Nağıllar → Noxudu keçəl (nağıl)
Biri var idi, biri yoxdu, tanrı var idi, bəndəsi çox idi. Bir keçəl var idi, buna Noxudu Keçəl deyərdilər. Keçəlin bir dayısı var idi, bir də dayısı arvadı var idi. Keçəl damlarının üstündə oturmuşdu. Gördü dayısının arvadı darğa ilən söhbət eləyir. Qulaq aşdı, darğa dayısının arvadına dedi:
– Ay aşına, mənim xırmanım ala öküzlü xırmandır, mən alma qabığını yolnan tökə-tökə xırmana gedirəm. Sən plov bişir götür, alma qabığını yığa-yığa gəl, mənim ala öküzlü xırmanıma çıxarsan.
Darğa bunu deyib getdi. Keçəl evə gəldi, dayısı arvadına dedi:
– Dayım xırmanda yanır, deyir mənə qatıq-çörək gətir.
Arvad qalxdı, könülsüz-könülsüz keçələ qatıq-çörək verib yola saldı. Keçəl çörəyi, qatığı götürüb Ardı »