy, səfərə gedəcəyəm.

Arvat dedi:

– A kişi, nə səfər, hara səfər eliyirsən?

Dedi:

– Ay arvat, sən kişi işinə qarışma. Bir yuxu görmüşəm, gedirəm o yuxunu tapam.

Arvat nə qadır elədi ki, a kişi dəli olma, yuxuya da tamah olarmı? Hər gecə adam min cürə yuxu görür. Olmadı, kişi dedi:

– Ay arvat sən qarışma, mənim dediklərimi hazır elə.

Arvat qalxıb yol tədariki Ardı »

Nağıllarİki arvadın işləyi (nağıl)

Keçmiş zamanda bir kişi varmış. Bir gün bu kişi bazardan bir çuval buğda alıb evinə gətirib övrətinə deyir:

– Arvad, bu buğdanın adını qoyaq rəməzan. Allah qoysa, rəməzanda yiyərik.

Böylə deyib, kişi gənə bazara qayıdır. Bu yolda bir dilənçi gəlirmiş. Arvad bundan xəbər alır:

– Ay əmi, sənin adın Rəməzandırmı?

Dilənçi fikir edir ki, yəqin bunda bir iş var. Cavab verir ki:

– Bəli, mənim adım Rəməzandır.

Arvad bunu eşitdikdə deyir:

– Sənin bizdə bir çuval buğdan var, gəl verim apar.

Kişi səvinə-səvinə buğdanı dalına alıb götürüb gedir. Bir saatdan sora arvadın əri bazardan evinə qayıdır. Arvad kişisinin qabağına yüyürüb deyir:

– Ay kişi! Rəməzan gəlmişdi, buğdanı verdim apardı.

Kişi təəccüb Ardı »

NağıllarSoltan İbrahim

Biri varıdı, biri yoxudu, Ənuşiravan adında bir padşah varıdı. Günlərin bir günündə padşah öz taxtı-səltənətində oturmuşdu. Birdən gözü aynaya sataşdı. Gördü ki, saqqalına dən düşüb. Ənuşiravanı fikir götürdü, öz-özünə dedi:

– Dövlət var, mal var, can gedir. Sabah ölsəm, yerimdə kim padşahlıq eləyib dövlətimə sahib olacaq?

Ənuşiravanı fikir götürdü, çünki onun heç evladı olmurdu. Gecəgündüz peşəsi ağlayıb sıtqayıb, Allaha yalvarmaqdı ki, bəlkə Allah buna bir evlad verə. Bu dəmdə qapı döyüldü. Fərraşlardan birisi gəlib, baş əyib dedi:

– Qibleyi-aləm, abid yanına gəlmək istəyir.

Padşah dedi:

– Buraxın, gəlsin.

Abid baş əydi, ədəb-salamını yerinə yetirdi. Padşah onu yanında oturtdu. Abid gördü ki, padşah özündə-sözündə deyil. Abid dedi:

– Qibleyi-aləm Ardı »

NağıllarSimanın nağılı

Biri var imiş, biri yox imiş, günlərin bir günündə, belə deyirlər, bir vilayətdə Dəşküvar adında bir padşah var imiş. Bu padşahın oğlu olmazmış. Amma çox zalım padşah imiş. Bir gün Dəşküvar öz rəmmalını yanına çağırıb, deyir:

– Rəmmal, dünyanın bütün ləzzətini çəkmişəm. Amma qorxuram düşüb öləm, ürəyimdəki həsrət mənimlə qəbrə gedə. Bir rəm at, görüm.

Rəmmal rəm atıb gördü ki, rəm bəd gəlir. Bir də atıb gördü ki, həmindi ki, həmin.

Rəmmal dedi:

– Rəm bəd gəldi. İzn ver sabah gəlim.

Dəşküvar izn verdi rəmmala, rəmmal durub getdi. Sabahısı gün rəmmal padşahın yanına gəlib ədəb salamını yerinə yetirib oturdu. Rəmmal rəml atıb gördü ki, həmindi ki, Ardı »