Nəsirli Yasif Mirzə oğlu — nasir, tənqidçi, publisist, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Juralistlər Birliyinin üzvü (1964), fılologiya elmləri doktoru (1991), Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademiki (1996), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990), Beynəlxalq mükafat lureatı (1994), "Qızıl qələm" mükafatı laureatı (1999).
Həyatı
Yasif Nəsirli 1938-ci il dekabrın 23-də Cəbrayıl rayonunun Kavdar kəndində anadan olmuşdur. Həmin rayonun Soltanlı kənd orta məktəbini bitirdikdən sonra Bakı mədəni-maarif texnikumunu (1958) və Azərbaycan Dövlət Universitetini bitirmişdir (1963). Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda, Ali Ədəbiyyat kurslarında (1968), ÜİLKGİ MK-nın Ali komsomol məktəbində (1964) təhsilini artırmışdır. Əmək fəaliyyətinə Azərbaycan LKGİ Mərkəzi Komitəsində təlimatçı kimi başlamış, sonra burada bölmə müdiri, şöbə müdiri vəzifələrində işləmişdir (1962-1969). "Ulduz" ədəbi-bədii və ictimai-siyasi jurnalının məsul katibi və baş redaktoru olmuşdur (1967-1968). Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı (1969-1974), Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində bölmə müdiri, idarə rəisinin müavini və idarə rəisi və orada kollegiya üzvü (1974-1988), Azərbaycan KP MK-da inzibati orqanlar şöbəsinin müdir müavini, birinci müavin və müdir (1988-1991) vəzifələrində çalışmışdır. Azərbaycan KP MK-ya üzv seçilmişdir. Zaqafqaziya Hərbi dairəsi Hərbi Şurasının üzvü olmuşdur (1989-1991). Azərbaycan Prezidenti yanında Ali nəzarət inspeksiyasında inzibati orqanlar şöbəsinin müdiri, sədr müavini (1991-1992) işləmişdir. SSRİ DTK-nın F.Dzerjinski adına Ali məktəbini bitirmişdir (1975). Hazırda "Azərbaycan dünyası" Beynəlxalq əlaqələr mərkəzinin birinci vitse-prezidentidir (1992-ci ildən). Ritsumeikan Universitetinin fəxri doktoru (Yaponiya, 2002) seçilmişdir. Ədəbi yaradıcılığa tələbəlik illərində başlamışdır. Dövri mətbuatda vaxtaşırı çıxış edir. Azərbaycan nümayəndə heyətinin başçısı kimi İngiltərə (1970), Belçika (1976), İtaliya (1978), Malta (1978), Türkiyə (1980), Fransa (1983), İraq (1993), Yaponiya (2002) və b. ölkələrdə rəsmi səfərdə olmuşdur. Xidmətlərinə görə medallar və Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmişdir.
Əsərləri
Qabaqcıl mexanizator (sənədli hekayələr). Bakı: Uşaqgəncnəşr, 1962, 96 səh.
Araz daşan yerdə (sənədli hekayələr). Bakı: Gənclik, 1962, 128 səh.
Bolluq yaradanlar. Bakı: Gənclik, 1966, 48 səh.
Qırmızı qərənfil. Bakı: Gənclik, 1969, 128 səh.
İnsanlar, görüşlər. Bakı: Azərnəşr, 1969, 194 səh.
Adsız təpə (hekayələr). Bakı: Yazıçı, 1979, 23 səh.
Çinar vüqarı (hekayələr, ədəbi portretlər). Bakı: Gənclik, 1985, 374 səh.
Qayıdacağam. Bakı: Yazıçı, 1989, 397 səh.
Görə bilmədim (hekayə və esselər). Bakı: Azərnəşr, 1999, 283 səh.
Əgər ki, yıxılsam çinar göstərin (tənqid). Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2000, 669 səh.
Ömür (povest, hekayə və esselər). Bakı: Azərnəşr, 2003, 790 səh.
Tərcümələri
(ruscadan)
Georgi Markov. Sibir (roman). Bakı: Yazıçı, 1978, 592 səh.
Adolf Dıçanski. Filosof və paltaryuyan qtz (povest). Bakı: Azərnəşr, 1978, 196 səh.
Polşa hekayələri. Bakı: Azərnəşr, 1978, 296 səh.(şərikli)
Mariya Mayerova. Dünyaların ən yaxşısı (roman). Bakı: Yazıçı, 1983, 323 səh.
Tarix: 19.01.2013 / 16:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 630 Bölmə: Şairlər və Yazıçılar