Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

NağıllarDərzinin şagirdi

Biri var imiş, biri yox imiş, bir dərzi var imiş bunun da bir şagirdi varmış. Bu dərzi padşaha paltar tikirmiş ki, sabaha kimi hazır etsin. Odur ki, gecə şagirdi ilə işləməgə məşğul imiş. Dərzinin şagirdini gecənin bir vaxtı yuxu tutur; dərzi bunu gördükdə tez onu oyadır ki, qalx sabaha kimi paltar hazır olmasa padşah atamıza od vurar. Şagird uyqudan oyanıb ustadına deyir ki, qəribə yuxu görürdüm heyif oyatdın. Dərzi nə qədər bundan gördügü yuxunu söyləməyi xahiş edirsə oğlan cavab verir:

– Yuxum zahir olmasa söyləmərəm.

Qəzadan o gecə padşah şəhəri dolanırmış. Dolana-dolana dərzinin dükanının qabağına yetişəndə dükandan işıq gəldiyini görüb, darvazanın arasından baxanda Ardı »

NağıllarPeşə dalınca (nağıl)

Qədim vaxtlarda bir paçcah var idi. Günlərin bir günündə bu paçcah pəncərədən küçeynən keçən adamlara baxan vaxtda, gördü əlində bir dəmir xəkəndaz küçə ilə bir əməlli adam gedir. Bu adam bir az gedəndən sora küçəni dönüf geri qayıtdı. Amma indi əlindəki xəkəndaz qızıldan idi. Paçcah bunu görüb təəccüb elədi. Hökm elədi ki, o adamı yanına gətirsinlər. Paçcah onnan xəkəndazın əhvalatını soruşdu. Həmən adam cavab verdi:

– Paçcah sağ olsun, mən gedirdim küçə ilə qabağıma bir adam çıxdı o, mənim xəkəndazımı əlinə alıb istədi baxsın xəkəndaz əlində qızıl oldu. Sora mana verdi.

Paçcah ona hökm elədi gedif o adamı çağırsın. Bir azdan sora onlar Ardı »

NağıllarDünya gözəli (nağıl)

Bir var idi, bir yox idi. Bir qoca kişi var idi. Bu qocanın üç qızı var idi. Bunların anası ölmüş idi. Atası ikinci bir arvad almışdı. Arvad bir gün ərinə deyir:

– Ya bu yetimləri tut, yada məni saxla.

Kişinin əlacı kəsilib uşaqları aparıb buraxır çölə.

Yazıq qızlar çöldə gəzirdilər. Gedib bunlar bir meşəyə çatdılar. Günü batırıb ağacda yatdılar. Səhər açıldı. Böyük bacı deyir:

– Ay bacı, tozanağa bax!

İkinci bacı deyir:

– Yəqin padşahdır.

Kiçik bacı deyir:

– Bacılı-bacılı, nə olaydı padşah məni ala idi, mən də bir oğlan doğa idim, bir kəkli qızıl olaydı, bir kəkli gümüş olaydı, alnı ay.

Ortancılı bacı deyir:

– Məni də vəzir üçün alaydılar. Ardı »

NağıllarHatəmin nağılı

Biri varıdı, biri yoxudu, Hatəm adlı bir dövlətli varıdı. Hatəm çox səxavətli, əliaçıq, fağır-füqəranı dost tutan bir adam idi. O, yeddi yolun ayrıcında bir imarət salmışdı, imarətə qırx qapı qoymuşdu. Qullarına, kənizlərinə tapşırmışdı ki, bura gələnlərə hər qapıdan girəndə bir qızıl versinlər. Belə ki, bura gələn hər adam qırx qızıl alırdı.

Günlərin bir günündə bir dərviş4 oxuya-oxuya gəldi Hatəmin imarətinə. Adətə görə, hər qapıdan girəndə bir qızıl aldı. Elə ki gəldi çıxdı qırxıncı qapıya, gördü ki, həmin otaqda Hatəm özü əyləşib. Dərviş başladı oxumağa. Hatəm gördü bu çox yaxşı dərvişdi, çox da yaxşı səsi var. Quluna dedi:

– Get baba, dərvişə de ki, Ardı »

NağıllarKələkbaz qrızlılar

Kələkbaz qrızlılar

Qrız kəndi hündür bir dağın üstündə, daşlı-qayalı bir yerdə salınmışdır. Kəndin ətrafında əkinəcək üçün yararlı sahələr çox az idi. Bir gün bir neçə qrızlı bir yerə yığılıb belə qərara gəlirlər ki, necə olursa-olsun qonşu ceklilərin torpaqlarını ələ keçirsinlər. Çox götür-qoydan sonra çarıqlarının içinə torpaq töküb ayaqlarına geyirlər. Beləliklə, ceklilərin əkin sahələrinə gəlib oranı şumlamağa başlayırlar. Ceklilər bu hadisəni görüb yığılıb gəlir, hay-haray salırlar ki, bu yerlər bizimdir. Qrızlılar da sözlərinin üstündə möhkəm dururlar. Mübahisə düşür, ara qarışır, məssəb itir. İşin ciddi vəziyyət aldığını görən hər iki tərəfin ağsaqqalları işə qarışırlar. Qrızlılar and içirlər:

— Əşi, bax, bu ayağımızın altındakı torpaq haqqı Ardı »

NağıllarSüleyman şah və durna

Deyirlər ki, nəinki adamların, hətta bütün canlıların hökmdarı olan Süleyman şahın padşahlığı dövründə bir alim bir piyalə su gətirib deyir:

– Mənə əyan olub ki, əgər sən bu sudan içməsən, tezliklə bu dünyadan gedəcəksən! Əgər bu sudan içsən onda sənə ölüm yoxdur. İstəyirsən – iç, ömrün uzunu, həmişə yaşa, istəmirsən, – içmə, get sən də ölülər dünyasına!

Süleyman şah fikirləşib: “Gərək alimlərlə bir məsləhətləşəm!” – deyə qət edir.

Bütün alimlər: yer üzündə olan insan və heyvan alimləri onun əmrini eşidən kimi gəlirlər. Padşah bunlara bir alimin onun üçün gətirdiyi piyalədən danışır və onlara deyir ki, siz nə məsləhət görürsüz.

Alimlərin hamısı həyatı və onun rifahını Ardı »

NağıllarOvçu Pirimin nağılı

Badi-badi giriftar,
hamam-hamam içində,
xəlbir saman içində,
dəvə dəlləklik elər
köhnə hamam içində.
Hamamçının tası yox,
baltaçının baltası,
burdan bir tazı keçdi,
onun da xaltası yox.
Qarışqa şıllaq atdı,
dəvənin budu batdı.
Milçək mindik Kür keçdik,
yabaynan doğa içdik.

Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu, bir ovçu Pirim varıydı. Bunun işi-peşəsi sabahdan axşama kimi dağda-daşda, meşədə ovçuluq eləmək idi.

Yenə bir gün ovçu Pirim şikara gedirdi. Yolda qabağına bir ceyran çıxdı, tez oxu çilləyə* qoyub ceyranı vurdu, gətirib evdə dərisini soyub, ətini şişlərə taxıb kabab bişirmək istədi. Ovçu Pirim elə ki, şişləri odun üstünə qoydu, bir də gördü ki, Ardı »

Nağıllarİki yoldaş (nağıl)

Biri varıymış, biri yoxuymuş, bir qarının İlyas adında bir nəvəsi varıymış. İlyas həm gözəl, həm də ağıllı imiş. Nənə-bala çox əzab-əziyyətlə, kasıblıqla dolanırmış. Qarı yun əyirib corab toxuyarmış, İlyas da aparıb bazarda satarmış. İlyasla nənəsi nə qədər çalışırlarmış ki, güzaranları bir az yaxşılaşsın, amma heç bir şey çıxmırmış. Axırda İlyas təngə gəlib, nənəsinə dedi:

– Nənə, görürsən ki, corab toxuyub satmaqla heç nə qazana bilmirik, indi mən istəyirəm kəndimizdən baş götürüb gedəm özgə şəhərlərə, kəndlərə, bəlkə oralarda bir işdən-gücdən tapıb işləyəm, bir az puldan-paradan qazanam.

Qarı əvvəlcə istədi nəvəsini buraxmasın. Dedi:

– Oğul, sən hələ uşaqsan, ağzınnan süd iyi gəlir, haranı tanıyırsan ki, ora Ardı »