Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abraziv material

Abraziv material abraziv alətlərin kəsici hissəsini təşkil edirlər. Kəsici dənəciklər şəklində istifadə edilən bu materiallar kifayət qədər bərk, istiyədavamlı, çoxlu tillərə malik olurlar. Onlar iki qrupa bölünürlər:

a) təbii materiallar (kvars, sumbata, korund, təbii almaz),

b) süni abraziv materiallar (normal və az elektrokorund, monokorund, silisum karbidi, bor karbidi, bor nitridi və sintetik almaz).

Abraziv materiallar əsasən maşın hissələrinin təmiz emalında istifadə edilirlər. Məqsədi pardaqlamada, honalamada, cilalamada emal olunan səthin kələkötürlüyünü azaltmaqdır.


Tarix: 21.03.2013 / 19:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...