Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nar....

Narın şəfalı xüsusiyyətlərindən yaxşı yararlanmaq üçün ya meyvəni təzə ikən yemək, ya da təzə sıxılmış suyunu içmək lazımdır. narÜrəyi qüvvətləndirən nar suyu qaraciyəri qüvvətləndirir, mədə iltihabını və ağrısını kəsir. Narda 15% karbohidrat, 0,8% protein, B1 və B2 vitaminləri ilə bərabər kalsium, fosfor və dəmir var. Nar həmçinin dəniz tutmalarına qarşı da yaxşı təsir göstərir. Narı içindəki pərdə ilə birlikdə yedikdə mədə yarasını müalicə edir. Nar suyu böyrək və qaraciyər xəstəliklərində çox faydalıdır.

Narın digər faydaları:
-Nar suyu yüksək təzyiqin müalicəsində, ürək ağrılarında, babasil xəstəliyində faydalıdır.
-Nar suyu hərarəti götürür.
-Nar şirəsinin şərbəti sidikqovucu xassəyə malikdir.
-Nar şirəsini bədəndə revmatizm ağrıları olan nahiyələrə vurduqda ağrıları kəsir.
-Ürəkgetmə zamanı xəstəyə nar şərbəti içirilməlidir.
-Meyvəsi və qabıqları da yararlıdır. Çiçəyi bağırsaqdakı yara və iltihabı yaxşılaşdırır.
-Boyun tutulmasında nar çiçəyinin xəşili şəfavericidir.
-Qabığı çay kimi dəmlənib içildikdə mədə və bağırsaq xəstəliklərinə, ishal və dizenteriyaya qarşı olduqca faydalıdır.


Tarix: 10.12.2014 / 17:01 Müəllif: Aziza Baxılıb: 103 Bölmə: Şəfalı meyvə və Tərəvəzlər
loading...