Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bolt birləşməsi

Bolt birləşməsi — iki və daha artıq maşın hissələrinin bərkidilməsinə xidmət edir. Birləşmədə tətbiq olunan boltun əsas hissəsi üzərində müxtəlif yiv profilləri olan silindrik gövdədən və başlıqdan ibarətdir. Yiv hissəsi qaykanı bağlamaq üçün, başlıq isə birləşmə zamanı dayaq rolunu oynayır və açar tutmağa xidmət edir.

Boltların konstruktiv parametrləri standartlaşdırılmışdır. Ən geniş yayılmışı 6 tilli boltlardır. Birləşməni həyata keçirmək üçün hisssələrdə deşik açılır. Bu zaman boltla hissə arasında boşluq nəzərdə tutulur. Bu boşluğun qiyməti birləşmənin dəqiqliyindən asılı olaraq təyin edilir.

Birləşməni həyata keçirmək üçün boltun uc hissəsinə qayka bağlanır. Qayka orta hissəsində yivli deşik olan bərkidici elementdir. Onlar müxtəlif formalar malikdirlər. Ən geniş yayılmış forması 6 tillidir. Birləşməyə düşən yükün bir hissəsini qayka daşıyır. Burada onun hündürlüyü əsas rol oynayır. Qaykanın hündürlüyü (m) yivin xarici diamterindən (d) təcrübələr əsasında müəyyən olunmuş asılılıqla hesablanır: m=0,8 d.

Birləşmədə hissələrin deformasiyasının və öz-zöünə açılmanın qarşısını almaq üçün həlqələrdən istifadə olunur.

Birləşmədə tətbiq olunan hissələr - bolt, qayka və həlqənin materialları tətbiq sahəsindən asılı olaraq legilrli və legirsiz poladlardan hazırlanır (ISO 898/1-78).

İş zamanı ətraf mühitin təsirindən baş verə biləcək aşınmanın qarşısını almaq üçün bolt birləşməsinin hissələrinə əlvan metal qarışıqlarından ibarət (mis, nikel, xrom və s.) üz çəkilir.


Tarix: 21.03.2013 / 19:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...