Şəfalı meyvə və Tərəvəzlər → Dərman bitkiləri.
Bitkilərin müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. "Min dərd varsa, min bir də dərmanı var" deyən ulularımız öz azar-bezarlarını bitkilərdən hazırladıqları dərmanlarla müalicə ediblər. Həmin müalicə üsulları zamanın sınağından uğurla çıxıb və bugünkü elmi-texniki tərəqqi əsrində də öz əhəmiyyətini itirməyib. Hətta bir vaxt xalq təbabətinə - türkəçarəyə qısqanclıqla yanaşan elmi təbabət də bu gün onun əhəmiyyətini etiraf edir. Qeyd etmək lazımdır ki, bitkilərdən hazırlanan dərmanlar heç vaxt fəsad törətmir. Bitkilərin müalicəvi xüsusiyyətlərini nəzərə alıb onlardan müxtəlif xəstəliklər zamanı istifadə edilməsi barədə məlumat veririk.
İtburnu. Bu bitkiyə dərgil də deyirlər. Respublikamızın ərazisində geniş yayılıb. Tibb elmləri doktoru, əməkdar elm xadimi Dursun Hüseynov Ardı »