Şəfalı meyvə və Tərəvəzlər → Ağ Tut
Ağ tutun meyvələri yaxşı qan əmələ gətirən vasitədir (onda dəmirin miqdarı çox olduğu üçün), maddələr mübadiləsinin normal hala düşməsinə kömək edir, zəif işlədicidir, tərlədici, sidikqovucu və bəlğəmgətirici təsirə malikdir.
Azərbaycanda ağ tutun bəkməzindən qaraciyər və qan azlığı xəstəliklərində geniş istifadə edilir. Yarpaqlarının çayı avitaminozda (qidada vitaminlərin azlığı nəticəsində törəyən xəstəlik) ümumi qüvvətləndirici kimi məsləhətdir. Müəyyən edilibdir ki, yarpaqlarından hazırlanan dərman şəkəri aşağı salmaq təsirinə malikdir.
Çin xalq təbabətində köklərinin qabığı hipertoniya xəstəliyində, bronxitdə və bronxil asmada istifadə edilir. Yarpaqlarından hazırlanan dərman hərarət salan, gövdəsinin qabığından hazırlanan isə yarasağaltma xassəsinə malikdir.
QARA TUTUN meyvələrində dəmirin miqdarı 6,5%-ə çatır. Ağ tut kimi istifadə Ardı »