Ətirşah çiçəyinin yağı cavanlaşdırıcı, ağardıcı və tonuslaşdırıcı təsirə malikdir. Ətirşah yağı hər bir dəri növünə çox gözəl təsir göstərir,üz dərisində qan dövranını yaxşılaşdırır və ona sağlam rəng verir. Dərinin hamar, elastik və cavan edir.
Ətirşah çiçəyinin qadınsayağı, yumşaq ətri sinir sistemi hüceyrələrini möhkəmləndirir. Orqanizmə tonuslaşdırıcı təsir göstərir, bədəndən şlakları təmizləyir, limfa sistemini stimullaşdırır və antisellülit təsirə malikdir. Latın dilində adı: Pelargonium Graveolens-dir.
Ətri: İsti, yağlı, acı-çiçəkli, qalıcı qətran tonlu, limon, nanə və qızılgül qoxularının qarışığını xatırladan təzə ətir.
Təbii yayılma əraziləri: İsti subtropik və tropik, mülayim iqlimdən soyuq — kontinental iqlimə kimi hər cür hava şəraitində becərilə bilən bir bitkidir. İtaliya, Mərakeş, Fransa, İspaniya, Yunanıstan, Şərqi və Cənubi Afrika, Rusiya.
Efir yağı bitkinin çiçək və yaşıl hissələrinin buxarla distilləsi yolu ilə əldə olunur.
Müalicəvi xüsusiyyətləri: Ətirşah yağı iltihab əleyhinə, antiseptik, virus əleyhinə, ağrıkəsici, sidikqovucu, büzücü, təmizləyici, şəfa verici xüsusiyyətlərə malikdir.
Bədənə təsiri: Təbiət sanki ətirşah bitkisini qadınlara hədiyyə kimi bəxş edib. Onun orqanizmə olduqca geniş təsiri mövcuddur. Hormanların ifrazatına birbaşa təsir etdiyindən premenstural sindrom, menstrual tsiklin pozulması, menopoz zamanı şəfaverici təsir göstərir, orqanizmin fəaliyyətini normallaşdırır. Süd vəzilərinin iltihabı zamanı kömək edir.
Premenstrual sindirom yaşayan qadınlara aşağıdakı tərkib tövsiyyə olunur. Bu, ağrıları götürür və özünüzü yaxşı hiss etməyinizi təmin edir:
Ətirşah yağı — 6 damcı
Adaçayı yağı — 4 damcı
Lavanda yağı — 4 damcı
Aromaterapiya zamanı da istifadə oluna bilər. Bütün yağlar bir şüşə qaba tökülüb qarışdırılır, sonra qarışıqdan 1ç/q götürüb boyun, sinə və çiyinlər masaj edilir. Ağrıkəsici effektinə görə spazmalar və baş ağrılarında, miqrendə isifadə olunur. Belə ki, tonusu qaldırdığı üçün əzələləri yüngülləşdirir. Ürək əzələlərinin mikrosirkulyasiyasını yaxşılaşdırır, ürək ritmini normallaşdırır. Sinsual aritmiya vəziyyətini, taxikardiya, işemiyanı yaxşılaşdırmağa kömək edir, arterial təzyiqi aşağı salır.
Qədim zamanlardan ətirşah «Burun-qulaq-boğaz həkimi» adlandırılır. O, orta qulaq iltihabı zamanı ağrını götürür, burun tutulmasında və badamcıqların şişməsi zamanı iltihabı aradan qadırır. Səs tellərinin soyuqdəyməsi tonzilla, laringit və səsin batması halları zamanı kömək edir, həmçinin yağdan soyuqdəymə və angina zamanı da isifadə olunur.
Ağrıkəsici və sakitləşdirici xüsusiyyətlərə malik olduğundan ətirşah yağı nevrologiyada radikulyar sindrom, revmatizm, artrit zamanı da isifadə olunur.
Ətirşah yağının sidikqovucu xüsusiyyəti böyrəkləri, böyrəküstü qabığı, qaraciyəri tonuslaşdırır, orqanizmi toksin və şlaklardan təmizləyir, sellülit zamanı istifadə olunur.
Yaddaşa təsiri: Ətirşah yağı emosional vəziyyətə yumşaq təsir göstərmə, sakitləşdirmə, ağlayan zaman rahatlandırıcı, romantik əhval-ruhiyyə yaratmaq xüsusiyyətinə qadirdir. Yorğunluğu və əsəb gərginliyini götürür, depressiyadan çıxmağa yardımçı olur, əqli və fiziki aktivliyi yüksəldir, qorxu hissini azaldır. Bundan əlavə, ətirşah yağı uşaqlara da yaxşı sakitləşdirici təsir göstərir, əsəbi və kaprizi azaldır. Bu yağdan isifadədən sonra özünüzü rahat, sakit və gələcəyə inamlı arzular quran biri kimi hiss edəcəksiniz!
Tarix: 10.12.2014 / 17:31 Müəllif: Aziza Baxılıb: 197 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər