Nağıllar → Təlimli pişik (nağıl)
Bir tacir var imiş. Bir gün fikrinə düşür ki, ticarət üçün özgə vilayətə getsin. Odur ki, xeyli mal alıb, tədarük görüb, əhli-əyaliylə vidalaşıb yola düşür. Mənzilbəmənzil gəlib axırda bir səhərə yetişir. Burada bir karvansarada mənzil edir. Bu vilayətin qaydası elə imiş ki, hansı tacir bu şəhərə gəlsəymiş, gərək padşaha layiq bir şey apararmış və padşah o taciri gecə qonaq edib, onunla nərd oynarmış.
Tacir də bir xeyli parça bir xonçaya qoyub padşahın hüzurinə aparır. Söhbət əsnasında padşah tacirə deyir:
– Gəl mənim ilə nərd oynayaq və mənim bir pişiyim var, o axşamdan sabaha kimin quyruğunun üstündə yeddi çıraq saxlar. Mən o pişiyi çağıraram. Ardı »