Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarGünəşin nağılı

Biri varmış, biri yoxmuş. Bir dəfə Günəş bərk yoruldu. Daha yataqdan qalxmaq istəmədi. Dünyaya qaranlıq çökdü. Yerin sakinləri - adamlar, heyvanlar, quşlar bir yerə yığışıb məsləhətləşdilər. Çox götür-qoydan sonra Günəşin yanına qasid göndərməyi qərara aldılar. Dedilər:

- Qoy gedib Günəşə yalvarsın, bəlkə onun sözünə baxıb yataqdan qalxdı. Günəşin evi sıx meşənin uca dağın axırıncı dənizin arxasında idi. Ora yalnız quşlar gedib çıxırdı. Yerin sakinləri Tovuzquşunu seçdilər. Dedilər:

- O, çox gözəldir. Günəş onun sözünü yerə salmaz.

Tovuzquşu yola düşdü. Meşəni keçdi, dağdan aşdı, dənizin üzərindən uçub Günəşin pəncərəsinə qondu. Onu oyatmağa başladı. Günəş gözünü açmadan soruşdu:

- Kimsən, nə istəyirsən?

- Mən Tovuzquşuyam. Səni oyatmağa gəlmişəm. Ardı »

NağıllarKeçəlin divanı

Biri vardı, biri yoxdu. İki qardaş vardı, böyük qardaşın adı Salah, kiçik qardaşın adı Valah. Bular İsfahanda olurdular. Buların hər ikisi böyük, addı şəyirdlərdilər. Bular sınıx düşdülər, kasıb oldular ki, ta nətər.

Bir gün Salah Valahı çağırıb dedi:

– Qardaş, gəl burdan yığışaq bir şəhərə gedək abrımız açılmasın, ayıpdı.

Burdan yığışdılar, yavaş-yavaş getməyin binasını qoydular. Az getdilər, çox getdilər, dərə-təpə düz getdilər, çıxdılar bir şəhərə. Soruşdular ki, bura hankı şəhərdi?

Dedilər:

– Hindistan şəhəridi.

Bular hərəsi gedib bir tacirə nökər oldular. Buların ili tamam oldu. Valahın ağası gətirdi haqq-hesab çəkdi ki, görək nəfimiz, ziyanımız nədi? Gördülər on iki abbası ikisinin nəfləri olub. Tacir dedi:

– Qalacaxsan bala, təzəliyək?

Dedi:

Ardı »

NağıllarŞükufə xanım (nağıl)

Badi-badi giriftar,
hamam-hamam içində,
xəlbir saman içində,
dəvə dəlləklik elər,
köhnə hamam içində.
Qarışqa şıllaq atdı,
dəvənin qıçı sındı.
Hamamçının tası yox,
baltaçının baltası yox.
Orda bir tazı gördüm,
onun da xaltası yox.
Ömrümdə belə şilə aşı yeməmişəm,
belə yalan deməmişəm

.

Günlərin bir günündə Məmmədnəsir tinində bir cavan oğlan varıdı. Bu oğlanın özünə görə az-çox dövləti varıdı. Oğlan evlənib toy elədi. Günlərin birində arvadının boynuna uşaq düşdü. Arvad həmliydi, oğlan qürbətə getdi. Oğlan gedəndən üç ay sonra arvad bir gözəl qız doğdu. Arvad ərinə yazdı ki, bir qızımız olub, adını da Şükufə qoymuşam. On altı ildən sonra arvad ərindən kağız aldı ki, Ardı »

NağıllarQəhrəman (nağıl)

Belə deyirlər ki, bir xanın Qəhrəman adında bir nökəri varıdı. Qəhrəman olduqca zirək, qüvvətli bir oğlandı. Xan da Qəhrəmanın xətrini çox istəyirdi. Xanın həyətində iki böyük dəyirman daşı varıdı. Xan çıxıb nökərlərinə tapşırdı ki, bu dəyirman daşlarını həyətdən götürsünlər atsınlar bir tərəfə. Nökərlər yapışıb dəyirman daşına nə qədər güc elədilər yerindən tərpədə bilmədilər. Xan yuxarıdan öz qızı Pəri xanımnan baxırdı. Bu vaxt Qəhrəman özünü yetirdi, gördü ki, qırx adam iki dəyirman daşını yerindən tərpədə bilmir. Qəhrəman nökərləri itələyib, bir təkan vurub, bayaqdan daşı götürüb atdı. Xan bu şücaəti Qəhrəmanda görüb sevindi. Tez əmr verdi ki, Tus pəhləvanının paltarı Qəhrəmana verilsin. Amma Ardı »

