Əmtəə fetişizmi – əmtəə istehsalı şəraitində istehsal münasibətlərinin insanlar arasında maddiləşməsi(fransızca fétiche-fetiş, pərəstişgah; portuqalca feitico-sehirbazlıq, tilsim deməkdir).
Bu anlayışın özü tamamilə Karl Marksa məxsusdur. Əmtəə fetişizminin mahiyyəti insanlar arasındakı münasibətlərin əşyalaşmasında, əşya-əmtəənin onlar üzərində hakimiyyətidir. Burada insanlar üzərində hakim isehsal münasibətlərnin kortəbiiliyi zahirən onların üzərində müəyyən şeylərin hakimliyi təzahür edir. Əmtəə istehsalçısı özünün hər günki təcrübəsində əmin olur ki, onun maddi rifah halı əmtəənin bazarda "özünü aparmasından",onların satılıb-satılmamasından, baha və ya ucuz satılmasından asılıdır. Beləliklə, əmtəəyə çevrilmiş əşyalar sanki "canlı ruha" malik olurlar, yəni əmtəə forması almış əmək məhsulları insanın taleyini idarə edirlər. Buradan da əmtəəyə fövqəltəbii qüvvə kimi mistik münasibət əmələ gəlir.
Əmtəə fetişizmi tarixi hadisə olub , obyektiv xarakter daşıyır və [kapitalizm|Kapitalizm] dövründə ən yüksək inkişafa çatır.İnsanlar arasında iqtisadi münasibətlərin maddiləşməsi şeylərin təbii xassələri ilə deyil,ictimai istehsalın təşkili xüsusiyyətləri ilə müəyyən olunur([K.Marks|Karl Marks], Kapital, c.1,səh. 83).K.Marksın fikrincə, yalnız əmtəə(bazar) təsərrüfatını məhv etməklə əmtəə fetişizmindən qurtulmaq olar.
Tarix: 21.03.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 134 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari