Porşen istilik maşınlarında tətbiq olunan maşın hissəsidir. O qazın genişlənməsi nəticəsində yaranan təzyiqi qəbul edərək, onu mexaniki enerjiyə çevirir. Porşenlər adətən çarxqolu-sürgüqolu mexanizminə qoşulur. Həmçinin silindrin təmizlənməsi və doldurulmasınada da iştirak edir. Kompresssorlarda isə onun funksiyası əksinədir. Çarxqolu-sürgüqolundan alınan hərəkət nəticəsində porşen qazı sıxır.
Porşen üç hissədən ibarətdir:
Dib hissəsi, burada yanma prosesi baş verir.
Kipləşdirici hissə, bunun köməyi ilə porşen və silindrin divarları arasında tam kiplik yaradılır ki, sıxma prosesi baş verə bilsin.
Yönəldici hissə porşenin silindr boyunca hərəkətini nizamlayır.
Porşenlər çüqün və alüminium legirlərindən hazırlanırlar. Onun materialı tətbiq olunduğu sahədən asılı olaraq həm yüksək möhkəmlik, həm də istiyə davamlılıq göstərməlidir.
Bu məqalənin azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: پورش
Tarix: 18.03.2013 / 19:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari