Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Manhetten layihəsi

Manhettan Layihəsi Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanadanın iştirakı ilə II Dünya Müharibəsi illərində ilk nüvə silahının (atom bombasının) yaradılması məqsədilə həyata keçirilmişdir. Formal adı Manhettan Mühəndisi Zonası (MMZ) olan bu layihə 1941-46-cı illərdə general R. Gruvsun hərbi rəhbərliyi ilə ABŞ Hərbi Mühəndisləri Komandanlığının nəzarəti altında həyata keçirilmişdir. Layihənin elmi-tətqiqat işlərinə Amerika alimi Robert Oppenheymer rəhbərlik etmişdir.

Layihə 1945-ci ildə üç nüvə silahının əldə edilməsi və sınaqdan keçirilməsi ilə nəticələnir. İlk sınaq partlayışı 1945-ci il 16 iyul tarixində Yeni Meksika ştatının Alamogardo şəhəri yaxınlığında plutonium ilə zənginləşdirilmiş bombanın sınaq partlayışı (Üçlük sınağı) ilə həyata keçirilir. Daha sonra avgust ayının 6-sı uranla zənginləşdirilmiş "Körpə" adlı bomba Yaponiyanın Hiroşima şəhərində, bundan üç gün sonra isə, avgustun 9-u yenidən Yaponiyada, bu dəfə Naqasakidə "Kök" adlı ikinci plutoniumla zənginləşdirilmiş bomba sınaqdan keçirilir.

Layihə XX əsrin 30-cu illərində almanların nüvə texnologiyaları sahəsində apardıqları tətqiqatlara cavab olaraq 1939-cu ildə əvvəlcə kiçik bir tətqiqat proqramı şəklində yaranır. Tədricən layihə genişlənir və özündə 130 minlik işçi qüvvəsi toplayır. Layihənin ümumi dəyəri 2 miyard ABŞ dolları olaraq qiymətləndirilirdi (2007-ci ilin istehlakçıların qiymət indeksinə əsasən 23 milyard $).


Tarix: 20.03.2013 / 15:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...