Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kəski

Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur.

Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar.

Kəsici materialı

Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır. Bərk xəlitə adətən əlvan və qara metalların emalında tətbiq olunurlar. Daha bərk materiallar (məsələn, çüqün) isə silisiumnitridlə edmal edilirlər.Bəzi hallarda tezkəsən alət poladından da hazırlanmış kəskilərin tətbiqinə rast gəlinir.

Formaları

Kəskinin formaları əsas iki qrupa bölünürlər:
Kəsmə istiqaməti. Burada əsas tilin tutqaca nisbətən vəziyyəti kəsmə istiqamətini müəyyən edir. Onu da nəzərə almaq lazımdır ki, istiqamət pəstah baxımından verilir. Sağ, sol və neytral kəskilər mövcuddurlar.
Xarici və daxili kəskilər. Emal vəziyyəniə görə xarici və daxili olaraq kəskilər iki qrupa bölünürlər. Daxili kəskilər nisbətən kiçik başlığa və uzun tutqaca malik olur. Çünki, alət pəstahın daxilinə girməlidir. Tətbiq olunan torna əməliyyatından asılı olaraq xarici kəskilərinmüxtəlif növləri mövcuddur. Məsələn, yivlərin , boğazların, pillələrin açılması üçün tətbiq olunan kəskilər.


Tarix: 21.03.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...