Litva litası, lita (lit. Litas, çox sayda Litai, litų) — 1922-1940 və 1993-cü ildən Litvanın pul vahidi. 100 sentdən ibarətdir (lit. Centas, çox sayda Centai, centų).
ISO 4217 sistemində beynəlxalq kodu LTL.Mündəricat
1 Tarixi
2 Valyuta kursu rejimi
3 Mənbə
4 İstinadlar
Tarixi
Birinci dünya müharibəsindən sonra müstəqil Litva Respublikası ərazisində digər dövlətlərin valyutaları dövriyyədə idi.
Milli pul vahidi olan lit dövriyyəyə 2 oktyabr 1922-ci il tarixindən buraxıldı. Litva SSRİ tərkibinə qatıldıqdan sonra (1940), 25 mart 1941-ci ildən lit SSRİ rublu ilə əvəz edildi.
Lit yenidən dövriyyəyə ikinci müstəqillik dövründə, 25 iyun 1993-cü il tarixindən buraxıldı.
Valyuta kursu rejimi
25 iyun 1993-cü ildən 31 yanvar 2002-ci ilədək lit ABŞ dollarına 4:1 nisbəti ilə bağlanmışdı, 1 fevral 2002-ci ildən isə avroya 3,4528:1 nisbəti ilə bağlandı. Bu nisbət Litvada avronun istifadəsinə qədər qalacaqdır. [1]
Tarix: 19.03.2013 / 21:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 126 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari