Tarixçə
Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır. Fəaliyyət dövrü ərzində Bank Respublika ölkənin aparıcı banklarından biri kimi özünü doğrultmuşdur.
28 aprel 2005-ci il tarixdən etibarən Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – DEG İnvestisiya Şirkəti və Sparkassen International Development Trust səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahib olmaqla Bank Respublika-nın səhmdarları sırasına daxil olmuşlar.
Almaniyanın bu nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması beynəlxalq səviyyədə Banka olan etibarı göstərir.
Hazırda Bank Respublika müştərilərə müxtəlif növ müasir bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, yol çekləri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və sair.
Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır.
Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramlar çərçivəsində sıx əməkdaşlıq edir.
Bank Respublika Sahibkarlığa Kömək Milli Fondu ilə sahibkarlığın kreditləşdirilməsi və Azərbaycan İpoteka Fondu ilə ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarının da aktiv iştirakçısıdır, Əmanətlərin Sığortalanması Fondunun üzvüdür.
Bank Respublika Moody's Investors Service beynəlxalq reytinq agentliyindən milli və xarici valyutada olan əmanətlər üzrə B2 dərəcəli uzunmüddətli və NP dərəcəli qısamüddətli reytinqlərə malikdir. Bankın B2 reytinqinin proqnozu “stabil”. Bank Respublika Azərbaycanda beynəlxalq reytinq alan ilk banklardandır və Bankın reytinqləri Azərbaycanın özəl bank sektorunda ən yüksək reytiqlərdən biridir.
Bank Respublika qiymətli kağızlar bazarında hazırda aktiv fəaliyyət göstərən və Bakı Fond Birjasının səhmdarı olan “Respublika İnvest” MMC-nin təsisçisi və “Bakı Sığorta” şirkətinin əsas səhmdarıdır.
Bank Respublika eləcə də MasterCard International və VISA International beynəlxalq ödəniş sistemlərinin üzvüdür. Bank Western Union, Coinstar, Contact, Migom, PrivatMoney, Bıstraya Poçta, Blizko, Xpress Money, Allür və Zolotaya Korona təcili pul köçürmə sistemlərinə qoşulubdur.
Bankın prioritet məqsədlərindən biri fəaliyyət dairəsini və xidmət şəbəkəsini genişləndirməkdir. Bank Respublika hazırda Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Mingəçevir, Yevlax, Goranboy, Bərdə, Göyçay, Şəki, Zaqatala, Quba, Xaçmaz, İmişli, Şirvan, Cəlilabad, Masallı, Lənkəran və Astara şəhərlərində 33 filial və şöbə, 47 bankomatdan ibarət xidmət şəbəkəsinə malikdir.
Bank Respublika-nın Neftçilər pr. 67 ünvanında yerləşən Ofis24 fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərir. Bu xidmət Azərbaycanda ilk dəfə olaraq Bank Respublika tərəfindən tətbiq olunmuşdur.
Tarix: 19.03.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 290 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari