Səyyad Aran və ya Səyyad Salahlı (tam adı: Səyyad Adil oğlu Salahlı; d. 15 yanvar 1952, Qaradonlu, İmişli, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı ictimai-siyasi xadim; filologiya elmləri namizədi (2005); Yeni Azərbaycan Partiyasının qurucularından biri; yazıçı-publisist; Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi[1]; Azərbaycan Respublikası Milli Məclisinin I[2] və II çağırış[3] deputatı. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini (16 noyabr 2012-ci ildən)[4].Mündəricat
1 Həyatı və karyerası
1.1 Təhsili
1.2 Əmək fəaliyyəti
1.3 İctimai-siyasi fəaliyyəti
1.3.1 Parlamentdə
1.3.1.1 I çağırış
1.3.1.2 II çağırış
1.4 Diplomatik fəaliyyəti
1.5 Dövlət Komitəsində
1.6 Bədii-publisistik fəaliyyəti
1.6.1 Kitabları
2 Ailəsi
3 Mükafatları
4 Mənbə
5 İstinadlar
6 Xarici keçidlər
Həyatı və karyerası
Səyyad Adil oğlu Salahov 15 yanvar 1952-ci ildə İmişli rayonunun Qaradonlu kəndində müəllim ailəsində[5] dünyaya gəlmişdir. Ailələrində 10 uşaq olublar; o, ailənin ilk övladı idi[6].
Təhsili
1958-1968-ci ilərdə İmişli şəhəri 1 saylı orta məktəbdə oxumuşdur.
1968-ci ildə V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuş və 1972-ci ildə həmin fakültəni bitirmişdir.
İkinci ali təhsilini Bakı Dövlət Universitetində almış və 2001-ci ildə BDU-nun Hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyəti
1972-1973-cü illərdə ali məktəbi bitirdikdən sonra təyinatla göndərildiyi İmişli rayonu Əzizbəyov (indiki adı: Qaralar) kənd orta məktəbində dil-ədəbiyyat müəllimi işləmişdir.
1973-1974-cü illərdə Naxçıvanda, Qıvraq kəndində yerləşən Sovet Ordusunun 69626 nömrəli hərbi hissəsində hərbi qulluqda olmuşdur[6][7]. Ehtiyatda olan kapitandır[7].
1974-cü ildən 1989-cu il dekabrın sonuna qədər 1 saylı İmişli şəhər orta məktəbində əvvəlcə dil-ədəbiyyat müəllimi, ibtidai hissə üzrə müavin, sonra ilk partiya təşkilat katibi, sinifdənxaric və məktəbdənkənar tərbiyə işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır[6].
1990-cı ildə İmişli Rayon Xalq Təhsil şöbəsinin müdiri təyin olunmuş[6], lakin həmin vəzifədən heç 1 il tamam olmamış azad edilmişdir.
2 yanvar 1991-ci ildə İmişlidən Bakıya gəlir, əvvəlcə "Elm" qəzetində işləyir, orada şöbə müdiri olur. 1992-1995-ci illərdə isə "Səs" qəzetinin baş redaktorunun birinci müavini olmuşdur.
2001-ci ildən Azərbaycan Beynəlxalq Universitetinin Jurnalistika fakültəsinin dekanı işləmişdir.
İctimai-siyasi fəaliyyəti
Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir. YAP-ın I, II, III qurultaylarının nümayəndəsi olmuşdur. 21 noyabr 1992-ci ildən - YAP-ın təsis konfrasından YAP Siyasi Şurasının üzvüdür. 1995-1999-cu illərdə YAP ideologiya şöbəsinin müdiri, daha sonra isə YAP Partiyalararası Əlaqələr şöbəsinin müdiri olmuşdur. 2006-cı ilin sentyabrında İstanbula diplomatik xidmətə göndərilərkən "Diplomatik xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, YAP üzvlüyündən və YAP Siyasi Şurasından çıxmışdır. 2012-ci ilin may ayında YAP sıralarına yenidən qəbul edilmişdir[8].
Parlamentdə
Səyyad Aran 1995-ci ildə 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən[2], 2000-ci ildə isə 67 saylı Zərdab-İmişli seçki dairəsindən[3] Azərbaycan Respublikası Milli Məclisinə majoritar seçki sistemi əsasında deputat seçilmişdir. O, bir sıra qanunvericilik aktlarının hazırlanmasında yaxından iştirak etmişdir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-ci il tarixli iclasında deputat Elmira Axundova kütləvi informasiya vasitələri ilə bağlı növbəti qanun layihəsinin müzakirəsi zamanı Səyyad Aran haqqında belə demişdir:
"... hesab edirəm ki, bu sahədə Milli Məclisdə qəbul edilən ən mütərəqqi və ən dolğun qanun ümummilli liderimizin dövründə professional jurnalist olan millət vəkili Səyyad Aran tərəfindən hazırlanıb. Mən jurnalistikada dərs deyərkən bu qanunu bütün postsovet məkanında nümunə kimi, misal kimi çəkirəm..."
— Azərbaycan Respublikası Milli Məclisinin 20 oktyabr 2009-ci il tarixli iclasının stenoqramı[9].
I çağırış
Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə I çağırış seçkilərində Yeni Azərbaycan Partiyasını təmsil etmiş və bu seçkidə Salahov soyadı ilə iştirak etmişdir. Seçkidə majoritar seçki sistemi əsasında iştirak edərək 67 saylı Zərdab-İmişli-Ucar seçki dairəsindən deputatlığa namizəd olmuş və 12 noyabr 1995-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir[2]. I çağırış dövründə 7 mart 1997-ci ildən Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir[10].
II çağırış
Səyyad Aran Azərbaycan Respublikası Milli Məclisinə II çağırış seçkilərində də Yeni Azərbaycan Partiyasını təmsil etmiş, lakin bu dəfə əvvəlki seçkidən fərqli olaraq soyad sonluğunu dəyişmiş və seçkidə Salahlı soyadı ilə iştirak etmişdir. Seçkidə yenə majoritar seçki sistemi əsasında iştirak edərək yenidən təşkil olunan 67 saylı Zərdab-İmişli seçki dairəsindən deputatlığa namizəd olmuş və 5 noyabr 2000-ci ildə keçirilmiş seçkilərdə deputat seçilmişdir[3]. II çağırış dövründə 5 dekabr 2000-ci ildən Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olmuş, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərkibində fəaliyyət göstərmişdir[11].
Diplomatik fəaliyyəti
Ona 9 oktyabr 2006-cı ildə Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilmişdir[1]. 9 oktyabr 2006-cı ildən[12] 3 may 2010-cu ilə qədər[13] Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və 14 dekabr 2006-cı ildən[14] 3 may 2010-cu ilə qədər[12] Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrində işləmişdir.
2009-cu ilin iyununda Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsindəki xidmətlərimə görə, ona Türkiyədə nəşr olunan "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünün "İlin diplomatı" nominasiyası üzrə mükafatı verilmişdir[15]
Dövlət Komitəsində
Səyyad Salahlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində (13 dekabr 2012)
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 16 noyabr 2012-ci ildə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir[4]. Səyyad Aran Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin ilk birinci müavinidir. Çünki bu təyinata qədər həmin Dövlət Komitəsində sədrin birinci müavini ştatı olmamış və təyinatla eyni gündə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman ilə "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə"də dəyişikliklər edilərək, Dövlət Komitəsinin strukturunda yeni ştat vahidi açılmışdır[16]. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli nümayəndəlikləri - bölgələr üzrə şöbələr Dövlət Komitəsi sədrinin birinci müavininin - Səyyad Aranın kurasiyasındadır. 2013-cü ilin yanvar ayından həmin komitənin təsis etdiyi "Cəmiyyət və Din" qəzetinin Redaksiya şurasına daxil edilmiş[17] və ilk olaraq qəzetin 10-16 yanvar 2013-cü il tarixli 187-ci sayı onun baş redaktorluğu ilə işıq üzü görmüşdür[18][19]. Qəzetin həmin sayında Səyyad Aran müəllif yazısı ilə də çıxış etmişdir[20].
Bədii-publisistik fəaliyyəti
1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2002-ci ildən Zaqafqaziya Müsəlmanları İdarəsindəki "Fizuli" irfan məclisinin, 2003-cü ildən Beynəlxalq Rusdilli Jurnalistlər Assosiasiyasının üzvüdür. 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətində təmsil olunur.
Tələbəlik illərində - 1968-1972-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan "Gənc müəllim" qəzetində Səyyad Sadiq imzası ilə mütəmadi olaraq yazıları dərc olunmuşdur[6]. 1978-ci ildən bədii və publisistik yazlarıyla Respublika mətbuatında çıxış etmişdir.
