Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şəfalı meyvə və TərəvəzlərQarğıdalının faydaları

Qarğıdalı PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngindir.

Bundan əlavə qarğıdalının tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsiz aminoturşular var.

Qarğıdalı orqanizmi şlaklardan, toksinlərdən və digər zərərli maddələrdən təmizləyir, qocalma proseslərini ləngidir, immun sistemini gücləndirir, ürək və onkoloji xəstəliklərin profilaktikası üçün çox yaxşı vasitədir.

Qarğıdalı qanda ateroskleroza səbəb olan pis xolesterinin və şəkərin səviyyəsini aşağı salır, mübadilə proseslərini tənzimləyir.

Qarğıdalı B qrupu vitaminlərlə zəngindir və bu səbəbdən sinir və mədə-bağırsaq sistemləri üçün çox xeyirlidir. Lakin qarğıdalı köpə səbəb olur və bu səbəbdən onun həddən artıq çox yemək olmaz.

Qarğıdalı yağlı və qizarmış qidaların mənimsənilməsini asanlaşdırır, onların orqanizmə Ardı »

Şəfalı meyvə və TərəvəzlərAlça və şaftalı qısa vaxt ərzində xərçəng hüceyrələrini öldürür

[color=#fe5e5e]Mütəxəssislər bu iki meyvədə olan birləşmələrin xərçəng hüceyrələrini qısa zamanda öldürdüyünü isbatlayıblar. Texas araşdırma mərkəzində yalnız şaftalı və alçada çox yüksək miqdarda rast gəlinən iki fenol birləşmənin xərçəng hüceyrələrini qısa zaman ərzində öldürdüyü isbatlanıb və əldə olunan nəticələr mətbuatda dərc olunub. Araşdırmanı aparanlaradan doktor David Brayn “kimyaterapiya bütün hüceyrələri öldürdüyü halda, meyvə tərkibli birləşmələr sağlam hüceyrələrə təsir etmir , lakin xərçəng hüceyrələrinə toksiki yəni öldürücü təsir edir’’ deyib. Meyvələrdəki antioksidant miqdarını da araşdıran elm adamları məlum olan meyvələr içərisində bu maddənin alçada olduğunu aşkarlayanda çaş-baş qalıblar. Dünyadakı qadın ölümlərinin 16%-i döş xərçəngindən qaynaqlanır. Bu səbəbdən xüsusilə şaftalı və alçanın Ardı »

Şəfalı meyvə və TərəvəzlərKahı...

Digər tərəvəzlər kimi, kahıda da insan orqanizmi üçün lazım olan bir çox dəyərli elementlər var. O cümlədən, dəmir və maqnezium. Dəmir hemoqlobin yaratmaq prosesində fəal iştirak edən elementdir, onun bədəndə tez-tez təzələnməsi çox vacibdir.
Qara ciyərlə dalaq dəmirin yığılıb qaldığı əsas yerdir. Orqanizm onun qapısını yalnız böyük ehtiyac duyulduqda döyür. Məsələn, bədən çoxlu qan itirəndə, yaxud da qəbul olunan qidada, hansı səbəbdənsə, qırmızı qan kürəciklərini formalaşdıran elementlər ya tamam yoxdur, ya da cüzidir.Dalaqdakı dəmir ehtiyatı bir növ akkumulyator batareyası rolunu oynayır. Orada qanın yüklənməsi prosesi baş verir. Bu vacib prosesdə, dəmirlə zəngin olan kahı öz sözünü deməyə qadirdir.
Kahının tərkibində bol olan maqnezium Ardı »

Şəfalı meyvə və TərəvəzlərAlma-Malus Domestica

Alma qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindəndir.Azərbaycanda almanın 300-ə qədər müxtəlif növü və çeşidi vardır.Bunlardan 60-ı sənaye üçün əhəmiyyətlidir.Almanı digər şirəli meyvələrdən fərqli olaraq bütün il boyu saxlamaq olar.Almanın yetişmə fəsli aşagıdakı kimidir:
yay (iyul,avqust)

payız (sentyabr,oktyabr)
qış (noyabrdan fevrala qədər)

Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.Almanın növündən və sortundan asılı olaraq rəngi,dadı və ətri müxtəlif olur.

alma

Almanın tərkibində 5-24%-ə qədər şəkər,1,3% üzvi turşular (alma,limon,kəhrəba),pektin bə aşı maddələri,C və B vitaminləri karotin mineral maddələrdən isə kalium,natrium və dəmir duzları vardır.Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir.Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki,onlar da ürək-damar sistemi üçün çox faydalıdır.
Almadan Ardı »

Şəfalı meyvə və TərəvəzlərDolça bitkisi

İndoneziya meşələrində yaşayan Nepenthes alata adlı ətyeyən Dolça bitkisi ətrafında gəzişən böcəklər üçün maraq doğuran, amma təhlükəli bir kəşf qaynağıdır. Bitki dolçanın ağzına qoyulan böcəkləri sürüşkən toxuması sayəsində birbaşa mədəsinə endirə bilir.

