Mexaniki emal – müxtəlif materiallardan hazırlanmış pəstaha son və ya sonrakı emal mərhələləri üçün lazımi dəqiqliyi və formanı vermək üçün tətbiq olunan emal növüdür.
Maşınqayırmada əsasən üç mexaniki emal üsulu tətbiq olunur:
1. Kəsmə ilə emal, burada pəstah metalkəsən dəzgahda kəsici alətin köməy ilə addım-addım yonularaq lazımi formaya salınır. Tətbiq olunan kəsmə üsulları:
xarici səthlər üçün torna, pardaqlama,hamarlama, cilalama, superfiniş,
daxili səthlər üçün – içyonma, burğulama, zenkerləmə, rayberləmə, dartma, pardaqlama, cilalama, honalama.
müstəvi səthlər üçün yonma, frezləmə və pardaqlama.
2. Plastiki deformasiya üsulu ilə xarici qüvvənin təsiri altında pəstah sıxılır, bu zaman o formasını, ölçüsünü, fiziki-mexaniki xassələrini dəyişir. Buraya döymə, ştamplama, pressləmə və yayma daxildir.
3. Elektrofiziki emal elektrik cərəyanının xassələrinə əsaslanır: elektro qığılcımla emal, elektro impulsla emal, elektro qövslə emal.
Tarix: 21.03.2013 / 19:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 278 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari