Nağıllar → Şah oğlu Bəhrəmin nağılı
Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı. Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi:
– Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən. Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar.
Padşah oğlanlarını çağırıb əhvalatı onlara bildirdi. Oğlanlarının üçü də həmin daşın dalınca getdilər. Bir neçə mənzil yol getdikdən sonra qabaqlarına üç yol rast gəldi. Bu yolların birisinin üstündə yazılmışdı: “Axtaran tapar”. İkincisində yazılmışdı: “Get, ağıllı ol, gəl”, Ardı »