New Phytologist jurnalında nəşr olunan tədqiqatlarında Laurence Gaume və iş yoldaşları bitkinin böcək tutma qabiliyyətini sınaqdan keçirdilər. (New Phytologist (156, 479–489; 2002) Tədqiqatçılar bu çalışmalarında uçma qabiliyyəti olmayan bir növ meyvə ağcaqanadı ilə qarışqaları istifadə etdilər. Bu iki canlı normalda səthlərə çox təsirli bir şəkildə yapışdıqları halda bitkinin daxili divarında yapışmağı bacara bilmədilər. Böcəklər dərhal sürüşərək aşağı, bitkinin həzm mayesinin olduğu hissəyə düşərək bitkiyə qida oldular.





Bitkinin səthini elektron mikroskopu altında Ardı »

Şəfalı meyvə və TərəvəzlərŞaftalı cana məlhəm olan meyvədir

[color=#173bd3]Dadlı-şirəli, cana məlhəm olan şaftalını böyük məmnuniyyətlə həzmi-rabedən keçirdiyimiz ən sevimli yay meyvələrindən saymaq olar. Lakin şaftalının dadlı olduğu qədər, faydalı olmasını hamımız bilirikmi?

Məsələn, şaftalının müxtəlif sortlarının ilk dəfə yetişdirildiyi Çində bu meyvəyə uzunömürlülük və sağlamlıq rəmzi kimi baxırlar. Şaftalı dərimizi qırışlardan qoruyan, ürəyimizi möhkəmləndirən, bədxassəli şişlərin əmələ gəlməsinin qarşısını alan əla antioksidantdır.

Şaftalı sağlam və gümrah olmaq, fəal həyat tərzi sürmək üçün əsl vitamin mənbəyidir: vitamin C orqanizmi virus və infeksiyalardan qoruyur, vitamin A iti görmə qabiliyyəti, gözlərin və selikli qişaların sağlamlığı üçün lazımdır, dəmir dərinin rəngini saflaşdırır, hemoqlobini yüksəldir, kalium ürək əzələlərini və damarların divarlarını möhkəmləndirir.

Şaftalı arıqlamaq üçün əla vasitədir. Ardı »

Şəfalı meyvə və TərəvəzlərFındıq

Diabet xəstələrinin sağalma prosesində fındıq ləpəsi faydalıdır. Fındıq ləpəsi fosforla zəngin olduğu üçün uşaqlara, şagirdlərə, tələbələrə və zehini əməklə məşğul olanlara xeyirlidir. Bal yaxılmış ləpələri öskürəkdə məsləhətdir. Sidik daşı xəstəliyində fındıq müalicəvi vasitədir. Xalq təbabətində bal ilə fındıq revmatizmdə, qan azlığında və ümumi qüvvətləndirici kimi işlədilir. Sidik saxlamadıqda fındıq, bal və dazı otu həlimini birlikdə qəbul etmək faydalıdır. Fındıq yağı epilepsiyada (özündəngetmə xəstəliyinin bir növü) və qurd əleyhinə vasitə kimi işlədilir. Tükləri bərkitmək üçün başın dərisinə fındıq yağı sürtülür. Fındıq ağacından «Л-2лесовая» adlanan dərman alırlar ki, bundan da ekzemada və başqa dəri xəstəliklərində istifadə edilir. Yarpaqları may-iyun aylarında yığılır və kölgədə Ardı »

Şəfalı meyvə və TərəvəzlərXərçəngdən qoruyan meyvə

Mütəxəssislərin fikrincə, dağ çiyələyi tam bir vitamin anbarıdır.
Dağ çiyələyi təbiətdə öz-özünə yetişir və adi çiyələkdən daha kiçik olması ilə fərqlənir.

Yaşlanmaya qarşı xeyirli olan bu meyvə bəzi xəstəlikləri törədən virusların məhv edilməsində də böyük təsirə malikdir. Bu meyvə immuniteti də gücləndirir.

Dağ çiyələyi qida dəyəri yüksək olan bir meyvədir. C vitaminilə zəngin olan dağ çiyələyi ishala səbəb olan mikrorqanizmlərin qarşısını alır. Üzdəki çivzə və sızanaqlara, qızdırmanın aşağı salınmasında faydalıdır.

Damar tıxanmasının qarşını alan dağ çiyələyi xərçəng xəstəliyinin irəliləməsinin qarşısını alır. Bununla yanaşı, revmatizm ağrılarına qarşı xeyri var. Sinirləri qüvvətləndirib bağırsaq qurdalarını tökür. Ardı »