Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan Marketinq Cəmiyyəti

Azərbaycan Marketinq Cəmiyyəti (AMC) Azərbaycanda marketinq elminin yayılması, ümumi anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsini təbliğ edir. AMC-nin Təsis Konfransında yerli və xarici şirkətlərin, qeyri-kommersiya təşkilatlarının nümayəndələri, marketinq, biznesin idarə olunması və digər sahələrdə çalışan mütəxəssislər iştirak etmişlər. AMC fəaliyyəti müddətində sosial sahibkarlıqla, o cümlədən, marketinq tədqiqatlarının aparılması, investisiya layihələri və biznes planların hazırlanması işi ilə məşğul olaraq bir çox şirkət və müəssisələrin biznes tərəfdaşıdır. AMC iş adamları və intellektual gənclik arasında populyar olan "Marketinq" jurnalını da nəşr edir.[1] Cəmiyyət həmçinin Respublikanın müxtəlif elmi tədqiqat və təhsil müəssisələri üçün qeyri-kommersiya xarakterli xidmətlər göstərərək təhsil və təlim fəaliyyətinə də cəlb olunmuşdur.Mündəricat
1 Məqsədləri
2 Xidmətləri
3 İstinadlar
4 Xarici keçidlər
5 Həmçinin bax


Məqsədləri
Elmi və praktiki təhlillər aparmaqla marketinq və ictimai tədqiqatların Azərbaycanda inkişafını və yayımını həyata keçirmək;
AMC üzvlərinin marketinq sahəsində fəaliyyətlərini işıqlandırmaq;
AMC üzvlərinin yüksək peşəkarlıq standartlara uyğun fəaliyyət göstərmələrini dəstəkləmək;
Görüşlər, konfranslar və seminarlar təşkil etməklə Azərbaycanda marketinq elmini yaymaq və inkişaf etdirmək ;
AMC potensialından və müvafiq resurslarından istifadə etməklə üzvlərin peşəkar maraqlarına uyğun olan digər fəaliyyət növlərini həyata keçirmək.[2]

Xidmətləri
Biznes məsləhətlər;
Marketinq tədqiqatları;
Biznes planların hazırlanması;
İnvestisiya layihələrinin hazırlanması;
Bazar tədqiqatlarının keçirilməsi;
Sosioloji sorğuların keçirilməsi;
Sosial-siyasi araşdırmaların keçirilməsi;
Media araşdırmaların keçirilməsi;
Marketinq tədqiqatları;
Biznes planların hazırlanması;
İnvestisiya layihələrinin hazırlanması;
Bazar tədqiqatlarının keçirilməsi;
Sosioloji sorğuların keçirilməsi;
Sosial-siyasi araşdırmaların keçirilməsi;
Media araşdırmaların keçirilməsi;
Ekspert rəyləri üsulu ilə araşdırmaların keçirilməsi;
Müsahibə yolu ilə araşdırmaların keçirilməsi;
Dövrü mətbuatın izlənməsi;
Müxtəlif mövzulu seminarların və konfransların təşkili və keçirilməsi;
Korporativ əsaslarla marketinq və menecment üzrə təhsil proqramlarının təşkili xidmətləri;
Reklam strategiyalarının hazırlanması


Tarix: 20.03.2013 / 12:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 184 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...