Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

D-30

122 mm-lik D-30 haubitsa — sovet istehsalı olan top.

Vəzifəsi
Düşmənin aşıqda və qorunan yerlərdə olan canlı qüvvəsini məhv etmək;
Düşmənin piyada hissələrinin atəş vasitələrini məhv etmək;
Düşmənin DZOT və başqa istehkamlarını məhv etmək;
Minalanmış ərazilərdə və tikanlı səddlərdə yol acmaq;
Düşmənin motomexaniki vasitələri və tankları ilə mübarizə aparmaq.

Haubitsa ayrılmış giliz–mərmi doldurulması sistemi ilə qurulmuşdur. Lafetin quruluşu dairəvidir. Haubisa qoşqulu təkərli və qoşqulu tırtıllı texnika ilə atəş zonasına çatdırılır. Normal sürət rəvan yolda 80 km–dır. Habelə lafet qarlı ərazılərdə təkər əvəzinə xizəklə də təmin oluna bilir. Lakin xizəklə atəş acmaq olmur.

Ballistik göstəricilər
Çapı-122 mm
Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti - bütöv atımla 690 metr-san.
Qəlpələnən-fuqas mərmisinin başlanğıc sürəti - azaldılmış atımla 270—565 metr-san.
Kumulyativ mərminin başlanğıc sürəti - 740 metr-san.
Atəş məsafəsi - 15,9 km.
Qəlpələnən-fuqas mərmisinin çəkisi - 21 kq.
Kumulyativ mərminin çəkisi - 14 kq.
Bütöv atımın çəkisi - 4 kq.
Tezatıcılığı 1 dəqiqədə 6-8 atəşdir.


Tarix: 20.03.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...