Bədii yaradıcılıqda debütü 1978-ci ildə olmuşdur. İlk əsəri 1978-ci ildə Bakıda, "Ulduz" jurnalının 11-ci nömrəsində nəşr olunmuş "İbiş dayı" hekayəsidir[21]. Sonralar əsərləri "Azərbaycan", "Literaturnıy Azerbaydjan", "Qrakan Aderbecan", "Gənclik", "Azərbaycan qadını", "Pioner" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Səs"[22], "525-ci qəzet", "Yol", "Dədə Qorqud" və s. qəzetlərdə dərc edilib[23]. İlk kitabı isə 1983-cü ildə Bakıda, "Gənclik" nəşriyyatında işıq üzü görmüş "Körpü" kitabıdır. Azərbaycan Yazıçılar Birliyinin 1985-ci ilin yekunlarına həsr olunmuş illik konfransında filologiya elmləri doktoru, professor Akif Hüseynov "Körpü" hekayəsini ilin ən uğurlu hekayələrindən biri kimi təqdim etmişdir[23].
2012-ci il noyabr ayının 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Səyyad Aranın 60 illik yubiley tədbiri keçirilmişdir. Yubiley mərasimində çıxış edən Azərbaycanın Xalq yazıçısı Mövlud Süleymanlı onun fəaliyyətini belə qiymətləndirmişdir:
"Səyyad Aran bütün olanlara-olacaqlara - yəni bizi əhatə edən hadisələrə yaxın olan yazıçıdır. Heç nəyi - ən xırda detalları belə uzaqdan-uzağa yazmır. Özündən keçirməsə, yaxınlığı yaratmasa qələmə almır. Yaratdıqlarının da belə canlı, sağlam olması ona görədir."
— Azərbaycan Yazıçılar Birliyinin Səyyad Aranın 60 illiyi ilə bağlı keçirdiyi yubiley tədbirinin press-relizi[24].
Ədəbi-ictimai fəaliyyəti "Tərəqqi" medalı, "Qızıl qələm" mükafatı, "İnam" şərəf diplomu ilə dəyərləndirilmişdir[25].
Kitabları
Körpü (hekayələr). Bakı: Gənclik, 1983. (azərb.)
Soyuq Günəş (povest və hekayələr). Bakı: Təbriz, 1996. (azərb.)
Xaosdan sabitliyə (1992-1997-ci illərdə Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkədə baş verən hadisələri, ictimai-siyasi prosesləri əks etdirən siyasi-publisistik kitab). Bakı: 1997. (azərb.)
Üfüqdə Nobel sülh mükafatı görünür (siyasi-publisistik məqalələr). Bakı: 2003. (azərb.)
1960-80-ci illərdə Azərbaycan nəsrində psixologizm (Mövlud Süleymanlının yaradıcılığı üzrə monoqrafiya). Bakı: 2004. (azərb.)
Haydar Aliyev ve Azerbaycanın devlet petrol stratejisi (azərb. "Heydər Əliyev və Azərbaycanın dövlət neft strategiyası"). İstanbul: 2009. (türk.)
Aklanma kağıdı (azərb. "Təmizlik kağızı"). (hekayə və povestlər). İstanbul: Milenyum, 2010. (türk.)
Sandıqda qalan muştuluq (hekayələr[26]). Bakı: Qanun, 2012. (azərb.)
Ailəsi
Ailəlidir, üç oğlu[6], altı nəvəsi var.
Mükafatları
1987 — ÜİLKGİ-nin "Ən yaxşı komsomolçu-müəllim" döş nişanı.
2001 — "Qızıl qələm" mükafatı[25].
2001 — ABŞ-ın Texas ştatının fəxri vətəndaşı.
21.07.2005 — "Tərəqqi" medalı[27].
2005 — Azərbaycan KİV-nin "İnam" şərəf diplomu[25].
iyun 2009 — Türkiyədə nəşr olunan "First Business" jurnalının "Zirvədəkilər-2008" ödülünün "İlin diplomatı" nominasiyasının laureatı[15].
Mənbə
adam.az saytında Səyyad Aran haqqında
İstinadlar
↑ 1,0 1,1 "S. A. Salahlıya Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi diplomatik rütbəsi verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2006-cı il tarixli, 1721 nömrəli Sərəncamı (azərb.)
↑ 2,0 2,1 2,2 Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az (azərb.)
↑ 3,0 3,1 3,2 İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az (azərb.)
↑ 4,0 4,1 "S.A.Salahlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli, 2546 nömrəli Sərəncamı (azərb.)
↑ Səyyad Aranın doğum günü... hafta-ichi.com (azərb.)
↑ 6,0 6,1 6,2 6,3 6,4 6,5 Səyyad Aran: "Yol boyu ağladım..." - FOTOLENT
↑ 7,0 7,1 Səyyad Aran. imishli.com (azərb.)
↑ Əli Nağıyev və Səyyad Aran YAP-a qayıtdı. (azərb.)
↑ Azərbaycan Respublikası Milli Məclisinin 2009-ci il 20 oktyabr tarixli iclasının stenoqramı. meclis.gov.az (azərb.)
↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-IQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ 12,0 12,1 "S. A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2006-cı il tarixli, 1722 nömrəli Sərəncamı (azərb.)
↑ "S.A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan ↑ 2,0 2,1 2,2 Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az (azərb.)
↑ 3,0 3,1 3,2 İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatları haqqında seçildikləri tarixə olan qısa MƏLUMATLAR. meclis.gov.az (azərb.)
↑ 4,0 4,1 "S.A.Salahlının Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli, 2546 nömrəli Sərəncamı (azərb.)
↑ Səyyad Aranın doğum günü... hafta-ichi.com (azərb.)
↑ 6,0 6,1 6,2 6,3 6,4 6,5 Səyyad Aran: "Yol boyu ağladım..." - FOTOLENT
↑ 7,0 7,1 Səyyad Aran. imishli.com (azərb.)
↑ Əli Nağıyev və Səyyad Aran YAP-a qayıtdı. (azərb.)
↑ Azərbaycan Respublikası Milli Məclisinin 2009-ci il 20 oktyabr tarixli iclasının stenoqramı. meclis.gov.az (azərb.)
↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 7 mart 1997-ci il tarixli, 256-IQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr 2000-ci il tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ 12,0 12,1 "S. A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 2006-cı il tarixli, 1722 nömrəli Sərəncamı (azərb.)
↑ "S.A. Salahlının Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 3 may 2010-cu il tarixli, 881 nömrəli Sərəncamı (azərb.)
↑ "Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının Baş konsulu S.A.Salahlının eyni zamanda Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı yanında Daimi nümayəndəsi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2006-cı il tarixli, 1830 nömrəli Sərəncamı (azərb.)
↑ 15,0 15,1 Səyyad Aran "ilin diplomatı" oldu. 525-ci qəzet. 30 iyun 2009, səh. 4. (azərb.)
↑ "Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2012-ci il tarixli, 750 nömrəli Fərmanı (azərb.)
↑ "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 16. (azərb.)
↑ Səyyad Aran baş redaktor vəzifəsinə təyin edilib. Gün.Az. (azərb.)
↑ Səyyad Arana daha bir vəzifə verildi. Milli.Az. (azərb.)
↑ "Cəmiyyət və Din" qəzeti. 10-16 yanvar 2013, № 01 (187). səh. 1. (azərb.)
↑ "Ulduz" jurnalı, № 11, 1978.
↑ Azərbaycanın müstəqilliyi ilə yaşıd olan "Səs" qəzeti yaranmasından keçən 20 ildə yalnız xalqa və dövlətçiliyə xidmət edib. "Səs" qəzeti. 11 yanvar 2011, s. 12-13. (azərb.)
↑ 23,0 23,1 Səyyad Aranın “Sandıqda qalan muştuluğ”u
↑ SƏYYAD ARAN – 60. azyb.net (azərb.)
↑ 25,0 25,1 25,2 Azərbaycan Yazıçılar Birliyinin 60 illik yubileyi münasibətilə Səyyad Arana ünvanladığı təbrik məktubu. Ədəbiyyat qəzeti. 9 noyabr 2012. səh. 5. (azərb.)
↑ Səyyad Aran – "Sandıqda qalan muştuluq"
↑ "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 21 iyul 2005-ci il tarixli, 924 nömrəli Sərəncamı. e-qanun.az (azərb.)
Tarix: 19.01.2013 / 15:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1168 Bölmə: Şairlər və Yazıçılar