Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mühərrik

Mühərrik — müxtəlif enerji növlərini (məsələn, termiki, kimyəvi, elektrik və s.) mexaniki enerjiyə çevirən qurğu.

Mühərriklərdə bir əsas val olur. Bu val enerji çevrilməsi nəticəsində hərəkətə gətirlir və başqa maşın və mexanizmləri hərəkət etdirir. İstisna hal kimi raketlərdə və xətti mühərriklərdə hərəkət ötürməsu başqa yolla baş verir. Hazırda daxili yanma və elektrik mühərrikləri ən geniş yayılmış mühərriklərdir.

Mühərriklər iki qrupa bölünürlər. Birinci qrupa birbaşa təbii enerji ilə işləyən, onun mexaniki enerjiyə çevrilməsini həyata keçirən mühərriklər daxildirlər. Misal kimi küləklə işləyən dəyirmanları və axar çaylarda yerləşdirilmiş hidravlik mühərrikləri, kimyəvi enerjini mexaniki enerjiyə çevirən istilik mühərriklərini göstərmək olar. İkinci qrupa isə başqa yollarla əldə edilmiş enerjinin hesabına işləyən mühərriklər (elektrik mühərikləri, hidromühərriklər, pnevmomühərriklər) daxildirlər.


Tarix: 21.03.2013 / 19:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 175 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...