Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Paltaryuyan maşın

Paltaryuyan maşın - tekstil məmulatlarını (paltar, yataq dəstləri və s.)yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elktromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabnın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyuc maddənin təsiri altında tekstilin sapları arasından yuyulur.

Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barbana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isdilməsinə xidmət edir. Yuma prosesi qurtardıqdan sonra çirkli su maşından avtomatik olaraq xüsusi şlankın köməyi ilə xaric edilir. Palta təmiz suda yuyulduqdan sonra son etapda böyük dövrlər sayında fırlanan baraban paltarda olan suyun sıxılıb çıxarılmasına şərait yaradır.



Yaranma tarixi haqqında

XIX əsrin sonuna qədərki dövrdə paltarların yuyulması üçün ağacdan hazırlanmış və pərlə işləyən qurğulardan istifadə olunurdu. Paltar silindrik ağac çənin içərisində xaricdəki dəstəyi irəli-geri hərəkət etdirməklə yuyulurdu. Yuma vaxtı 10 dəqiqə məsləhət görülürdü. Sonra paltar çıxarılıb ağac ələyin üstünə qoyulurdu ki, suyu axsın. 1914-cü ildən etibarən paltaryuyan maşınlarda elektrik mühərriklərinin tətbiqinə rast gəlinir. Bu maşınlarda konstruktiv olaraq başqa hissələrdən istifadə edilmişdir. Paltarı yumaq üçün silindrik şəkildə hazırlanmış çəndən istifadə edilirdi. Əvvələr əl ilə fırlanan silindrik çən sonralar mühərriklə fıraldılmağa başlayır. Buradan göründüyü kimi təhnənin yan tərəfində yerləşdirilmiş, elektrik mühərriki ilə hərkətə gətirilən dişli çarx ötürməsinin köməyi ilə təhnə fırladılır. Suyun qızdırılması kənarda aparılırdı. Çünki, o dövrdə isitmə sistemi hələ yaxşı inkişaf etməmişdir. Paltaryuyan maşınların inkişafında əsas yenilik 20-ci illərdə təhnənin fırlanan barabanla əvəz olunmasından ibarət idi. Başqa üsullarla müqayisədə bu üsul öz üstünlüyünü göstərərək geniş tətbiq tapır və bu günə kimi də paltaryuyan maşınların tərkib hissəsi sayılır. Yeni növ maşınların əsas hissələri tərpənməz bərkidlimiş su qabından və onun içərisində paltar doldurmaq üçün nəzərdə tutulmuş fırlanan barabandan ibarətdir. Baraban ələk şəklində hazırlandığından sabunlu su onun içərisinə dolaraq paltarı isladır. Paltarın yuyulması fırlanma zamanı onun, barabanın daxili səthinə sürtünməsi nəticəsində baş verirdi. Paltarların bir istiqamətdə fırladılması zamanı yaranan topalanmanın qarşısını almaq üçün elektrik mühərrikləri reversiv hərəkətə malik idilər. Bu maşınların, əl ilə paltaryumaya nisbətən daha effektiv işləməsinə baxmayaraq, 50-ci illərə qədər hələ də onların tam qələbsəindən danışmaq olmazdı. Bu maşınları yalnız imkanlı şəxsələr ala bilirdilər. Maşınların kütələvi istehsalına başlandıqdan sonra onların qiymətləri əhali trərəfindən alıcılıq qabiliyyətinə uyğunlaşmışdır. İndi hər bir ailədə paltaryuyan maşın vardır.

Mənbə
Troitzsch, U. Technik - von den Anfängen bis zur Gegenwart. Braunschweig: Westermann, 1982, 640 S.
Rezo Əliyev. Maşınqayırmanın tarixinə dair. Bakı"Təhsil" NPM, 2008, 542 s.


Tarix: 21.03.2013 / 19:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 222 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...