Nağıllar → Carçıboğan
Belə danışırlar ki, Topal Teymurun oğlu Miranşah Əlincə qalasına hücum edəndə ətrafdakı kətdərə də olmasın zülm edir, onlardan ağlasığmaz xəraclar istəyir. O, öz carçılarını kətdərə göndərib car çəkdirir ki, əlincəlilərlə dilbir-əlbir olan adamlara divan tutacaq. Carçılar dəvəyə minib kətdərə, obalara gedir, car çəkməyə başlayırlar.
Bir gün də bı carçılardan biri Muğan kəndinə gedir. Camaata hədə-qorxu gələ-gələ car çəkir:
– Əlincəlilərə kömək edən dünya üzünə həsrət qalacaq.
– Əlincəlilərə kömək edən çaya atılacaq.
– Əlincəlilərə kömək edənlərin kəndi viran qalacaq...
Carçının bı hay-küyünü eşidən kənd camaatı qəzəblənib Miranşaha söyüşlər yağdırıb carçıları dəvənin üstündən yerə salıb boğur. Sonra da ölüsünü dəvəyə sarıyıb Miranşaha göndərirlər. Bı hərəkət Miranşaha çox Ardı »