Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərQara sarımsağın faydaları

Elə bir sarımsaq düşünün ki, yedikdən sonra nəfəsinizdən pis qoxu gəlməsin, dişləyəndə ağzınız acı olmasın. Bütün bu xüsusiyyətlər qara sarımsaqda var. Qara sarımsaq adi sarımsağın yüksək istilik və çox nəmişlik olması şərti ilə fermentləşdirilməsindən əldə edilir.

Qara sarımsaq Yaponiya, Avstraliya, Amerika və Avropa ölkələrinin mətbəxlərində çox məşhurdur. Onu bu qədər məşhur edən şey isə dadının şirin, qoxusuz və 10 qat daha təsirli olmasıdır. Qara sarımsaq 100% təbii bir məhsuldur.

Öz mürəkkəb strukturu sayəsində faydalı maddələrlə zəngin olan ən əhəmiyyətli məhsuldur. Orqanizmin immun sistemini stimullaşdırır.

Soyuqdəymə xəstəliklərində orqanizm tərəfindən yaxşı qəbul edilir, damarların aterosklerozunu aradan qaldırmağa, qan təzyiqini sabitləşdirməyə, cavanlığın enerjisini saxlamağa kömək edir. Ürəyin Ardı »

Şəfalı meyvə və TərəvəzlərÇiyələyin faydaları.

Çiyələk ən dadlı və sevimli giləmeyvələrdən biridir. Ləzzətli dadından əlavə bu giləmeyvə müxtəlif vitaminlər və mikroelementlərlə zəngindir.

Çiyələkdə C, A, B vitaminləri, fol turşusu, yod, dəmir, kalium, kalsium, sink və s. mikroelementləri vardır. Bu giləmeyvənin güclü iltihab və mikrob aleyhinə xüsusiyyətləri vardır ki, o qrip, soyuqdəymə və burun-udlaq xəstəlikləri zamanı əsl təbii dərman kimi müalicəvi təsir göstərir.

Çiyələk insanın immun sistemini gücləndirir, qan damarlarının divarlarını möhkəmləndirir, şəkərli diabet xəstələrdə şəkərin səviyyəsini aşağı salır, mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, öd daşı xəstəliyi zamanı çox xeyirlidir.

Çiyələk təbii sidikqovucu sayılır. Bu səbəbdən də böyrək xəstəlikləri olanlar bu giləmeyvəni öz rasionlarına daxil etməlidirlər.

Bundan əlavə çiyələk qara ciyər üçün Ardı »

Şəfalı meyvə və TərəvəzlərBadamın faydaları

Kaliforniya Universitetində aparılan araşdırmaların nəticələrinə görə badamın içində dərmanların tərkibində olan bəzi maddələrin olduğu təsbit edilib. Eyni zamanda bəlli olub ki, nizamlı badam istifadə edənlərin beyin hüceyrələri daha gec yaşlanır.

Aparılan başqa bir araşdırmanın nəticəsində badamın toxluq hissi yaradaraq yemək yemə istəyini azaltdığı da təsdiq edilib.

Badam imtina edilməz çərəz növündən biridir. Bəs badamın faydaları nələrdir?

Qanda olan şəkəri tənzimləyir. Bor baxımından zəngindir, sümükləri möhkəmləndirir.

Badam bir Omeqa 3 qaynağı olaraq ürək və damar xəstəliklərinin qarşısını alır. Qanın laxtalanmasına mane olur, təzyiqi və şəkəri tənzimləyir. Tərkibindəki kalsium xolesterolu aşağı salır və sümük əriməsinin qarşısını alır.

Badam eyni zamanda bədəni gücləndirir, dad duyğusunu artırır. O eyni zamanda Ardı »

Şəfalı meyvə və TərəvəzlərSidr

Ləpələrindən və iynə yarpaqlarından alınan şam ekstratından istifadə edilir. Şam ekstratı yel (revmatizm) xəstəliyində və orqanizmi ümumi möhkəmlətmə vasitəsi kimi vannasını qəbul etmək məsləhətdir. Xalq təbabətində sidr qozalarının ləpəsi əsəb pozğunluğunda, ağ ciyər vərəmində, böyrək və sidik kisəsi xəstəliyində istifadə edilir.

Dahi təbib Əbu İbn Sina sidr qozunun istifadəsi barədə çox maraqlı məlumat vermişdir. O yazır ki, sidr qozaları, xüsusilə də şirin çaxırda bişmişi, ciyərləri çirkdən yaxşı təmizləyir. Onları bal ilə yedikdə böyrəkləri və sidik kisəsini pis mayelərdən təmizləyir və onların sidiksaxlama qabiliyyətini yüksəldir. Sidiyin damcı-damcı axmasını müalicə edir. Sidik kisəsini yaradan və daşdan qoruyur. Ləpələrini yedikdə orqanizmdə pis xolestirinin miqdarını Ardı »

Şəfalı meyvə və TərəvəzlərŞəfaverici bitkilər..

Hər insan səhhətində müxtəlif problemlərlə rastlaşır. Yaranan problemlərdən bəzilərinin həllini təbii yollarla da tapmaq mümkündür.

Tut
tutTutun yarpağını yağış suyu ilə qaynadıb saçı yumaq saça şəffaflıq gətirir, təmizləyir və ağarmasının qarşısını alır. Tut qurusunun kompotu infarktın dərmanıdır. Qanı az olanların tut qurusunu çox yeməkləri məsləhətdir.
Körpə tut yarpağının iştaha gətirmə xüsusiyyəti var. Bunun üçün onu bişirdikdən sonra bir qədər yağda qovurub duzsuz, gündə bir dəfə (2 ay fasiləsiz) yemək lazımdır. Bu həmçinin dişin dibinin qanamasının, dişlərin çürüməsinin qarşısını alır.
Tutun meyvəsini hər səhər ac qarına yemək qanın tərkibini çox gözəl təmizləyir.
Tut yarpağını qaynadıb başı yumaq və ayaqları vanna etmək orqanizmdə qan dövranının tənzimlənməsini təmin edir. Ardı »

Şəfalı meyvə və TərəvəzlərQreyfrutun faydaları

Qreyfurt sağlam bir bəslənmə vərdişi əldə etmək istəyənlər, arıqlamaq istəyənlər üçün əlverişli qidadır. Amma bir xəbərdarlıq əlavə edək. Bəzi dərmanlar xüsusilə statin həbləri qreyfurtla qarşılıqlı təsirə girə bilər. Greyfurtun faydaları:

Qreypfrut C vitamini anbarıdır. Yarım qreyfrut 46,86 mq C vitamininə malikdir. Digər bir dəyişlə gündəlik C vitamini ehtiyacımızın təxminən 78 % -ni qarşılayır. Qreyfrut eyni zamanda mükəmməl bir antioksidantdır və ürək sağlamlığımızın qorunmasına kömək edir. Qısacası qreyfrutun faydalarından biri ürək sağlamlığımızadır. Ani ölümlərin riskini azaldır.

Qreyfurt içindəki liflər sayəsində damar sərtləşməsinin qarşısını alır. Eyni zamanda nizamlı olaraq qreyfrut yeyilməsi xolesterolu da aşağı salır.

Qreyfrut A vitamini qaynağıdır. A vitamini dişləri və sümükləri qoruyur. Mütəxəssislərə Ardı »

Şəfalı meyvə və TərəvəzlərLimon

Limon hipo, avitominozda və aterosklerozda profilaktik müalicə vasitəsidir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu (ətri) şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır.

Şərq Ardı »

Şəfalı meyvə və TərəvəzlərPüstə

Püstənin müalicəvi əhəmiyyəti qədim xalqlara məlum idi. Onu heyvan zəhərinə qarşı güclü vasitə hesab edirdilər. Ləpəsi ümumi qüvvətləndirici xassəyə malik olduğu üçün onu ağır xəstəliklərdən sonra yeməyi məsləhət görürdülər. Gərgin fiziki və elmi əmək zamanı püstə yemək faydalıdır.

Xalq təbabətində püstənin ləpəsi qaraciyər və mədə sancısında, həmçinin qan azlığında işlədilirdi. Qusma, öskürək və vərəm əleyhinə vasitə kimi istifadə edilirdi. O ürəyin fəaliyyətini yaxşılaşdırır, kişiliyi qüvvətləndirir, ürək döyüntüsündə, böyrək zəifliyində, sarılıq və dalaq xəstəliklərində faydalı hesab olunur. Bədəni kökəldir. Qətranından xarici yara və sızaqlarda istifadə olunur.

Püstə, badam yeyib üstündən albalı şirəsi içdikdə qanazlığında kömək edir. Kurs 10 gündür. 5-10 gün püstə Ardı »