Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KredoBank

Tarixçə

KredoBank ASC 28 fevral 1994-ci ildə "Anar" kommersiya bankı adı ilə fəaliyyətə başlamışdır. Bank əməliyyatları aparmaq üçün "Kredobank"-a Azərbaycan Respublikası Milli Bannkın tərəfindən 228 nömrəli lisenziya verilmişdir. Bu gün bankın 10 filialı və 16 mübadilə şöbəsi fəaliyyət göstərir. Filiallardan 4-ü Bakıda, qalanları isə Gəncə, Quba, Masallı, Göyçay, İsmayıllı şəhərlərindədir. Bankın, həmçinin, 16 valyuta mübadiləsi məntəqəsi var. Öz fəaliyyəti dövründə bu kimi təşkilatların üzvü olmuşdur.

Azərbaycan bank cəmiyyəti, Bakı banklarlararası valyuta birjası, SWIFT Banklararası ödəmə sistemi, Azərbaycanın ödəmə sistemi AZIPS, Western Union ödəmə sistemi. Bank sahibkarlara kömək etmək üçün yaradılmış Milli fondun bank-agenti kimi fəaliyyət göstərir. Bu fond sahibkarlara kredit resurslarını sahibkarlığın inkişafı üçün güzəştlə ayırır. "Avstriya" bankı, "Hypo-Vereins" bankı, Milli İran bankının Bakı filialı, Yapı-Kredi bankı və başqa yerli banklar ilə müxbir əlaqələri yaratmışdır. Bankın əsas nailiyyətlərindən biri öz işində sabitlikdir. "Kredobank"-ın səhmdarlarının əsas məqsədi, ən iri bank yox, ən sabit və etibarlı etməkdir. Bank müştərilərə geniş xidmətlər spektrinin təklif edir və daima öz fəaliyyətində innovasiyaları daxil edir. Bank riskləri kontrol edən və müvəffəqiyyətlə nizama salan, verilmiş hədəfləri yerinə yetirə bilən, birlik ruhunda olan – kollektiv yaratmağa nail olmuşdur.

2007-ci il "Kredobank" üçün müxtəlif cür fəaliyyət istiqamətlərində keyfiyyət və kəmiyyət artımı ilə qeyd edildi. Bankın aktivləri 2006-cı ilə nisbətən 63.4% artmışdır. 2007-ci ilin axırında müştərilərə ayrılmış kreditlərin məbləği, 2006-cı ilin yekunlarına nisbətən 53% artmışdır. Depozit portfelinin həcmi 2006-cı ilə nisbətən 69.4% artmışdır. Bankın ümumi kapitalı 2007-ci ildə 40% və ya 3.8 mln. AZN artmışdır və 13.18 mln. AZN – ə çatmışdır. Bankın təmiz gəliri 382.2 min AZN oldu. (vergilər daxil deyil). Bankın müştəriləri arasında, 11 800 fiziki şəxs və 1 350 korporativ şəxs vardır. Bankın səhdarları kapitalın 15 mln. AZN-ə qədər artırmaq qərara aldılar. "Kredobank" 2008-ci ilin yanvarında "Visa İntenational" ödəmə sisteminin üzvü olmuşdur. Bu üzvlük individual müştərilərə Electron, Classic, Gold və Platinum kartlarının verilməsini mümkün edir.

Hal hazırda bank, bir neçə ay ərzində başa çatan, bu sistemə qoşulmanın texniki prosessini başlayır.

İlin axırına yaxın, 5000 VİSA kart buraxmağı, və bundan başqa, "MasterCard İnternational" – ın assosiasiya edilmiş üzvü olmağı planlaşdırır. Bankda istehlakçı kreditlərin verilməsi yaxşı inkişaf etmişdir.

"VİSA" kartlarının buraxılmasından sonra, bank bu kartlar vasitəsilə kreditlərin və korporativ müştərilərin işçilərinin maaşların verilməsini həyata keçirəcək. 2008-ci ilin axırına yaxın, müştərilərin rahatlığı və yeni əmanətçilərin cəlb edilməsi üçün, Azərbaycanın regionlarında daha 3 filial , Bakı da isə daha 2 filial və 5 bank şöbəsi açmaq və həmçinin POS-terminal şəbəkəsini genişləndirməsini planlaşdırır. İlin axırı üçün, 15 yeni bankomat quraşdırılması planlaşdırılır. 2008-ci ildə, ticarət əməliyyatlarına və kiçik biznesə kredit vermək üçün, yeni kredit resurslarını cəlb etmək üçün, "Avropa yenidənqurma və inkişaf " bankı ilə danışıqlara başlayır. "Qaradəniz inkişaf" bankı, "İslam inkişaf" bankı və başqa beynəlxalq maliyyə institutları əlaqələrin yaradılmasını və Bakı fond birjasına aksiyaların yerləşdirilməsini planlaşdırır. Bundan başqa, "Kredobank" qiymətli kağızlar ilə fəaliyyəti aktivləşdirmək və beynəlxalq bazarlarda bankın aksiyalarını satılması haqqında danışıqları planlaşdırır. Xidmətin keyfiyyətini artırmaq üçün müştəriləri on-line rejimdə xidmət etmək üçün internet-bankinq-i tətbiq etmək fikrindədir. İpoteka kreditində böyük ehtiyacı nəzərə alsaq, "Milli ipoteka fondu"-nun bank-aqenti olmaq niyyətindədir. Elə bu vaxt, bank xüsusi ipoteka kredit fondunu yaradacaq.


Tarix: 19.03.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 340 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...