NağıllarDana, keçi və qoyun (nağıl)

Biri vardı, biri yoxdu. Bir dana, bir keçi, bir qoyun yoldaş olub yolnan gedirdilər. Gəldilər çıxdılar bir arxın qırağına, gördülər bırda bir əyri söyüd ağacı var. Keçi dırmaşdı söydün lap başında durdu. Qoyun da gücün-gücün çıxıb bir qanatda durdu. Dana da bir qanadın üsdə özün sərdi.

Bu dəkkədə bir canavar gəldi çıxdı bıra, başın qalxızdı gördü bir keçidi, bir qoyundu, bir də bir danadı. Ağaca çıxırlar. Canavar baxdı, o saat dana qorxusunnan uçundu özün ağacda saxlıya bilmədi. Tappıltıynan düşdü yerə. Canavar isdədi dananı parçalayıb yesin. O saat keçi ağacda çığırdı.

– Dana qardaş, bərk tut canavarı gəldim.

Canavar qorxudan bəyaqdı, götürüldü.

Canavar qaçannan sora keçi Ardı »

NağıllarTəpəgöz

Biri var idi, biri yox idi, keçmiş zamanlarda Nəbi adlı varlı bir kişi vardı. Bu kişinin dövləti, varı, malı, qoyunu başından aşırdı, ancaq övladı yox idi ki, öləndən sonra dövlətinə sahib dursun. Bu kişi həmişə övlad həsrətilə yaşayırdı. Onun ağıllı bir çobanı var idi. Günlərin bir günü Nəbi kişinin çobanı sürünü haylayıb uca bir dağın ətəyinə gətirdi. Birdən duman, çiskin hər tərəfi bürüdü, ətraf gecə kimi qaranlıq oldu. Çoban qoyunların içində dayandı. Bir az sonra duman çəkildi, hava işıqlaşdı, ancaq elə bir tufan qopdu ki, çoban üzüqoylu yerə uzandı, qoyunlar bir yerə toplandılar. Tufan kəsildi. Çoban gördü ki, sürünün içində təzə Ardı »

Nağıllarİki qardaş (nağıl)

Bir şəhərdə iki qonşu var imiş, biri tacir imiş, o biri əkinçi. Bunların hərəsinin iki oğlu var imiş. Tacirin oğlanları həm fərasətsiz, həm də yaman dəcəl imişlər. Elə işləri, peşələri ona, buna sataşmaq imiş. Amma əkinçinin oğlanları ağıllı, zəhmətkeş, başı aşağı imiş. Bu kişinin bütün var-dövləti bircə cüt öküzü var imiş. Kişinin böyük oğlu evli imiş, kiçiyi subay.

Ay dolanır, il keçir, kişi canını oğlanlarına tapşırıb ölür. Ataları öləndən sonra iki qardaş bir müddət bir yerdə dolanırlar. Amma böyük qardaşın arvadı hey ərinin baş-beynini aparıb, giley eləyir:

– Qardaşın böyüyüb yekə oğlan olub. Nə vaxtatan biznən bir yerdə qalacaq. Ona de ki, çıxıb Ardı »

NağıllarUşaq pəhləvan

Biri varıydı, biri yoxuydu, bir pinəçi varıydı. Bunun uşağı yoxuydu. Bir ər, bir arvad idilər. Bu kişi hər gün gün çıxanda durub gedərdi pinəçiliyinə, axşam gün batanda gələrdi evlərinə. Günlərin bir günü şər qarışan vaxtı pinəçiynən arvadı evdə oturub övlad dərdi çəkirdilər. Bir də gördülər ki, qapının ağzında bir qoca dərviş peyda oldu. Dərviş bir qəsidə oxuyurdu ki, adamın tükləri biz-biz olurdu. Kişi tez qapını açıb dərvişi evə apardı. Bir az söhbətdən sonra dərviş dedi:

– Yaman susamışam. Uşağı göndər bir cam su gətirsin.

Ev yiyəsi dərvişdən bu sözü eşidən kimi rəngi-rufu qaçıb bir ah çəkdi. Dərviş o saat başa düşdü ki, kişi Ardı »