Nağıllar → Nuşparanın nağılı
Biri varımış, biri yoxumuş, günlərin bir günündə iki qardaş varımış. Bunların birinin adı Firuz, birinin də adı Əhməd imiş. Firuz tacirliyi çox sevirdi. Gecə-gündüz əlləşib, pul yığıb, şəhərdə böyük bir tacir olmuşdu. Bütün tacirlər Firuzun adını eşidəndə ayağa dururdular. Belə dövləti olmağına baxmayaraq, tacir Firuz çox acgözdü, camaatnan rəftarı da pis idi. Amma qardaşı Əhməd tacir tayfasına yaxın durmazdı. Sənəti yəhər qayırmaq idi. Əhmədin arvadı yox idi, amma Nuşaran adında bir qızı varıdı, dünya gözəli idi. Bir gün Əhməd ömrünü bağışladı kiçik qardaşı Firuza. Firuz qardaşını kəfin-dəfin eləyib, Nuşaranı da götürüb apardı evinə. Tacir Firuzun arvadı yoxudu, qulluqçu da saxlamırdı, ancaq Ardı »