Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kondisioner

Kondinsioner sabit otaq iqliminin yaradılması və saxlanması üçün qurğudur. Onların aşağıdakı hallarda tətbiqi məqsədəuyğun sayılır:
verilmiş normativ əsasında ətraf mühitin əgər sadə yollarla yaradılması mümkün deyilsə,
bina daxilində hər hansı bir vaxt müddətində süni iqlimin yaradılması,
istehsalatda havada optimal higiena şəraitinin yaradılması,
ictimai və məişət binalarında optimal hava şəraitinin yaradılması.

İnsanlar üçün optimal hava 22 °C və təxminən 50 % rütubətlikdə mövcuddur. İnsanlar yaşayan binalarda kondinsionerlərin tətbiqi üçün maşın və avadanlıqların yerləşdirilməsi üçün şərait yaradılmalıdır.Mündəricat
1 İşləmə prinsipi
2 Tarixi haqqında
3 Həmçini bax
4 Mənbə
5 Xarici keçidlər


İşləmə prinsipi

Kondinsionerin işləmə prinsipi soyuducunun işləmə prinsipi ilə eynidir. Onun tsikli 4 mərhələdən ibarətdir:
1. Soyuducu maddə qapalı kontur daxilində hərəkət edir. Birici mərhələdə o kompressor tərəfindən sıxılır. Onun temperaturu və təzyiqi artır.
2. Qızmış soyuducu maddə kondensatora daxil olur və orada o yüksək təzyiq altında mayeyə çevrilir. Ayrılan istilik kondinsionerin ventilyatoru vasitəsilə ətrafa ötürülür.
3. Sonra soyumuş soyuducu maye genişləndirici klapana daxil olur və orada sıçrayışla genişlənir. Onun təzyiqi azalır və temperaturu artır. Soyuducy maddə buxarlandıcıya daxil olur.
4.Buxarlandırıcıya daxil olan soyuducu maye qaynamağa başlayır və otaq daxilində olan havanı sorur. Bu zaman o qaz halına keçir. Qaz halında olan soyuducu maddə yenidən kondensatora ötürülür və proses təkrarlanır.

Tarixi haqqında

İlk kondinsioner 1911-ci ildə V.Karier (W.H.Carrier) tərəfindən ixtira edilmişdir. 1915-ci ildə o və daha başqa altı mühəndislə birlikdə "Carrier" firmasının əsasını qoyurlar və kondinsionerlərin istehsalı və satışı ilə məşğul olurlar. Hal-hazırda dünyada istehsal olunan kondinsionerlərin 12 %-i bu firmanın payına düşür. O dünyada bu sahə üzrə aparıcıdır.

Kondinsionerlər ilk vaxtlarda yalnız istehsal müəssisələrində tətbiq olunurlar. Kondinsionerlərin getdikcə geniş tətbiqi onların şəxsi evlərdə tətbqiinə maraq yaratmışdır. Beləki, 1950-ci ildən başlayaraq kondinsionerlər ABŞ-da məişət malları kimi satışa çıxarılır. Avtomobillərdə isə kondinsionerlərin tətbiqi 1938-ci ildən başlamışdır.

Keçmiş SSRi-də ilk kondinsioner zavodu 1970-ci illərdə Bakıda salınır. Bu zavod Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında məişət kondinsionerləri hazırlayır. 80-ci illərdə Bakı kondinsionerləri zavodu ildə 400-500 min ədədə qədər məhsul buraxırdı. Bunlardan hər 100-150 mini xaricə ixrac olunurdu. Bakı kondinsionerlərinin ən böyük alıcısı Kuba sayılırdı, onlar ildə 700 ədəd kondinsioner alırdılar. Başqa eksport ölkələri Çin, İran, Misir və Avstraliya idi. Bakı kondinsionerləri öz qabariti və səsi ilə başqa xarici kondinsionerlərdən geri qalsalar da, onların uzunömürlülüyü çox yüksək idi. Bu kriteriyaya görə onunla heç bir xarici ölkədə istehsal olunmuş məmul rəqabətə girə bilmirdi.

SSRi dağıldıqdan sonra Bakı kondinsionerləri zavodu da iqtisadi cəhtdən problemlərlər üzləşir. Alıcılarını itirən zavod tənəzzülə uğrayır. Beləki, onun 6000 işçisindən yalnız təxm. 500-ü qalaraq kondinsionerlərin təmiri ilə məşğul olurlar.


Tarix: 21.03.2013 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 274 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...