Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Amrahbank

Ümümi Məlumat

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın aparıcı və ən sürətlə inkişaf edən banklarından biridir.

Amrahbank korporativ müştərilərə və fiziki şəxslərə geniş çeşiddə bank xidmətlərini təklif edir. Təklif olunan xidmətlərin sırasına hüquqi və fiziki şəxslər üçün kreditlərin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, kredit kartlarının verilməsi, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, sığorta xidmətləri və s. daxildir.

Yaradıldığı zamandan bu günə qədər olan vaxt ərzində, Amrahbank maliyyə göstəriciləri və prudensial normalar üzrə surətli və davamlı artıma nail olmağa müvəffəq olmuşdur. Amrahbank tərəfindən səmərəli və ən yüksək keyfiyyət tələblərinə cavab verən biznesin idarə olunması modelinin tətbiqi nəticəsində, bizim Bank aktivlərin (ROA) və kapitalın gəlirliliyi (ROE) göstəriciləri üzrə ölkənin ən gəlirli banklarından biri olmuşdur.

Amrahbank fəal tərzdə müfəssəl inkişaf strategiyasının həyata keçirilməsi işini aparır və bu işin tərkib hissələrindən biri Azərbaycanın bir çox bölgələrində filial şəbəkəsinin yaradılması və genişləndirilməsindən ibarətdir. Hazırda filialların sayına görə Amrahbank Azərbaycan bankları arasında on birinci yeri tutur. Bankın 26 filial və bölməsi var və bunlardan 19-u paytaxt Bakı şəhərində yerləşmişdir. Bankın 18000 müştərisinə 300 peşəkar və bacarıqlı əməkdaşı xidmət göstərir.

2008-ci ildə Bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən "Beynəlxalq İnvestisiya Bankı"na ("BİB") 49% pay ilə satılması, Bankın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı, "Amrahbank"da korporativ idarəetmənin təkmilləşdirilməsində , Bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış, o cümlədən risklərin idarə olunması və s. sahələr üzrə əməkdaşlarımızla bilik və təcrübəsini bölüşmüşdür. Bu strateji əməkdaşlıq "Amrahbank"a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açmışdır.

Amrahbank bir qədər əvvəl özünün iddialı inkişaf planlarını həyata keçirmək işinə yardım kimi BİB-in köməkliyi və kənar məsləhətçilərin dəstəyi ilə Bank daxilində əsaslı yenidənqurma proqramının icrasına başlamışdır. Proqramın bir hissəsi kimi Bank daxilində idarəçiliyin və xidmətlərin göstərilməsi prosesinin keyfiyyətini yüksəltmək məqsədi ilə 2009-cu ildə rəhbər vəzifələrə Bank işi üzrə təcrübəli və yüksək səriştəli mütəxəssislər dəvət olunmuşlar.

Özünün yeni baxış və strategiyalarını əks etdirmək üçün 2009-cu ilin iyun ayından Amrahbank yeni korporativ imicinin tətbiqinə başlamışdır. Bu mühüm layihənin icrasını həyata keçirilmək məqsədi ilə Bank tərəfindən işə dünya miqyasında tanınmış "McCann Erickson" şirkəti cəlb olunmuşdur.

İnkişafına dəstək vermək, zəruri infrastruktura malik olmaq və müştərilərinə daha yüksək keyfiyyətli xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə Amrahbank, dünya miqyasında Bank sahəsində istifadə olunan proqram təminatının aparıcı istehsalçılarından olan "Temenos" şirkətindən ən müasir "T24" bank işi proqram təminatını almışdır. Hazırda qeyd olunan proqramın tətbiqi üzrə iş davam edir və tam olaraq 2010-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur.


Özünün müfəssəl inkişaf planlarının bir hissəsi kimi, Amrahbank korporativ müştərilər üçün maliyyə vəsaitləri, ikitərəfli kredit xətləri, ticarətin maliyyələşdirilməsi, layihələrin maliyyələşdirilməsi, texniki yardım və s. sahələr üzrə dünyanın müxtəlif ölkələrindən olan ən iri maliyyə təşkilatları ilə tərəfdaşlıq əlaqələrini yaratmaqda və möhkəmləndirməkdədir. Bu istiqamət üzrə ən son nailiyyətlər sırasında aşağıdakıları qeyd etmək olar:

- Gulf Finance House (GFH). Amrahbank Azərbaycan və Qazaxıstan üzrə "GFH"nin investisiya məhsullarının distributoru seçilmişdir.

- İslam İnkişaf Bankı (İİB). Kiçik və orta müəssisələrin fəaliyyətlərinin maliyyələşdirilməsi məqsədi ilə Amrahbank İİB-nin törəmə təşkilatları olan "Özəl Sektorun İnkişafı üçün İslam Korporasiyası" və "Ticarətin Maliyyələşdirilməsi üzrə İslam Korporasiyası"ndan kredit xətlərini almışdır.

- Neft İxrac edən Ölkələr Təşkilatının Beynəlxalq İnkişaf Fondu (OFID). Fond tərəfindən "Amrahbank"a ticarətin maliyyələşdirilməsi üçün kredit xətti açılmışdır.

Yaxın gələcək üçün Bankın strateji planları sırasına İslam və Şəriət prinsiplərinə uyğun gələn bankçılıq məhsullarını təqdim etməklə, bu sahədə Azərbaycan və ətraf ölkələrdəki geniş imkanlardan fayda görmək, Abu Dabi və Londonda nümayəndəliklər açmaq, beynəlxalq reytinq agentliklərindən reytinq almaq daxildir.

Amrahbank bir sıra ixtisaslaşmış təşkilatların da üzvüdür ki, bunların sırasına aşağıda qeyd olunanlar da daxildir: - Azərbaycan Banklar Assosiasiyası - Bakı Banklararası Valyuta Birjası - VISA İnternational - MasterCard - Azericard - SWIFT - WesternUnion - Sahibkarlığa Kömək Milli Fondu - Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fondu və s.

"Moody International " beynəlxalq şirkəti tərəfindən İSO-9001:2000 standartları üzrə aparılmış sertifikatlaşdırma Bankda idarəçiliyin ən yüksək tələblərə uyğun gəlməsini təsdiq etmişdir.

Amrahbank ölkə daxilində kartların prosessinqi ilə məşğul olan Millikart Səhmdar Cəmiyyətinin təsisçilərindən biridir.

Bankla əməkdaşlıq edən "Amrah Sığorta" şirkəti Bankın müştərilərinə sığorta sahəsində müxtəlif məhsul və xidmətlər təqdim edir. Bundan başqa yaxın gələcəkdə Bank broker fəaliyyəti ilə məşğul olacaq bir törəmə şirkətini də yaratmaq niyyətindədir.

Təşkilati struktur

Səhmdarlar

Fiziki şəxslər – 51 %
Beynəlxalq İnvestisiya Bankı – 49 %

Müşahidə Şurası
Yunis İldırımzadə – Müşahidə şurasının sədri
Aabed Al-Zeera – Müşahidə şurasının sədr müavini (Beynəlxalq İnvestisiya Bankı, Rəhbər)
Narayanan Ganapathy – Narayanan Ganapathy müşahidə şurasının üzvü (Beynəlxalq İnvestisiya Bankı, birbaşa investisiya və biznesin inkişafının rəhbəri)
Aygen Yayıkoğlu – Müşahidə şurasının üzvü
Kamal Məmmədzadə – Müşahidə şurasının üzvü (Salans şirkəti, Partnyor)

Audit Komitəsi
Hikmət Allahverdiyev (Moore Stephens) – Komitənin sədri
Mazar Jalal (BİB) – Komitənin üzvü
Xaliq İldırımzadə (Amrahbank) – Müşahidə şurasının sədrinin müşaviri

İdarə Heyəti
Həsənov Emil Cəfərqulu oğlu - İdarə Heyəti Sədri v.i.e.
Həsənov Sərdar Əbülfət oğlu – İdarə Heyəti Sədrinin müavini
Hüseynov Fazil Kamil oğlu – İdarə Heyəti Sədrinin müavini
Cavadov Sədi Əhəd oğlu – İdarə heyətinin üzvü, hüquq departamentinin direktoru
Məmmədbəyli Leyla Heybət qızı – İdarə Heyətinin üzvü, maliyyə departamentinin direktoru


Tarix: 19.03.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 470 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...