Valter Oyken alm. Walter Eucken (1891-1950)—Alman iqtisadçısı.Mündəricat
1 Həyatı
2 İqtisadi fəaliyyəti
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər
Həyatı
İqtisadi fəaliyyəti
Neoliberalist missiyanın mühüm qollarından biri olaraq Alman məktəbi fərqlənir. Alman neoliberalist məktəbinin fərqləndirici əsaslarında Keynizçdaha çox dövlət tənzimlənməsi və bazar rəqabəti mexanizminin müdafiəsi dayanır. Bu məktəbin ən görkəmli nümayəndələri sırasında isə Valter Oyken /1891-1950/ və postfaşist almaniyasının praktik memar-konstruktoru Lüdviq Erxard /1897-1977/ simaları durur. Alman neoliberalizminin banisi Valter Oyken özünün 1940-cı ildə nəşr etdirdiyi "Milli iqtisadi nəzəriyyənin əsasları" əsərində alman sosioloqu, tarixçi, iqtisadçı və hüquqşünası M.Veberin "ideal tiplər" metodologiyasının bazası üzərində təsərrüfatın iki: "azad bazar" və "mərkəzi idarəçilik" tiplərinin mövcudluq vəziyyətini irəli sürmüşdü. Birinci tip V.Oykenə görə azad qiymətlər mexanizmi ilə təqdim olunan bazar vasitəsi ilə idarə edilən daha mükəmməl iqtisadiyyatdır. İkinci tip isə bazar mexanizmini təcrid edən, istisnalı olaraq mütləq iqtisadi komandalı formadadır. Bununla belə heç bir təsərrüfat tipi "xalis formada" mövcud ola bilməz. Onlar yalnız real iqtisadiyyatın təyinedici keyfiyyəti prinsipində çıxış edə bilərlər. İstənilən konkret təsərrüfat əmək bölgüsü, kredit, mənfəət, faiz, əmək haqqı kimi iqtisadi elementlər yığımından ibarətdir. Bununla belə, bu elementlər hər dəfə hakim mərkəzi və qeyri-mərkəzi prinsiplər və tarixi reallıqlar əsasında yeni səpkidə uzlaşırlar. V.Oyken inhisarın cilovlanmasında baş problem olaraq dövlət tənzimlənməsinin sərt sisteminin aradan qaldırılmasını görürdü. Onun konsepsiyası azad və mütəşəkkil bazara hesablanmış yeni dünyagörüşün formalaşmasının güclü vasitəsinə çevrilmişdi. Bu konsepsiya Lüdviq Erhardın II Cahan müharibəsindən məğlub çıxmış Almaniyanı böhrandan çıxarmağın iqtisadi siyasətinin ana xəttinə çevrildi. Onun əməli fəaliyyəti və səyləri nəticəsində aparı lan effektli iqtisadi siyasət artımın yüksək templərini və sosial bazar təsərrüfatı orientasiyasına keçidi təmin etdi. L.Erhardın təmayülündə bulunduğu sosial bazar təsərrüfatının fərqləndirici cəhətləri aşağıdakılardır: I. Dövlətin sosial-iqtisadi həyatda xüsusi rolu. Təsərrüfat sisteminin əsasını azad bazar iqtisadiyyatı və rəqabətli bazar təşkil edir. Ancaq o, özbaşına təşəkkül tapmır. Onu dövlət yaradır. Dövlət davranış qaydalarını müəyyən edərək onu aktiv həyata keçirir və təsərrüfat-istehsal fəaliyyəti ilə məşğul olmur; II. Dövlətin başlıca funksiyasını spesifik sosial siyasətin seçimini və reallaşdırmasını təşkil edir. Bu siyasət iqtisadi, sosial və siyasi qaydalığın təyinatına istiqamətlənmişdir. Sosial siyasət məşğullu regional müxtəlifliyin təcridi, tam sosial təminatlılıq, fəhlələrin müəssisələrin idarə olunmasında iştirak formasının təkmilləşdirilməsi ölçüsündə bərqərar ol III. Sistem düzümünün başlıca amili kimi, rəqabətin hərtərəfli inkişafı. Bunun üçün kiçik və orta biznesə kömək məqsədi ilə inhisarçılıqla zəruri mübarizə aparılmalıdır. Hər bir insana bacarığını və bağlı imkanlarını açmağa şərait yaradılm tərəqqini, məhsuldarlıq artımını, təsərrüfat müstəqilliyini təmin edən alətə çevrilməlidir.
Tarix: 17.03.2013 / 13:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 284 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari