Şəfalı meyvə və Tərəvəzlər → Göyəm
Çiçəklərindən, yarpaqlarından və meyvələrindən istifadə olunur.
Xalq təbabətində göyəmin çiçəkləri yüngül işlədici, sidikqovucu və tərlədici, kökləri və qabıqları hərarət salan, mədə-bağırsaq pozğunluğunda bərkidici kimi işlədilir. Bu bitki təbabətdə böyrək və sidik kisəsi xəstəliklərini, həzm orqanlarının, toxuma və əzələlərin zəifliyini, ağız boşluğunun iltihabını müalicə etmək üçün istifadə edilir.
Meyvələri mədə pozğunluğunda (isalda) və sidik yollarının xəstəliyində kömək edir. Çiçəkləri meyvələrindən fərqli olaraq yüngül işlədici, maddələr mübadiləsinə köməkedici və sidikqovucu xassəyə malikdir. Meyvələrinin, çiçəklərinin, qabığının və köklərinin həlimi həzm prosesini yaxşılaşdırmaq üçün istifadə edilir. Həlimi (1:10 nisbətində) hazırlanır. Hər səhər 100 ml qəbul edilir. Çay hazırlamaq üçün göyəmin çiçəklərinin və yarpaqlarının qatışığından 2 Ardı »