Şəfalı meyvə və Tərəvəzlər → Güllərin tarixi barədə
Gülləri hamı sevir. Yəqin ki, onlara qarşı biganə olan insan da yoxdur. Onlar özü bizi cəlb edir, estetik zövq verir, hətta psixoloji yardım da edir. Bayramların bəzəyi, təbiətin təbəssümüdür güllər! Güllərin tarixi haqqında maraqalı faktlar, müxtəlif əfsanələr mövcuddur. Arxeoloji qazıntılar sübut edir ki, güllərin tarixi tunc dövrünə qədər gedib çıxır. Bizim e.ə. IV əsrə aid olan bir bir daşın üzərindəki təsvirlər qədim insanların da güllərə dəyər verdiyini göstərir.güllərDaşın bir hissəsində səma, torpaq və insan, digər tərəfində isə müxtəlif güllər və çiçəklər təsvir olunub. Qədim Misirdə sarayların bağlarını gözəl güllərlə, çiçəklərlə bəzəyərdilər. Buddistlər isə öz "tanrılarının" heykəlləri qarşısına müxtəlif bitkilərin yarpaqlarını qoyardılar. Ardı »